İqtisadiyyat

  • 3 014

Yay şumunun faydaları və təkrar əkinin gəlirləri

image

Mil-Muğan bölgəsində zəmilərin biçilməsindən sonra yay şumuna start verilib. Həmçinin bir çox fermerlər təkrar əkinə də yer ayıraraq qarğıdalı əkib.SİA AZƏRTAC-a istinadən xəbər verir ki, torpaq bioloji varlıq hesab olunur ona qarşı göstərilən qulluq əsasında məhsul əldə etmək olur. Necə ki, torpaq əkilib becərilir eyni ilə onun da dincə qoyulması vacib şərtdir. Elə bu məqsədlə fermerlər yay aylarında işlər yekunlaşan zaman torpağı yay şumuna uyğun çevirməyə başlayır.Saatlıdan olan fermer Ələsgər Əhmədov deyir ki, şumun dərinliyi növbəti əkiləcək bitkidən asılıdır. Əgər sahəyə pambıq əkiləcəksə şumun dərinliyinin 35 santımetrdən artıq olması yaxşıdır. Digər əkin növlərində isə bu rəqəm 25 santımetrdən də artıq ola bilər: “Ümumiyyətlə isə torpaq sahəsi növbəti əkin mövsümünə hazırlanan zaman mütləq aqrotexniki tələblər nəzərə alınmalıdır. Bəzi hallarda fermerlər taxıl sahələrinə od vurub yandırırlar. Bu hal yol verilməzdir və qəti qadağandır. Çünki, torpağın əsas münbit qatı 15-18 santımetrdə olur. Torpaq yandırılan zaman həmin münbit qatda torpağın zülalları ölür. Bu isə gələcəkdə məhsuldarlığa çox mənfi təsir göstərir. Eyni zamanda, taxıl biçildikdən sonra onun samanı doğranmış halda torpaq şumlanan zaman əlavə gübrə kimi torpağa qarışır və bu da münbitliyə müsbət təsir edir. Yay şumu erkən aparılan münbit sahələr isə təkrar əkin üçün də əlverişli sayılır. Təkrar əkin zamanı isə adətən qarğıdalı bitkisinə üstünlük verilir və bu da öz növbəsində torpağın strukturunu yaxşılaşdırır”.Bu il arpa sahəsinin yerində qarğıdalı bitkisi əkən fermer Ələsgər Əhmədov bildirir ki, əgər payız isti olsa sahədən 6-8 ton arasında dənlik olaraq məhsul yığılacaq, ikinci halda hava şəraiti imkan verməzsə yenə də hər hansı ziyan olmayacaq və 35-40 ton civarında silosluq məhsul yığılacaq. Buna görə təkrar əkin hər halda fermer üçün əlverişli sayılır.Beyləqan rayonu Mil Təcrübə stansiyasının direktoru yay şumunun faydalarından danışarkən qeyd edir ki, yay şumu ekoloji baxımdan və iqtisadi baxımdan səmərəlidir. Çünki becərmə işləri zamanı torpağa verilən gübrələr bitkinin sahədə olan kök hissəsində cəmlənir: “Şum əvəzinə sahə yandırıldıqda ətrafın tüstü ilə çirklənməsi, torpaqda olan canlıların məhv olması ilə bərabər həmdə bitkinin kökündə qalan gübrə qalıqları da yanır. Eyni zamanda, sahə küllə örtüldüyü üçün növbəti dəfə aparılan işlər çətin və faydasız olur. Lakin taxıl biçinindən sonra saman qalığı olan torpaq şumlananda xeyli miqdarda bitki qalıqları və kök kütləsi torpağa qarışır. Həmin üzvi qalıqlar torpaqda humus qatına müsbət təsir edir”.

sia.az

Digər xəbərlər