İqtisadiyyat

  • 2 697

"Yeni yolların salınması xüsusi əhəmiyyət kəsb edir" - İQTİSADÇI-EKSPERT AÇIQLADI

image

“İnfrastrukturun genişləndiirlməsi və yeni yolların inşaası Azərbaycanın, xüsusən də bölgələrin inkişafı baxımından çox vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert, deputat Vüqar Bayramov deyib.Onun sözlərinə görə, bu kimi layihələr bir mənalı şəkildə bölgələrin sosial-iqtisadi inkişafını stimullaşdırır: “Yeni yolun salınması Ağstafa rayonuna, ümumilikdə isə Azərbaycanın Gürcüstanla sərhəd olan bölgələrinin inkişafı baxımından çox vacibdir. Nəticə etibarilə bu, ərazilərimizdə infrasturukturun daha çox inkişaf etməsinə, həmçinin biznesin inkişafına şərait yaradır. Yeni yolların salınması vətəndaşlarımızın daha keyfiyyətli yoldan istifadə etməsinə də şərait yaradır. Buna görə də yolların genişlənməsi bölgələrin inkişafına xüsusi təkan verərək, iqtisadi inkişafın dəstəklənməsi baxımından da vacib hesab olunur”.

Müəllif: Banuçiçək Hüseynli

Digər xəbərlər