"Erməni lobbisinin Azərbaycana qarşı apardığı mənfur siyasətə bütün dünya azərbaycanlıları səsini qaldırmalıdır"
- Necə düşünürsünüz, bu gün Azərbaycanın haqq səsini dünyaya lazımi səviyyədə çatdıra bilirikmi?
- Təbii ki, hər hansı bir dövlətçilik, milli maraqlarımız baxımından görülən işlər bütün dünya dövlətləri, xalqları qarşısında mühüm əhəmiyyət kəsb edir. Lakin dövlətimizi istəməyən, bizə mənfi münasibət bəsləyən insanlar da var. 28 il Azərbaycandan kənarda yaşayan ictimai xadim kimi deyə bilərəm ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra gördüyü işlərin hazırda prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin xarici diplomatiyada çox böyük rolu olub. Belə ki, Azərbaycan güclü, qüdrətli iqtisadi inkişaf yoluna qədəm qoyub. İqtisadiyyatını dünya səviyyəsində möhkəmləndirib. Dövlət başçısının yürütdüyü xarici siyasətdə milli maraqların təmin edilməsi, Dağlıq Qarabağ probleminin həlli yolunda əldə edilmiş uğurların davamlılığının təmin edilməsi barədə faktları sadalamağa ehtiyac yoxdur. Uzun illər görülən işlərin nəticəsidir ki, Qarabağ probleminin Azərbaycanın milli maraqları, ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini dəstəkləyən dövlətlərin sayı günbəgün çoxalır. Hətta ərazi bütövlüyümüzün toxunulmaz olduğuna Ermənistandan başqa etiraz edən dövlət yoxdur. Bu da ondan xəbər verir ki, doğrudan da ölkəmizin imici kifayət qədər yüksəkdir və Azərbaycan bir dövlət kimki regionda liderlik missiyasını uğurla davam etdirir. Qafqaz regionunda Azərbaycanın rolu və iştirakı olmadan heç bir beynəlxalq səviyyədə layihələrin həyata keçirilməsi mümkün deyil. Bunlar birmənalı şəkildə xəbər verir ki, Azərbaycanın bugünki həm geopolitik, həm geosiyasi, həm də iqtisadi vəziyyəti imkan verir ki, Dağlıq Qarabağ probleminin həllində özünün müstəsna rolunu ortaya qoya bilsin. Təbii ki, Azərbaycan müxtəlif dövlətlərlə münasibətdə, Dağlıq Qarabağ münaqişənin həllində özünün xarici siyasətini müəyyənləşdirə bilər.
- Forumun Azərbaycan həqiqətlərini xarici ölkələrə çatdırmaq istiqamətində fəaliyyəti nədən ibarətdir?
- Heydər Əliyev Forumu özünün təsis etdiyi "Odlar yurdu" qəzetində Dağlıq Qarabağ probleminə siyasi mahiyyət verilməsi haqqında beynəlxalq təşkilatlara, hətta ABŞ prezidenti Barak Obamaya, Rusiya prezidenti Dmitri Medvedevə müraciətlər qəbul edib. Bu il Forumun iştirakı ilə Xocalı faciəsinin əsl mahiyyəti barəsində məlumat vermək üçün Novosibirskdə 45-dən çox mətbu orqanı təmsil edən jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirdik. Burada yerli jurnalistlərlə bərabər ictimaiyyətin müxtəlif təbəqələri, gənclər təşkilatı və eləcə də AMOR təşkilatının nümayəndələri iştirak edirdilər. Sonda konfransın məntiqi nəticəsi kimi beynəlxalq təşkilatlara, Rusiya prezidentinə müraciətlər qəbul olundu ki, Xocalı hadisələri soyqırım kimi qəbul olunsun. Biz zamanında ermənilərin bu vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmalıyıq.
Digər trərəfindən mənim 3 dildə "Erməni vandalizmi" kitabım çapdan çıxdı. Bu kitab Rusiya ictimaiyyətində böyük rezonans doğurdu. Bu, bütövlükdə Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasıdır, Azərbaycanın xarici siyasətində apardığı işlərin bir növ davamıdır. Bu, həm də dövlət siyasətinə dəstək kimi qiymətləndirilə bilər. Bundan əlavə, konfransdan sonra 3-4 gün Rusiya mediası keçirdiyimiz mətbuat konfransı haqqında geniş məqalələr dərc etdi. Artıq Rusiya ictimaiyyəti ermənilərin həqiqətən kim olduğunu bilməyə başlayıb.
