Son illərdə istehsal edilmiş milli filmlər nümayiş olunacaq
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə aprelin 6-dan 10-dək respublikanın müxtəlif yerlərində son illər istehsal edilmiş milli filmlərin nümayişi keçiriləcəkdir. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxovun sözlərinə istinadən, Bakıda, bölgələrdə, islah əmək müəssisələrində və hərbi hissələrdə nümayişi nəzərdə tutulan filmlər, əsasən, vətənpərvərlik və tərbiyəvi xarakter daşıyır. Əsas məqsədlərdən biri son illər çəkilmiş filmləri tamaşaçılara təqdim etməkdir. Bunun üçün film göstəriləcək ərazilərdə tədbirin reklam-plakatları yapışdırılmışdır.
Yusif Şeyxovun sözlərinə görə, nümayiş olunacaq filmlər tərbiyəvi xarakter daşıyacaq və məkanlara görə təqdim olunacaq. Hərbi hissələrdə "Cavad xan", islah əmək müəssisələrində "Niyyət", qadın cəzaçəkmə müəssisəsində isə "Məhkumlar" bədii filmlərinin nümayiş etdirilməsi planlaşdırılır.