PDF Oxu

Müsahibə

  • 7

"Müxalifət siyasətçilərində blok və birləşmək mədəniyyəti yoxdur"

"Müxalifət siyasətçilərində blok və birləşmək mədəniyyəti yoxdur"
- Araz bəy, "Soros" fondu və digər xarici yardımçı təşkilatlar tərəfindən müxalifətə mitinq və küçə yürüşlərinin keçirilməsi üçün 1,2 mln dollar vəsait ayırıb. Bu vəsaitdən sizə nə qədər pay düşüb və ümumilikdə, müxalifət bu vəsaitlə nə etmək fikrindədir?
- Müxalifət partiyalarına kimlərin pul ayırması bizi maraqlandırmır. Çünki bu vəsaitlərdən xəbərimiz yoxdur. Bilirsiniz ki, sosial-demokratlar milli demokratlarla eyni yol gedə bilmirlər. Bizi vətən düşündürür, onları isə şəxsi ambisiyaları. İkincisi isə əgər belə bir fakt varsa, "Soros" fondunun Azərbaycanda fəaliyyəti dayandırılmalıdır. Həmin partiyaların qeydiyyatı isə ləğv edilməli və həmin siyasi qüvvələr siyasətdən uzaqlaşdırılmalıdırlar. Çünki istənilən bir siyasi partiyanın xaricdən vəsait alması Konstitusiyaya və ölkədə mövcud olan qanunlara ziddir.
- Bu cür siyasətbazların siyasi arenadan uzaqlaşdırılması mexanizmini necə görürsünüz?
- Əgər bir kimsə siyasət adı altında ölkə qanunlarına hörmətsiz yanaşır, xarici təşkilatların maliyyəsi hesabına ölkədəki sabitliyi pozmağa çalışırsa, bu cür halların qarşısı operativ şəkildə alınmalıdır.
- İsa Qəmbərov etiraf edib ki, müxalifət düşərgəsində İrana, Rusiyaya işləyən qüvvələr var, bunu necə qiymətləndirirsiniz?
- Əgər İ.Qəmbərov belə bir fakta malikdirsə, o zaman onu müəyyən mənada, sorğuya cəlb edib məlumatı dəqiqləşdirmək olar. Çünki İrana, Rusiyaya, ABŞ-a, Avropaya işləyən siyasi partiyalar artıq vətənə xəyanət etmiş olurlar. Ona görə də, Azərbaycanda fəaliyyət göstərən istənilən siyasi qüvvə ancaq Azərbaycanın xeyirinə işləməlidir.
- ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, AXCP (i)-Müsavat yaxınlaşmasının konturları ABŞ-da cızılıb. Doğrudan da kənar qüvvələr üçün bu birlik bir o qədər maraqlıdır?
- Düşünmürəm ki, bu birlik Azərbaycanın xeyirinə nəsə bir fövqəladə iş görə biləcək.
- Xeyir dedikdə, nəyi nəzərdə tutursunuz?
- Azərbaycanın xeyirinə olan yeganə bir məsələ ondan ibarət ola bilər ki, Dağlıq Qarabağ probleminin həllinə nəsə bir köməklik edilmiş olsun. Eyni zamanda, siyasətdə irəliləyişə və siyasi qüvvələrin sağlam rəqabətinə nail olmaq lızımdır. Digər bir məsələni də qeyd edim ki, əgər hər hansı bir siyasətçi kənardan göstəriş alırsa, deməli, o, hökmən Azərbaycanın əleyhinə işləyir.
- Radikalların bu yoldan uzaqlaşması üçün sizin də, digərləri kimi çəkindirici bir mövqe sərgiləməyiniz nə ilə izah oluna bilər?
- Müxalifətdəkilərdən heç bir çəkinəcəyim yoxdur. Amma hüquqa hörmətlə yanaşıram. Əgər əlimdə fakt yoxdursa, heç kəsə nə oğru, nə də ki, doğru deyə bilmərəm. Əlimdə fakt olanda, açıq şəkildə onu ictimaiyyətə çatdırıram. Ancaq o faktı demişəm ki, bu gün birlikdən, əməkdaşlıqdan dəm vuran qüvvələr 1992-ci ildə dövlət çevrilişi ediblər, 2003-cü ildə isə dövlət çevrilişi etməyə cəhd ediblər. Çünki əlimdə kifayət qədər tutarlı faktlarım var. Amma bir reallıq isə ondan ibarətdir ki, bu gün xaricdən pul alan siyasi qüvvələrin heç birinə bu faktı sübut etmək belə mümkün olmur.
- Bu gün müxalifət düşərgəsindəki durumun bu səviyyəyə düşməsində kimləri günahlandırmaq olar?
- Vaxtilə AXC-nin rəhbərliyinə daxil olan bütün şəxslərin bu məsələdə böyük günahları vardır.
- Yəni Əli Kərimovu və İsa Qəmbərovu nəzərdə tutursunuz?
- Bütövlükdə hamısını deyirəm və mən onların adlarını çəkməyə borclu deyiləm. Amma qeyd etməliyəm ki, onların da günahları başlarından böyükdür.
- Bəs özünüzü günahkar hesab etmirsiniz?
- Xeyr. Çünki mən heç vaxt AXC-nin üzvü olmamışam.
- Amma nəzərə almaq lazımdır ki, siz də müxalifətçilərin sırasındasınız...
- Mən həmişə kommunistlərə və AXC-yə qarşı müxalifətdə olmuşam.
- Müxalifət düşərgəsində yeni bloklar yaratmaq üçün səylər edilir. Bunu necə qarşılayırsınız?
- Bizim heç vaxt müxalifət düşərgəsində hər hansı bir blokda iştirak etmək fikirimiz yoxdur. Çünki müxalifət siyasətçilərin də blok və birləşmək mədəniyyəti yoxdur.
- Sizcə, onlar hansısa bir güc mərkəzinə çevrilə bilərmi?
- Bu gün müxalifət düşərgəsində təmsil olunan siyasi partiyalar arasında bir dənə də, olsun güc mərkəzi görmürəm.
- İsa Qəmbərova qarşı ittihamlar səsləndirdiniz. Qorxmursuz ki, sizi məhkəməyə verər?
- O, mənimlə debatdan belə qaçır, o ki qaldı məhkəməyə versin.
- Heç onu debata çağırmısınızmı?
- İ.Qəmbərov AXC-Müsavat hakimiyyətində parlamentin sədri işləyərkən, mən və Zərdüşt bəy ona məktub yazdıq ki, ikimizdən birimizlə açıq debata çıxsın. O isə, bizə belə cavab verdi ki, Araz Əlizadə davakardır, Zərdüşt Əlizadə isə kinli və qeyri-obyektivdir. Ona görə də, ASDP-dən kiminləsə debata çıxası olsam, Arzu Abdullayeva ilə çıxa bilərəm.
- Xanımla debata çıxmaq İ.Qəmbərov üçün asan göründüyü üçün...?
- Xeyr. Çünki o zaman Arzu Abdullayeva Azərbaycan dilində çox pis danışırdı.

Digər xəbərlər