PDF Oxu

Müsahibə

  • 16

Ermənistan rejimi iflasın astanasında...

Ermənistan rejimi iflasın astanasında...
- Musa müəllim, Ermənistanda narkotik və insan alveri ilə Serj Sarkisyan rejiminin məşğul olması, bunu deməyə əsas verirmi ki, Ermənistan hakimiyyəti mafiya qanunları ilə idarə olunur?
- Ermənistan hakimiyyətində təmsil olunanlar ancaq terrorçulardan ibarətdir. İstər Serj Sarkisyan, istərsə də işğalçı ölkənin keçmiş prezidenti Robert Köçəryan terrorçudurlardan, ölkəni mafiya qanunları ilə idarə edən ünsürlərdən ibarətdirlər. Onları düşündürən, erməni xalqının taleyindən çox özlərinin şəxsi maraqlarıdır. Həmin cinayətkarların işğal altında olan Dağlıq Qarabağ ərazisində narkotik ticarəti, cinayətkar dəstələrin yaradılması və təlimi məqsədilə istifadə edirlər.
- Ermənistanda hökm sürən xaos və anarxiya bu ölkənin dağılmasına gətirib çıxara bilərmi?
- Burada faktiki vəziyyət ondan ibarətdir ki, Ermənistan zəngin təbii sərvətləri ələ keçirilməsinə və Azərbaycanın münbit torpaqlarını işğal altında saxlamasına baxmayaraq, Ermənistandan əhali tamamilə köçərək, başqa ölkələrə gedirlər.
- Əgər Ermənistanda S.Sarkisyan rejimi dağılarsa, bu halda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına imkanlar yarana bilərmi?
- Ermənistanda S.Sarkisyan rejimi uzun müddət davam etməyəcəkdir. Yəni, işğalçı ölkədə yeridilən bu siyasət gec-tez qarşıdurmalara gətirib çıxaracaqdır. Bütün bunlar da Dağlıq Qarabağ münaqişəsi ətrafında, Ermənistan hakimiyyətinin diqqətinin zəifləməsinə səbəb olacaqdır. Fikrimcə, Ermənistanda olan mövcud vəziyyəti ümumi böhran kimi qiymətləndirmək olar.

Digər xəbərlər