PDF Oxu

Müsahibə

  • 18

"İctimai Palata"nın koordinasiya şurasını agentura şurası deyil, dilənçilər şurası adlandırardım"

"İctimai Palata"nın koordinasiya şurasını agentura şurası deyil, dilənçilər şurası adlandırardım"
- Əhməd bəy "İctimai Palata"ya üzv olmağa hazırlaşdığınız deyilir. Fikrinizi dəyişmisiniz?
- "İctimai Palata"nın bugünkü statusu və fəaliyyət formaları onun qeyri-müəyyən quruluşu, siyasi-ictimai bir təşkilat olduğu bəlli deyil. Onun əsasnaməsi, nizamnaməsi mövcud deyil. Onlar, sadəcə olaraq, yığışıb öz vaxtlarını keçirirlər. Allah onlara ömür versin! Bizim isə elə qeyri-ciddi işlərlə məşğul olmağa imkanımız yoxdu.
- Nə baş verdi ki, "DUİ"-nin dağılması elan edildi və "İctimai Palata" müxalifətin güc mərkəzi kimi təqdim edildi. Bu sifariş haradan gəlmişdi?
- Müəyyən qüvvələr müxalifəti darmadağın etmək üçün "İctimai Palata" adı altında oyunlara növbəti dəfə əl ataraq, belə bir qondarma təşkilat yaratdılar.
- Sizi "İP"-in Koordinasiya Şurasının üzvü seçmədiklərinə görə onlara qarşı hiddətinizi artırdınız?
- Orada təmsil olunan şəxslər o qədər qeyri-ciddi adamlardır ki, hətta Xaliq Bahadır onları agentura şurası adlandırıb. Mən isə oranı "agentura şurası" deyil, "dilənçilər şurası" adlandırardım. Çünki nə günahım var, nə etmişəm ki, gedib onlarla bir yerdə olum.
- Dünənə qədər düşmən mövqedə olan qüvvələr bu gün səmimi əməkdaşıqdan danışırlar. Bu təzadlı situasiyanı necə başa düşmək olar?
- Onlar müəyyən bir dövr üçün bir çox prosesləri şişirtməyə çalışırdılar. Elə ona görə də, çox keçməz ki, bununla bağlı öz ənamlarını axşamlar almış olarlar.
- "İctimai Palata"ya 10 milyon dollar vəsaitin hansı səbəblərə görə ayrıldığını bilirsinizmi?
- Mən inanmıram ki, onlara 10 milyon dollar verilsin. Çünki bu, kağız üzərində sənədləşsə də, onlara ancaq qəpik-quruş çata bilər.
- Pənah Hüseynovla aranızdakı qərəz nə ilə bağlıdır?
- Pənah "bəy" "qoçu"luq etmək istəyir, çünki o, 60 yaşında "igid" oğlan olmaq arzusuna düşüb. Bizə isə qorxaq gözü ilə baxır. Son aksiyalarda da o öz "qəhrəmanlığını" bir daha göstərdi.
- Sizcə, o özünü kimə göstərmək istəyirdi?
- Onun mahiyyəti bundan ibarətdir. Çünki o, "qoçudur". Bu, onun içindən gələn istəkdir. Biz isə qorxaq, sakit, öz tükümüzün üstündə dolanan adamlarıq.
- Bildirilir ki, hazırda "DUİ"-də təmsil olunan partiyalar "cırtdan" partiyalar, "İctimai Palata" ətrafında isə güclü müxalifət partiyaları birləşib. Bu, nə dərəcədə doğrudur?
- Bizim yolumuz başqa, onların yolu tamamilə əks istiqamətdədir. Çünki orada xarici təşkilatlardan qrant qoparan QHT-lər də cəmləşib.
- Mirmahmud Fəttayev sizin "DUİ"-də təmsil olunurmu?
- Xeyr, Mirmahmud da, onların arxasınca getdi. İstədi ki, getsin onları geri qaytarsın, gedib özü də orada qaldı.
- Bəs niyə o Müsavat partiyasındakı toplantıya qatılmayıb?
- M.Fəttayev hara gedir, haradan gəlir, bu, çox mürəkkəb bir məsələdir.
- Dostluğunuz tamamilə pozuldu?
- Misal kimi bu gün "mən səninlə dostam, amma sən də bir az qəliz adamsan. Mən belə olan halda, nə bilim ki, sən hara gedib-gəlirsən?" Bunu cənabül-Mirmahmud "ağa"nın özündən soruşsanız daha yaxşı olardı.

Digər xəbərlər