- Sizcə, bu gün diaspor təşkilatlarının, xaricdə yaşayan, fəaliyyət göstərən soydaşlarımızın yaratdıqları qurumların gördüyü işlər kifayət edirmi?
- Təbbi ki, görülən işlər azdır. Azərbaycan diasporunun sayı çoxdur. Statistikiya görə, dünyanın müxtəlif yerlərində milyonlarla azərbaycanlı yaşayır. Bu gün bütün azərbaycanlılar Heydər Əliyevin əsası qoyduğu Azərbaycan dövlətinin, bayrağının və bu gün Ulu Öndərin ideologiyasını yaşadan İlham Əliyevin ətrafında sıx birləşməlidir. Bu birləşmə milli anlaşma, birləşmə milli şüurun formalaşmasına gətirməlidir ki, dünya azərbaycanlıları buna öz münasibətini bildirsin. Dünya dövlətləri Azərbaycanın ədalətli mövqe tutmasına şahidlik edirlər, ancaq məsələnin həllinə gəldikdə bu və ya digər formada səbəblər tapılır. Nədənsə bu problemlər öz həllini tapmır. Bu da ondan xəbər verir ki, hələ də Azərbaycana qarşı dünya səviyyəsində ikili standart tətbiq edilir, ikili münasibərlər var. İkili münasibətlərin yaranmasında, yaradılmasında və hətta təzyiq altında saxlanılmasında illərlə fəaliyyət göstərən erməni lobbisinin əli var. Onlar Amerika Senatı, Rusiya Duması, Fransa, İsveçrə və başqa ölkələrdə dövlət səviyyəsində Azərbaycana qarşı mənfi rəy formalaşdırmağa çalışırlar. Təəssüflər olsun ki, hətta buna çox hallarda nail olurlar. Erməni lobbisinin Azərbaycana qarşı apardığı mənfur siyasətə bütün dünya azərbaycanlıları səsini qaldırmalıdır. Bu gün aparılan siyasət göstərir ki, dünya azəbaycanlıları bir mərkəzdən idarə olunmalıdır. Dünya azərbaycanlıları sıx birləşərək lobbiçiliyə doğru addım atmalıdırlar. Biz hələ lobbiçiliyə gəlib çatmamışıq. İnkar etmirəm, təbii ki, müəyyən işlər görülür. Lakin bu işləri hələ ki, çox cüzi adlandırıram. 100 illərdir erməni lobbisinin fundamental formlaşması məcbur edir ki, biz daha da sıx birləşək, lobbiçiliyə doğru gedək.
İnanıram ki, onda lobbiçiliyə atılan addım diasporumuzun sıx birləşməsi, milli birliyimizin dünya səviyyəsində tam şəkildə özünün büruzə verməsi, erməni lobbiçiliyinin bu və ya digər formada Azərbaycana qarşı təzyiqlərin qarşısını ala biləcək və dünya dövlətləri qarşısında Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində müsbət nəticələrini verəcək. Bu sahə vacib sahədir və biz bu sahədə əlimizdən gələni etməli və fikirləşməliyik ki, beynəlxalq təşkilatlar bizə kömək etməsə belə, torpaqlarımızın sülh yolu azad olunmasa belə Azərbyacanın ədalətli mövqeyi ancaq kağız üzərində qalmalı deyil, bütün xalqımzın iradəsi ilə kağız üzərindən böyük reallığa, həqiqətə malik olan gücümüzü dünyaya göstərməliyik. Son nöqtədə bu güc göstəriləcək, çünki biz sözü deməkdən nə qorxuruq, nə də çəkinirik. Bu Prezident İlham Əliyevin birbaşa mövqeyidir. Torpaqlarımızı sülh yolu ilə azad etmək mümkün olmasa, BMT-nin qətnamələri həyata keçməsə, çıxarılan qanunlar dünya dövlətləri tərəfindən dəstəklənməsə, Ali Baş Komandanın əmrinə ehtiyac duyulacaq və bu əmrə də bütün dünya azərbaycanlıları hazır olmalıdır.
- Türkiyə-Ermənistan sərhədlərinin açılması gündəmdədir. Necə düşünürsünüz, qardaş ölkə bu addımı atarmı?
