PDF Oxu

Müsahibə

  • 14

Radikal müxalifət islah olunur

Radikal müxalifət islah olunur

- Tahir müəllim, sizcə, radikal müxalifət icazəsiz aksiyalar keçirməklə qarşısına qoyulan hədəflərə çata bilibmi?
- Hesab edirəm ki, radikal müxalifət icazəsiz aksiyalar keçirməklə, qarşısına qoyulan hədəflərə çatmayacaqdır. Hər zaman, müxalifət bu cür vədlər verir ki, etiraz aksiyaları keçiriləndə minlərlə insanlar toplaşacaq və istəyimiz reallığa çevriləcək. Amma aksiya keçirilən zaman nə minlərlə insan toplaşdı, nə də ki, istəkləri reallığa çevrildi. İndi isə həmin müxalifətçilər islahatlardan danışmağa başlayıblar. Halbuki bunu əvvəldən etmək lazım idi. Vaxtında radikal müxalifət sual və təkliflər hazırlayaraq, Prezident İlham Əliyevə təqdim etsəydi, daha yaxşı olardı. Zaman təsdiqlədi ki, radikal müxalifət icazəsiz aksiyalar yolu ilə heç vaxt öz istəklərinə çatan deyil.

- Mümkündürmü ki, pozuculuq yolu tutan radikal müxalifətin dövlət qeydiyyatının ləğv olunması üçün hakimiyyətə müraciət edilsin?
- Düzünü desəm, inanmıram ki, hansısa bir konkret mövqe ortaya qoyaraq, radikal müxalifətin dövlət qeydiyyatının ləğv olunması üçün hakimiyyətə müraciət edilsin. Bu, o halda baş verə bilər ki, "Siyasi partiyalar haqqında" Qanuna dəyişiklik edilsin. "Siyasi partiyalar haqqında" Qanunun yeni müddəalarına əsasən, sosial bazası olmayan və yaxud da, Azərbaycan Konstitusiyasına zidd fəaliyyət göstərən partiyalar sıradan çıxarılmalıdır. Yəni, qeydiyyata alınmamalıdır. Yalnız bu yolla məsələ həll oluna bilər.

- Sizcə, xarici ölkə səfirlərinin radikal müxalifət liderləri ilə görüşməsi, həmin səfirlərə nə dərəcədə başucalığı gətirə bilər?
- Aprelin 2-də vəd verilən mitinq alınmadı. Müxalifət və onları dəstəkləyənlər çox ruhdan düşdülər. Ona görə də, bir sıra beynəlxalq təşkilatlar və 20-yə yaxın səfirliklərin nümayəndələri Müsavat qərargahına gedərək, radikal müxalifət liderləri ilə görüşərək, onları həvəsə gətirirlər ki, siz ruhdan düşməyin. Amma zaman keçdikcə, həmin səfirliklərin nümayəndələri də başa düşür ki, onların tutduqları mövqe düzgün deyil.

Digər xəbərlər