PDF Oxu

Müsahibə

  • 5

Son illər mədəniyyət və turizmin inkişafına dövlət qayğısı artır

Son illər mədəniyyət və turizmin inkişafına dövlət qayğısı artır
Mədəniyyət və Turizm Nazirliyinin məsul işçiləri Şəkidə mədəni-maarif müəssisələrinin fəaliyyəti ilə tanış olub, kənd mədəniyyət işçilərinin iştirakı ilə toplantı və səyyar qəbul keçiriblər. Şəhər icra hakimiyyətinin akt zalında keçirilən tədbiri giriş sözü ilə şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov açaraq, son illər respublikamızda mədəniyyət və turizm sahəsinin inkişafına göstərilən yüksək dövlət qayğısından danışmış, nazirliyin tədbirlər planına uyğun olaraq rayonlarda mədəniyyət işçiləri ilə keçirilən belə görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb. Toplantıda Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov geniş məruzə edib. Nazirliyin rəsmisi bildirib ki, rayonlarda kənd mədəniyyət işçiləri ilə belə görüşlərin keçirilməsi artıq ənənə şəklini alıb. Belə görüşlərin əsas məqsədi mədəniyyət müəssisələrinin fəaliyyəti ilə yerində tanış olmaq, müəssisələrin qarşılaşdıqları problemləri müəyyənləşdirmək, onların həlli yollarını araşdırmaq, birlikdə müzakirə etmək, habelə, kənd mədəniyyət müəssisələri işçilərinin təşəbbüskarlığının artırılmasına nail olmaqdır.

Digər xəbərlər