- Nəzərdə tutulmuş tarixi dostluq münasibətləri qorunub saxlanılarsa, daha da dərinləşib inkişaf edərsə, onda Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə qığılcım yeri, ümid yeri var. Azərbaycan-Türkiyə münasibətlərinin tarixi kökləri var. Bütün hallarda Türkiyə qardaşlıq münasibətini dəfələrlə bəyan edib. Heydər Əliyevin bizə miras qoyduğubi deyim də var: "Bir millət, iki dövlət". Bu, əslində açılmamış inteqrasiya, ötrənilməmiş məktəbdir. Hər iki dövlətin daha da sıx birləşməsi üçün bu çox vacib amildir. Bu gün Dağlıq Qarabağ probleminin həlli istiqamətində beynəlxalq səviyyələrdə Türkiyə həmişə birmənalı şəkildə öz mövqeyini ortaya qoyub ki, Azərbyacanın ərazi bütövlüyü təmin olunmayınca Türkiyə-Ermənistan münasibətləri baş tuta bilməz. Ancaq qeyd etmək istəyirəm ki, doğrudan da onlar öz mövqelərində möhkəm dayanırlar. Ancaq Türkiyənin bəzi qəzetlərində ictimai xadimlərdən eşidirsən ki, sərhədlərin açılmasında pis iş yoxdur. Bunu milli maraqların həyata keçirilməsində lazımi addım olduğunu da bəzəın qeyd edirlər. Ancaq mən inanıram ki, Türkiyənin bugünki rəhbərliyinin timsalında, Ermənsitanla münasibətlərində səhv addım atsın. Mən inanıram ki, Ankara Azərbaycanın sözünü axıra kmi deyəcək, Azərbaycanla qardaşlıq və dostluq münasibətlərini Ermənistana dəyişməyəcək. Çünki tarixi dostluq və qardaşlıq münasibətlərindən əlavə, Rusiya və Türkiyə arasında münasibətlərin hansı formada olması da Qafqaz siyasətindən keçir. Bu gün Azərbycanın regionda liderlik mövqeyi beynəlxalq layihələrin həyata keçirilməsində mühüm rol oynayır.
- Rusiya-Ermənistan arasında hərbi müqavilənin imzalanması nədən xəbər verir. Bu Rusiyanın Cənubi Qafqaza yenidən qayıdışıdır, yoxsa?..
- Rusiya ilə Ermənistan arasında hərbi müqavilə münaqişənin həllində heç bir rol oynamayacaq. Baxmayaraq ki, Rusiya bütün məqamlarda Ermənistanın mövqeyini dəstəkləyir, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına maraq göstərir, Azərbaycanla münasibətlərində çox böyük yaxınlığı var, bunun Azərbaycan- Ermənistan münasibətlərinə hər hansı bir təsiri olmamalıdır. Mənfi təsiri ola bilər, 49 illik hərbi nüqavilənin bağlanması ondan xəbər verir ki, ermənilər Dağlıq Qarabağ problemini ürəkləri istədiyi qədər uzatmağa imkan qazanırlar. Bilirlər ki, Rusiya onları axıra qədər dəstələyəcək. Bu problemin həllində beynəlxalq təşkilatların qarışmasına Rusiya təsir göstərə biləcək. Ermənilər çalışacaqlar ki, bu, problemin daha da çox uzanmasına gətirib çxıarsın.
Rusiya ilə Ermənistan arasında 49 illik hərbi müqavilənin bağlanması Azəbaycanın MDB dövlətlərinə tam inteqrasiya olunmasına təzyiq kimi qiymətləndirilıə bilər. Inanıram ki, Azərbaycan-Rusiya münasibətlərində istilik var, bu gün tək iqtisadi deyil, mədəni əlaqlərin genişlənməsinə rast gəlirik. Diasporun formalaşması istiqamətində işimizi gücləndirməliyik. Diasporun köməyilə Azərbaycanın qəti mövqeyini, həqiqətlərini, ədalətli mövqeyini təbliğ etməli, ictimaiyyətə çatdırmalıyıq, bütün xalqların Azərbycana qarşı ədalətli mövqeyinə nail olmalıyıq. Vətənə təmənnasız xidmət milli birliyə, milli şüurun formalaşmasına gətiririb çıxaracaq.