PDF Oxu

Müsahibə

  • 14

"Son 10-15 ildə hər hansı bir təşkilat tərəfindən Bakı şəhərində bir ədəd də olsun qovaq cinsli ting əkilməyib"

"Son 10-15 ildə hər hansı bir təşkilat tərəfindən Bakı şəhərində bir ədəd də olsun qovaq cinsli ting əkilməyib"
- Qarşıdan gələn yaz mövsümü ilə əlaqədar yaşıllaşdırma sahəsində hansı tədbirlərin görülməsi planlaşdırırlır?
- Yaşıllaşdırma təsərrüfatı ilə bağlı bütün işlər müəyyən plan üzrə aparılır. Təbii ki, ilin hər fəslində bu işlərə diqqət yetirilir, amma qarşıdan gələn yaz fəsli ilə əlaqədar xüsusilə bərpa işlərinə başlanılıb. Belə ki, bir neçə gündən sonra aprel və mart ayları öz isti günlərinə başlayacaq. Ona görə də yaşıllıq sahələrində bərpa işləri görülməsi üçün xüsusi tapşırıqlar verilib. Bərpa dedikdə isə ağacların budanmasi, qurumuş ağacların kökündən çıxarılması kimi işlər nəzərdə tutulur. Artıq demək olar ki, bu sahədə müəyyən irəliləyişlər əldə olunub. Sadəcə olaraq yeni ağacların əkilməsi və yetişdirilməsi ilə bağlı bir sıra tədbirlər görülür. Onu da qeyd edim ki, bərpa işləri əsasən, ağacların əkilməsinə tam hazır olan parklarda aparılır. Su təchizatı, torpağın münbit şəraiti kimi bütün məsələləri artıq həll etmişik.
Bütün bunlarla yanaşı, biz artıq 10 may tarixində keçiriləcək Gül bayramına hazırlaşırıq. Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə paytaxtımıza 2 milyondan çox tülpan soğanaqları gətirmişik. 6-7 növdən ibarət olan bu soğanaqlar çeşidlənərək əsasən yol kənarında və parklarda əkiləcək. Gül bayramında isə şəhərin dekorativ görüntüsünün heyranedici olması üçün hazırda bir sıra işlər görülür.
- Vaqif müəllim, mətbuatda sizin adınızdan belə bir fikir səsləndirilib ki, guya Ekologiya və Təbii Sərvətlər Nazirliyi Rusiyadan baha qiymətə qovaq ağacları alır. Bu həqiqətənmi belədir?
- Möhtərəm prezidentimiz İlham Əliyev 2010-cu ili "Ekologiya ili" elan etmişdir. Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi də Bakı şəhərinin yaşıllaşdırılması və mövcud yaşıllıqlara aqrotexniki qulluq işləri ilə məşğul olan bir qurumdur. Şəhərin yaşıllaşdırılmasında iştirak edən hər hansı bir qurumla da əməkdaşlıq etməyə həmişə hazırdır, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün qurumları ilə əməkdaşlıq edir. Belə ki, şəhər ərazisində xəstə, quru, qəza vəziyyətində olan bütün ağacları, əsasən də qovaq ağacları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsinin rəyi əsasında Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən kəsilib götürülür. Lakin "Respublika" qəzetinin 20 fevral 2011-ci il tarixli 40-cı nömrəsinhdə Yaşıllaşdırma Təsəffüfatı Birliyinin rəhbəri adından verilmiş məqalədə Məmməd Xanayev bilərəkdən və bilməyərəkdən yazdığı "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq idarələri Rusiyadan baha qiymətə qovaq tinglərinin alınmasını davam etdirir" fikri ilə qətiyyən razı deyilik. Belə ki, son 10-15 il müddətində heç bir təşkilat, o cümlədən də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hər hansı bir təşkilatı tərəfindən Bakı şəhərində bir ədəd də olsun qovaq cinsli ting əkilməyib.
Yuxarıda yazılanlara əlavə olaraq və yaşıllıqların əhəmiyyətini bir daha əhalinin nəzərinə çatdırmaq məqsədi ilə aşağıdakı məlumatları əlavə etməyi özümüzə borc bilirik. Belə ki, yer üzərində mövcud olan meşələr il ərzində 20-28 milyard ton üzvi kütlə yaradır, ətraf mühitə 490 milyon ton uçucu maddələr buraxır, 30-35 milyon ton karbon qazını parçalayır. Alimlərin hesablamalarına görə, il ərzində hər bir insana 400 kq oksigen lazımdır, şəhər havasının hər kub metrində 36 min xəstəlik törədən bakteriya olduğu halda, meşə havasında bu göstərici 500-dür. Eyni zamanda alimlərin hesablamalarına görə, bir çinar ağacı gün ərzində 200 kub metr su buxarlandırır, 10 saat ərzində 20 kq dəm qazını, 24 kq karbon qazını mənimsəyir, 17 kq oksigen istehsal edir. Bir ağacın bir gündə buraxdığı oksigen 58 adama kifayət edir.
Yuxarıda göstərilən rəqəmlər ekologiya qurumları və yaşıllaşdırma idarəsinin fəaliyyətinin nə qədər önəmli olduğunu göstərir.

Digər xəbərlər