PDF Oxu

Müsahibə

  • 7

"Bizim əsas məqsədimiz qarşıya qoyduğumuz məsələləri heç nə ummadan həyata keçirməkdir"

"Bizim əsas məqsədimiz qarşıya qoyduğumuz məsələləri heç nə ummadan həyata keçirməkdir"
- Kamil bəy, son vaxtlar iqtidaryönlü partiyaların Yeni Azərbaycan Partiyasına (YAP) birləşdirilməsi təklifi irəli sürülüb. Parlament seçkiləri ərəfəsində bu ideyanın reallaşması nə dərəcədə mümkündür?
- Bu məsələ zaman-zaman gündəlikdə olub. Lakin parlament seçkiləri öncəsi bu təklif Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc tərəfindən səsləndirildi. Bu da, müsbət mənada, böyük rezonansa səbəb oldu. Bununla bağlı YAP-ın rəhbər funksionerlərinin və digər siyasi partiyaların fikirləri səsləndirilib. Bu hal təqdirəlayiqdir. Azad Respublikaçılar Partiyası YAP-ın rəhbərlik etdiyi Məşvərət Məclisinin üzvüdür. İqtidarın apardığı siyasi dəsti-xəttə ideoloji təminat yaradan partiyadır və işinin öhdəsindən də layiqincə gəlir. Partiyamız məsələnin bu cür qoyuluşuna müsbət yanaşır, dəyərləndirir. Əslində, partiya zaman-zaman zərurətdən yaranıb. Bu gün artıq proseslər elə bir məcraya yönəlib ki, parlament seçkiləri ərəfəsi vahid ideoloji mərkəzdən çıxış etmək nöqteyi-nəzərdən, bu məsələyə müsbət yanaşırıq. Əsas odur ki, bunun mexanizmi hazırlanmalıdır. Hər bir partiyanın özünün məram və məqsədi olsa da, amma ülvü məqsədimiz ulu öndərimiz tərəfindən əsası qoyulmuş bu siyasətin davam etdirilməsidir. Təbii ki, burada da hakim partiya YAP-dır. Hakim partiya tərəfindən bu və ya digər partiyanın bir-birinə qoşulması və ya birləşməsi söhbəti getsə, partiyamızın Siyasi Şurasında məsələ müsbət dəyərləndirilə bilər.
- Birləşmənin mexanizmini necə görürüsünüz?
- İqtidaryönlü siyasi partiyaların kifayət qədər sosial bazası var. Yəni, bu arada həmin partiyaların YAP-a qoşulmasından söhbət gedə bilər, birləşməsindən yox. Yəni, fraksiya halında yox, bu partiyaların üzvlərinin sıravi YAP-ın üzvü kimi həmin ideologiyanın təbliğatı, təşkilatı, yəni siyasi fəaliyyəti ilə həmin partiyada davam etdirilməsindən söhbət gedə bilər. Bərabər səviyyədə siyasi partiyalar olsaydı, söhbət bundan gedə bilər. YAP kifayət qədər iri, sosial bazaya malik olan və hakim partiyadır. Təsadüfi deyil ki, iqtidaryönlü siyasi partiyaların Məşvərət Məclisində də, məhz YAP irəlidədir. Mexanizmi belə görürük ki, bu partiyalar siyasi fəaliyyətlərini YAP-ın üzvü kimi davam etdirə bilərlər.
- Amma sizdən fərqli olaraq, Məşvərət Məclisində təmsil olunan "cırtdan" partiyanın sədri böyük iddialarla çıxış edib. Birləşmənin onun rəhbərlik etdiyi partiyaya aid olmadığını qeyd etməklə, sizin partiya timsalında birləşmənin reallaşdırılmasının mümkünsüzlüyünü qeyd edib...
- Bu, siyasi etikaya sığmayan fikirlərdir. Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə öz fikirlərini, çox təəssüflər olsun ki, Azad Respublikaçılar Partiyasının nüfuzunun aşağı salınması ilə ifadə edib. O, çəkdiyi əziyyətə görə, ona çatacaq haqqı tələb edir, mandata sahib olmasını istəyir. Ola bilsin ki, bu, onun müəyyən hüququdur, şəxsi fikridir. Lakin biz bu fikirləri bölüşdürmürük. Bizim əsas məqsədimiz qarşıya qoyduğumuz məsələləri heç kimdən heç nə ummadan həyata keçirmək olub. Bu illər ərzində siyasətə qulluq etmişik. İndi bizim ünvanımıza xoşa gəlməyən ifadənin işlədilməsi də M.Əlizadənin rəhbərlik etdiyi partiyaya və onun şəxsiyyətinə uyğun olmayan fikirlərdir. Söhbət ondan gediri ki, bəli, digərlərindən fərqli olaraq, biz YAP-ın üzvü olmuşuq. Bununla da fəxr edirik. Qeyd etdiyim ki, Azad Respublikaçılar Partiyasının sədri olsam da, bütün fəaliyyətimizi, istiqamətimizi, işimizi, məhz YAP-ın rəhbərliyi altında görürük.
- Adını çəkdiyiniz partiya sədrinin radikal fikir söyləməsini arxasında Azərbaycanı sevməyən Müsavat, AXCP (i) bu kimi radikal partiyaların tapşırıqlarının dayandığını söyləmək olar?
- Bu qənaətdə deyiləm. Ancaq burada olan fikirlər sırf ikinci iqtidar partiyası obrazını yaratmaq kimi büruzə verir. M.Əlizadənin fikirincə, partiyasının 100-200 min üzvü var. Əgər DADP-nin bu qədər üzvü var idisə, son bələdiyyə seçkilərində özünü göstərəydi, ya da qarşıdan gələn parlament seçkilərində bunu büruzə versin. Bütün bunlar çox absurd fikirlərdir ki, bu partiyanın digər partiyaya qoşulmasına ehtiyac yoxdur.

Digər xəbərlər