PDF Oxu

Müsahibə

  • 7

"YAP ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliyi, iradəsi və dühasından yaranan partiyadır"

"YAP ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliyi, iradəsi və dühasından yaranan partiyadır"

(Əvvəli ötən saylarımızda)

- Musa müəllim, milli mənəvi dəyərlərin təbliğində, inkişafında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır...
- Əlbəttə, Mehriban xanımın fəaliyyəti təkcə milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı deyil. Ümumiyyətlə, Azərbaycanda sosial sahələrinin, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı, sosial-müdafiəyə ehtiyacı olan insanlara qayğı ilə bağlı, xüsusilə, kimsəsiz uşaqlarla bağlı böyük layihələr həyata keçirir. Təsadüfi deyil ki, ölkədə son 3-4 ildə tikilən və təmir olunan məktəblərin çoxusu Heydər Əliyev Fondunun təşəbbüsü, dəstəyi və maliyyəsi ilə həyata keçirilir. Kimsəsiz uşaqların yaşadığı internat evlərində, müalicə aldığı xəstəxanalarda böyük təmir işləri gedir. Talasemiya Mərkəzinin tikilişi məhz Heydər Əliyev Fondunun təşəbbüsü, dəstəyi həyata keçirilir. Gələn qonaqlara həmin mərkəzin şəraiti, avadanlıqları ilə tanış edəndə, heyran olurlar. Digər tərəfdən milli-mənəvi dəyərlərimizlə bağlı xeyli işlər görülüb. Muğam sənətinin böyük inkişaf dövrləri olub. 1990-cı illərdəki proseslər muğam sənətini bir qədər tənəzzülə uğratmışdı. Artıq bizim böyük sənətkarlarımız qorxa-qorxa danışırdılar ki, muğam sənəti itə bilər. Məhz Heydər Əliyev Fondunun hazırladığı layihələr, qısa müddət ərzində keçirilən muğam festivalları, görülən tədbirlər Azərbaycanda artıq muğam ifaçılarının bir neçə nəslinin ortaya çıxmasına və inkişafına gətirib çıxartdı. Bu gün muğam ən aparıcı incəsənət və mədəniyyət abidəsi kimi YUNESKO-nun siyahısına daxil olub. Ondan sonra beynəlxalq muğam festivalının keçirilməsi, muğam klassiklərinin müasir səviyyədə disklərinin buraxılması, saz sənətinin inkişafı, Novruz bayramının keçirilməsi ilə bağlı işlər görülüb. Həmçinin, məscidlərin, müqəddəs ziyarətgahların təmiri və abadlaşdırılması ilə bağlı görülən işlər milli-mənəvi dəyərlərimizin həm qorunması, həm qiymət verilməsi, həm inkişafı, həm də ulu öndərimiz Heydər Əliyevin milli ideologiyasının çox mühüm tərkib hissəsinin inkişaf etdirilməsidir.
- Sadaladığınız uğurlu nailiyyətlərə əsasən birmənalı şəkildə demək olar ki, ulu öndərimiz Heydər Əliyevin qoyduğu tərəqqi, inkişaf strategiyası Azərbaycan xalqına ancaq xoşbəxtlik gətirib?
- Heç şübhəsiz ki, Azərbaycan xalqı 1970-ci illərdən öz xoşbəxtliyini, səadətini Heydər Əliyevin fəaliyyətində, şəxsiyyətində, siyasətində görüb. Məhz bu səbəbdən də, Azərbaycan xalqı ən ağır günündə Heydər Əliyevə müraciət etdi. O böyük şəxsiyyətdən, rəhbərdən kömək istədi və Onun ikinci dəfə hakimiyyətə gəlməsini xahiş etdi. 2003-cü ildə Heydər Əliyev səhhəti ilə bağlı olaraq prezidentliyə namizədliyini geri götürəndə xalqa müraciət etdi. Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsini bildirəndə tarixi söz dedi: "Mən İlham Əliyevə özüm kimi inanıram". Məhz həmin dövrdə Heydər Əliyevin bu sözünə görə, Azərbaycan xalqı İlham Əliyevə inandı, Onu dəstəklədi. Qısa müddət ərzində xalq gördü ki, inamında yanılmayıb. 