PDF Oxu

Müsahibə

  • 11

Radikallar öz çirkin əməllərindən əl çəkmirlər

Radikallar öz çirkin əməllərindən əl çəkmirlər
Məlumdur ki, radikallar yenə də öz mənasız, boş planlarına uyğun olaraq mitinqlər keçirmək istəyirlər. Bu mitinqlərdən biri də ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri zamanı planlaşdırılır. Belə pozucu, yersiz mitinqlərin keçirilməsinə müsahibimiz ASDP həmsədri Araz Əlizadə aydınlıq gətirdi.
- Araz bəy, radikal partiyalar iyulun 3-də ABŞ-ın dövlət katibi Hillari Klintonun səfəri zamanı hansısa pozucu aksiyalar keçirməyi planlaşdırırlar. Bu planlaşdırılmış aksiyanı hansısa beynəlxalq qurumlarla razılaşdırılmış işbirliyi hesab etmək olarmı?
- Onların əsas fikirləri odur ki, diqqəti özlərinə cəlb etsinlər. Demək istəyirlər ki, biz hələ varıq, bizi yedirtmisiniz və yedirtməkdə davam edin. Böyük fransız ədibi deyirdi ki, biz əhliləşdirdiyimiz heyvanlara görə məsuliyyət daşıyırıq. Bununla, onlar H.Klintonun yadına özlərini salmaq istəyirlər.
- Bəy, H.Klinton onlara nəzər yetirəcəkmi?
- Onu deyə bilmərəm, amma onu bilirəm ki, ABŞ bu gün müxalifətdən daha çox iqtidara üz tutub. Onlar bilirlər ki, bu müxalifətçilər reanimasiya olunacaq qüvvələr deyillər.
- Bəy, belə bir məsəl var ki, bir gün bir kişi gəlir evə və arvadına deyir ki, bu gün şah məni danışdırdı. Arvadı soruşur ki, ay kişi o, sənə nə dedi? Kişi cavabında, şah dedi ki, "ay donuz, yoldan çəkil" deyib. Bu olayı H.Klintonun səfəri zamanı müxalifətin timsalında necə şərh edərdiniz?
- Mən düşünmürəm ki, H.Klinton onlarla danışacaq. H.Klintonun onlarla heç bir söhbəti olmayacağına inanıram.
- Bəy, müxalifət iyulun 10-na planlaşdırdığı mitinqi iyulun 3-nə keçirdi. Onlar mitinqə hansısa qüvvə çıxara biləcəkmi?
- Onlar nə etmələrindən, hansı işlər görmələrindən asılı olmayaraq, heç bir qüvvə çıxara bilməyəcəklər. Çünki heç bir qüvvələri yoxdur. Onların mənasız sözlərinə heç kim inanmır.
- Bəs onlar hər hansı nəzər-diqqəti cəlb edəcək bir olay yaşada bilərlərmi?
- Onlar heç bir olay yarada bilməyəcəklər. Onların heç bir gücü, qüvvəsi yoxdur. Yalandan 3-5 nəfəri küçəyə çıxarmaq mitinq demək deyil. Onlar bunu anlamırlar.
- Bilirsiniz ki, 2003-cü il oktyabr hadisələri yaşandı. Onlar yenidən belə bir hadisəyə cəhd etmək istəyirlər?
- Bilirsiniz, o hadisələr müxalifətin savadsızlığını, düşüncəsizliyini, ağılsızlığını, mədəniyyətsizliyini sübut elədi. Bu hadisələr, həmçinin, onların insanlıqdan uzaq olduqlarını göstərdi. Sübut olundu ki, onlar müxalifət demokratiyasından çox uzaqdır.
- Bəs kim təminat verə bilər ki, Əli Kərimov yenidən bu işləri görmək istəməyəcək?
- Yox, artıq onlar belə hadisələri törədə bilməyəcəklər. Artıq o hadisələrdən sonra beynəlxalq miqyasda onlara irad tutuldu və bu vəhşilik tənqid olundu. Onlar dərslərini aldılar.
- Araz bəy, sizin məntiqinizdən belə çıxır ki, onlar ibrət dərslərindən nəticə çıxarırlar?
- Bilirsiniz, onlar bunu ibrət dərsi saymırlar, onlar yalnız öz ağalarının göstərişlərini yerinə yetirirlər.
- Söhbət hansı ağalardan gedir?
- Dəqiq bilmirəm. Deyə bilmərəm, hansı ağalardan söhbət gedir.
- Bəs axı ağalar dediniz. Bunlar hansı ağalardı?
- Əgər bunlar bu gün hansısa xarici qüvvələrin maraqlarına xidmət edirlərsə, onların istəklərinə uyğun addımlar atırlarsa, deməli, kimlərinsə maraqlarına xidmət edirlər.
- Niyə məhz parlament seçkiləri ərəfəsi Azərbaycanda bəzi qüvvələrin fəallığı müşahidə olunur?
- Bilirsiniz, onlar yenə də bu arzu ilə yaşayırlar ki, bəlkə də qaytardılar. Müxalifətçilərin törətdiyi iğtişaşlar, keçirmək istədiyi mitinqlər hamısı boş və mənasızdı. Onlar heç nəyə nail olmayacaqlar.
-Araz bəy, müxalifət partiyalarının xarici təşkilatlardan qrantlar alaraq onların maraqlarına uyğun işlər görmələri qanuna zidd hərəkət deyilmi?
- Əlbəttə, onlar hər hansı bir qurumdan maliyyələşir və ölkədə onların maraqlarına uyğun addımlar atırlarsa, bu, qanuna tam ziddir.

Digər xəbərlər