PDF Oxu

Müsahibə

  • 19

Azərbaycan mətbuatı Cənubi Qafqazın ən inkişaf edən mətbuatıdır

Azərbaycan mətbuatı Cənubi Qafqazın ən inkişaf edən mətbuatıdır
- Bəxtiyar müəllim, jurnalistlərin maddi, məişət və sosial problemlərinin həlli istiqamətində dövlətin həyata keçirdiyi proqramları kifayət hesab etmək olarmı?
- İlk öncə biz - mətbuat nümayəndələri Prezident İlham Əliyevə öz minnətdarlığımızı bildiririk ki, Mətbuat Şurasına yeni bir bina hədiyyə etdi. Həmin binanın açılışı zamanı Prezidentin mətbuat işçiləri ilə görüşü keçirildi və görüş zamanı jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ciddi ehtiyac olduğunu və dövlətdən qayğı gözlədiyimizi bildirdik. Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 5 milyon manat vəsaitin ayrılması barədə Sərəncam imzaladı. Bildiyiniz kimi, artıq həmin mənzillərin harada tikilməsi ilə bağlı yer müəyyənləşdirilib və bununla bağlı işlər görülür. Burada mənzillərin verilməsi üçün jurnalistlərin siyahıya alınması, hansı şərtlər daxilində mətbuat işçilərinin bu siyahıya salınması və kimlərin mənzillə təmin edilməsi müəyyənləşdirilir. Yəni, sadalanan bu şərtlər hələ ki, müəyyənləşdirilməyib. Ümumiyyətlə, hər bir jurnalist mənzil almaq arzusundadır. Hətta mənzili olanlar da, olmayanlar da. Burada müəyyən bir komissiya yaradılacaq ki, mənzilə ehtiyacı olan jurnalistləri müəyyənləşdirsin. Bu, müəyyənləşəndən sonra jurnalistlər mənzillə təmin olunacaqdır. Biz çalışacağıq ki, hər şey qanunauyğun, obyektiv və ədalətli şəkildə aparılsın. Təbii ki, bu, jurnalistlər üçün tikilən birinci və sonuncu bina olmayacaq. Yəni, zaman keçdikcə yenə də bu kimi binalar tikiləcək.
- Sizcə, jurnalistlər mənzil üçün KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fonduna kollektiv şəkildə, yoxsa fərdi qaydada müraciət etsələr, daha effektli olardı?
- Hələ ki, o qaydalar müəyyənləşdirilməyib. Bilirsiniz, mənzil almaq istəyən hər bir jurnalistin mənzilə ehtiyacının olub-olmadığını bilmək üçün müəyyən sənədlər lazım olacaqdır. Sənədlər isə bunlardan ibarətdir: yaşayış yerindən arayış, adında mənzilin olub-olmaması və ailə üzvlərinin miqdarı. Bu, sırf fərdi işdir. Yəni, hər bir jurnalist öz mənzil şəraiti ilə bağlı hüquqi əsas verən sənəd təqdim edilməlidir.
- Ümumilikdə, dövlətin mətbuata diqqət və qayğısını necə xarakterizə edərdiniz?
- Dövlətin Azərbaycan mətbuatına diqqət və qayğısını yüksək səviyyədə qiymətləndirirəm. Həm dövlətimiz, həm də hökumətimiz ölkə mətbuatının daha yaxşı inkişaf etməsi üçün hər cür şərait yaradıb. Bildiyiniz kimi, ölkə Prezidenti cənab İlham Əliyev mətbuatımızın yüksək səviyyədə inkişaf etməsi üçün bir çox sərəncamlar imzalayıb və bu istiqamətdə lazımi işlər görülməkdə davam edir.

Digər xəbərlər