PDF Oxu

Müsahibə

  • 10

Səməd Seyidov: "Baloniya prosesində tələbələrin xaric olunma prosedur qaydaları yoxdur"

Səməd Seyidov: "Baloniya prosesində tələbələrin xaric olunma prosedur qaydaları yoxdur"
-Türkiyənin baş nazirinin ABŞ-a səfəri Ermənistanla sərhədlərin açılması ilə nəticələnə bilər. Bu nə dərəcədə realdır?
-Siz bilirsiniz ki, bu yaxınlarda Azərbaycanın çox yüksək nümayəndə heyəti başda hörmətli Ramiz Mehdiyev olmaqla Türkiyəyə səfər edib. Səfər çərçivəsində Türkiyə rəhbərliyi ilə geniş müzakirələr aparılıb. Bununla yanaşı, Türkiyə Böyük Millət Məclisi (TBMM) ilə Azərbaycan Milli Məclisi arasında bu məsələ ətrafında dəfələrlə müzakirələr keçirilib.
Bu yaxınlarda bizim Türkiyəyə növbəti səfərimiz nəzərdə tutulur.
Türkiyə birmənlı şəkildə qeyd edir ki, Dağlıq Qarabağ məsələsi öz həllini tapmayana qədər, sərhədlər açılmayacaq. Bu mövqe baş nazir R.T. Ərdoğan, TBMM rəsmiləri tərəfindən dəfələrlə bəyan edilib. ABŞ dünyanın ən güclü və qüdrətli ölkəsindən biridir və o ölkə ilə münasibətlər hər bir halda qurulmalıdır. Lakin bu münasibətlər elə qurulmalıdır ki, həmin o ölkənin daxili işinə heç bir zərər gətirməsin və müdaxilə olunmasın.
Mən hesab edirəm ki, rəsmi Ankara bu istiqamətdə sərt addımları atdı, mövqeyini konkret olaraq bildirdi. Bu istiqamətdə də fəaliyyətini davam etdirir. Türkiyənin baş nazirinin ABŞ-a səfəri baş tutacaq. Hətta xarici işlər naziri də səfər edəcək. Səfərdə məsləhətləşmələr aparılacaq. Bu gözləniləndir. Amma fikrimcə Dağlıq Qarabağla bağlı olan mövqe dəyişilməz qalacaq.
-Bəzi politoloqların fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin siyahısı dəyişməyincə konkret nəticə əldə etmək mümkünsüzdür...
-Bilirsiniz, dəfələrlə Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı öz fikirlərini, münasibətlərini bildiriblər. Burda narahatçılıqlar var. Təbii hansısa başqa problemlərdə var. Ancaq bu gün dünyanın 3 aparıcı ölkəsi var. Bir neçə aparıcı ölkələr içərisində ABŞ, Avropadan Fransa regionda isə Rusiyadır. Əvəzolunma söhbəti ortaya çıxanda, bu məsələyə daha geniş yanaşma tələb edir. Daha böyük nüfuzlu ölkəni götürüb daha az sözə sahib olan ölkəylə əvəz etmək siyasi baxımdan düzgündür?
Biz sadəcə işimizi elə qurmalıyıq ki, güclü gücsüz, təsir edən təsir etməyən, başqa qüvvələrə və təsirlərə malik olan ölkələr Azərbaycanın Qarabağ məsələsində maraqalarına toxunmasın. Mən yenədə təkrar etmək istəyirəm Avropada güclü dövlətlər Almaniya və Fransadır. ATƏT-in Minsk qrupuna daxil olan Fransa hazırda münaqişənin həllində lokomativ rolunu oynayır. Daha sonra ABŞ və Rusiyadır.
Tapın başqalarını əvəz edək...
- Qondarma erməni soyqırımı bir çox ölkələrin parlamentlərində müzakirə olunur. Xocalı soyqırımının dünya dövlətlərinin parlamentlərində müzakirəsinin vaxtı yetişməyibmi?
-Xocalı soyqırımının bütün dünyada tanıdılması mütləq olacaq. Bilirsiniz zaman amili var. Bunu unutmaq olmaz. Təəsüflər olsun ki, ermənilər bu yalan siyasətini bu gün yox, dünən yox, 100 illərlə aparırlar. Azərbaycan isə faktiki bu siyasətə, güclü təsiredici və məntiqli təbliğata 1996-cı ildən başlayıb. Çünki 1993-96 çı illərdə daxili gərginlik nəticəsində heç xarici siyasətlə məşğul olmaq yada düşmürdü. Bu məntiqli siyasətin nəticəsidir ki, hal- hazırda elə bir ölkə yoxdur ki, Xocalı soyqırımını tanımasınlar. Parlament səviyyəsində hələ indi-indi müzakirələr aparılır. Artıq bu istiqamətdə güclü işlər görülür.
Hər bir ölkədə soyqırımı xatırladan müəyyən abidələr var. Bu çox böyük bir məsələdir. Heç vaxt hər hansısa bir fikrə düşmək lazım deyl ki, Xocalı faiəsi unudulacaq, bu ola bilməz. Çünki bu bizim qanlı tarximizdir. Nəzərə almaq lazımdır ki, Xocalı artıq yalnız bir faciə kimi yox Azərbaycan xalqının ayrılmaz bir tərkib hissəsi, bir parçasıdır. Onsuz Azərbaycan xalqı artıq yoxdur və dünyada bunu bilməlidir.
-Təhsil naziri Misir Mərdənov "Meydanda tək Qalmışam" ifadəsini işlədib. Rəhbərlik etdiyiniz Azərbaycan Dillər...
- Bilirsiniz bir çox mətbu orqanlarda bizim təhsil ocağı ilə bağlı tamamilə ağlısığmaz fikirlər yazıblar. Tamamilə uyğun olmayan məsələlər şərh olunur və tələbələrin xaric olunması ilə bağlı məsələlərə toxunulur. Amma bilmirlər ki, tələbələri xaric etmək sistemi tətbiq olunmur. Balonya prossesində ümumiyyətlə tələbələrin xaric olunma prosedur qaydaları yoxdur. Amma heç kim demir ki, demokratiya inkişaf yolu nahamar bir yoldur. Bu mübarizədir. Ancaq bu gün ABŞ 18 tələbəsini azərbaycana göndərir.
Niyə?
Azərbaycan dilini öyrənməyə.
Norveçin hesabına Azərbaycandan 20 nəfər tələbəmiz Norveçə oxumağa göndərilib. Bu günlərdə təxminən iki-üç ay ərzində universitetin nəznində İndoneziya mərkəzi, Hind mərkəzi, Çin mərkəzi açılacaq. Daha sonra Avstrya, İtaliya, Fransa, Almaniya, Koreya, Yahudi və Yaxın Şərq, Skandinaviya, mərkəzləri açılır. Hansını sadalayım?
Bu gün Azərbaycan Dillər Universiteti ən öndə gedən ali təhsil ocaqlarından biridir. Qərb bunu görür. Qəbul edən və qəbul etməyən qüvəllər var. Necə ki, Azərbaycanı görüb qəbul edən qüvvələr də var, görüb qəbul etməyən qüvvələr də var. Mən yenədə qeyd etmək istərdim ki, Azərbaycanda təhsil çox yüksək səviyyədədir. Belə olmasaydı bu qədər savadlı, elmli tələbələrimiz bizi həm xarici ölkələrdə həm də yeni kadr kimi ölkənin gələcək həyatında mövcud olmazdı.

Digər xəbərlər