2008-ci ildə keçirilən seçkilərdə Prezidentin vəkili olaraq, rayonlarda görüş keçirirdik. Ağsaqqalar bizimlə görüşlərində deyirdilər ki, cənab Prezidentin vəkili kimi xoş gəlmisiniz. Amma bizimlə təbliğat aparmağa ehtiyac yoxdur. Çünki biz artıq öz seçimimizi etmişik. Bundan yaxşı siyasət, rəhbər harada olacaq. Xalqın inamını qazanmaq dünyada ən çətin işlərdən biridir. Bu xalqın inamını qazanmaq üçün görülən bütün işlər-həm iqtisadi, həm sosial, həm beynəlxalq, həm ölkədə haqqın-ədalətin qorunması, həm də digər sahələrdə düzgün olmalıdır. İlham Əliyevin düzgün siyasəti ondan ibarətdir ki, haqq-ədalət həmişə öz yerini tapır.
- Ölkədə aparılan quruculuq-abadlıq işlərinin, əhalinin güzəranının yaxşılaşdırılmasını radikal müxalifətin görə bilməməsini konkret hansı detallarla əlaqələndirmək olar?
- 2003-cü ildə keçirilən seçkilərdən sonra müxalifət artıq özünün gərəksizliyini dərk etdi. 2005-ci il parlament seçkilərində də dərk etdilər ki, xalq onları tanımır, dəstək vermir. 2008-ci ildə isə, radikal müxalifət deyilən partiyalar və liderlərin heç biri namizədliklərini irəli sürmədilər. Düzdür, bəhanələr oldu. Amma ən əsas məsələ o idi ki, onlar bir faiz də olsun səs qazana bilməyəcəklər. İndi bu uğurları görmək istəməməkləri, araqarışdırmaq cəhdləri, icazəsiz yerlərdə mitinqlər keçirmək cəhdləri maliyyə dəstəkləri ilə bağlıdır. Müxtəlif dövlətlərin müxtəlif qurumları var ki, Azərbaycanda sabitliyin olmasını istəmirlər. Onlar istəyirlər ki, müəyyən adamları ortaya salmaqla hardasa bəzi siyasi dividendlər əldə edə bilsinlər. Azərbaycanı müəyyən güzəştlərə getməyə məcbur edə bilsinlər. Azərbaycanın bu qədər düzgün siyasət aparmasını qəbul edə bilməyən qüvvələr var. Qarşıdan parlament seçkiləri gəlir. Radikal qrup adlanan müxalifətin bəzi liderlərinə, "iş aparan" bilən insanlara pul, maliyyə dəstəyi, müəyyən vədlər də verirlər. Onlara bildirirlər ki, siz müəyyən pozuculuq işləri aparın, bəyanatlar verin. Türkiyə-Ermənistan münasibətləri ilə bağlı ölkədə problemlər yarananda Azərbaycan xalqı iqtidarın tərəfində oldu. Müxalifətdə olanların biri səsini çıxartmadı ki, Azərbaycan işğaldan azad olmamış sərhədləri açmaq qardaşlıq işi deyil. Bu, nə ilə bağlıdır? Bunlarda nə milli ideya, nə birlik, nə Qarabağ istəyi yoxdur.
- Musa müəllim, belə çıxır ki, ölkəmizin dünya xəritəsində yeri və rolu möhkəmləndikcə Azərbaycanın uğurlarını qısqanclıqla qəbul edənlər Bakıdakı əlaltıları vasitəsilə ölkədə siyasi sabitliyi pozmağa çalışırlar?
- Burada iki sonluq var. Birinci məsələ ondan ibarətdir ki, radikal müxalifət deyilən artıq tükənir. Yəni, insanlar daha ona getmirlər. Onlar sıradan çıxır. İkinci tərəf odur ki, Azərbaycan dövləti qüdrətini, gücünü artırdıqca daha həmin adamların ölkədə təşkilatlarını yaratmaq imkanları məhdudlaşır. Müəyyən QHT-lər yaradırdılar ki, xaricdən onlara qrantlar verilsin. İndi ölkədə Prezident yanında QHT-larə Dövlət Dəstəyi Şurası yaradılıb. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafını istəyən milli QHT-lər formalaşır. Milli QHT-lərə də dövlət öz dəstəyini verir. Onlar da azad şəkildə konstitusiyaya uyğun çərçivədə işlərini görür.

Digər xəbərlər