PDF Oxu

Müsahibə

  • 10

"Müxalifətdəki partiya sədrlərinin dəyişməsinə çox ciddi ehtiyac var"

"Müxalifətdəki partiya sədrlərinin dəyişməsinə çox ciddi ehtiyac var"
- Elşən bəy, müxalifətin legitimliyi məsələsi KİV-lərdə müzakirə predmetinə çevirilib. Bununla bağlı nə deyə bilərsiniz?
- Siyasi anlamda qəbul edilən prinsiplərdən yanaşsaq, legitimlilik ancaq hakimiyyətə aid olan məsələdir. Seçkilər demokratik, şəffaf, azad və ədalətli keçirsə, hakimiyyət xalqın azad seçimi və iradəsi zəminində formalaşırsa, eyni zamanda, hakimiyyətə xalq tərəfindən etimad varsa, belə bir hakimiyyət legitim sayılır. Eyni zamanda, müxalifət seçkilərdə özünün məğlubiyyətini etiraf etməli, hakimiyyətin legitim olmağı ilə bağlı məsələlərə birmənalı şəkildə aydınlıq gətirməlidir. Yəni, demokratiyanın əsas dəyərlərindən biri elə hakimiyyətin legitimliyinin cəmiyyətdə siyasi qüvvələr tərəfindən qəbul olunması ilə bağlı ciddi amillərdən biridir. Müxalifətin legitimliyi dedikdə, qeydiyyatdan keçmiş leqal şəkildə, qeydiyyatdan keçməyən və qeyri-leqal şəkildə fəaliyyət göstərən partiyalar var. Yəni, müxalifətin legitimliyinə ən azı bu rakursdan yanaşmaq olar. Bu baxımdan, Azərbaycanda müxalifətin təsnifatını versək, onu bir neçə kateqoriyaya bölmək olar. Ölkənin ənənəvi müxalifəti var ki, o, bir çox hallarda özünü radikal müxalifət kimi dəyərləndirir. İkincisi, hakimiyyətlə münasibətləri konstruktiv zəmində qurmaq, formalaşdırmaq və inkişaf etdirmək kontekstindən ölkədəki siyasi reallıqlara yanaşan müxalifət var. Eyni zamanda, hələ də ciddi sosial bazası olmayan və qeyri-leqal şəkildə fəaliyyət göstərən müxalifət var.
- Sizcə, nə qədər partiya sədrliyində qalmaq və "mən siyasətçiyəm" demək olar?
- Hər bir partiyanın nizamnaməsində partiya sədrinin seçilməsi ilə bağlı məsələlərə partiyanın qanunvericilik baxımından aydınlıq gətirilir. Yəni, hüquqi kontekstdə sırf qanuni müddəalar baxımından əgər partiya sədrinə partiyanın ali orqanı olan qurultay etimad göstərirsə və partiya sədri özünün legitimliyi ilə bağlı məsələlərə münasibətdə partiyanın etimadını itirməyibsə, o, bir müddət də partiya sədrliyində qala bilər.
- 20 ildir ki, İsa Qəmbərov, Lalə Hacıyeva, Etibar Məmmədov partiya sədrliyindədirlər. Onların yeniləri ilə əvəz edilməsi müxalifətin formalaşmasına nə dərəcədə stimul vermiş olar?
- Ümumiyyətlə, ölkədəki siyasi müxalifətin özünə məxsus problemləri var. Bu problemlər də, ilk növbədə, onunla bağlıdır ki, bizdə siyasi müxalifət ideoloji kontekstdə, müsəvidə hakimiyyətlə münasibətləri qurmaq istəyindən, məramından və imkanlarından uzaqdır. Bizdə mövcud siyasi partiyalar konkret şəxslər tərəfindən yaradılıb. Bu şəxslər də bir çox hallarda konyuktur maraqlardan çıxış edir. Bu da partiyaların ölkədaxili siyasi proseslərə təsir imkanlarının nəzərəçarpacaq dərəcədə aşağı düşməsinə səbəb olur. Ona görə də, zaman-zaman partiya liderlərinin, partiyaya rəhbərlik edən, partiyanın idarəçilik sükanı arxasında olan şəxslərin zaman-zaman dəyişməsinə və partiyanın özünün cəmiyyətdəki nüfuzuna, mövqeyinə yeni ab-havanın, nəfəsin gətirilməsinə çox ciddi ehtiyac var. Bu hakimiyyətlə müxalifət arasında münasibətlərin dinamizmi, səmərəliliyi, siyasi sistemin təkmilləşdirilməsi bu amildən kifayət qədər asılıdır.
- İ.Qəmbərov, E.Məmmədov, Ə.Kərimov və digərləri özlərini siyasi arenada doğrulda bilmir. Bu səbəbdən, müxalifətin acınacaqlı durumla üzləşdiyini söyləmək olarmı?
- Söhbət, konkret olaraq, Müsavat partiyasından gedirsə, İ.Qəmbərov artıq bu ilin sonunda keçiriləcək seçkilərdə başqanlıqdan istefa verəcək. O özü dəfələrlə bu məsələyə münasibətini bildirib. Bu da, əslində, Müsavat daxilində müəyyən qruplaşmaların yaranmasına və Müsavat başqanlığı uğrunda mübarizənin getdikcə kəskinləşməsinə səbəb olub. O ki qaldı AMİP-ə xatırlayırsınızsa, partiya lideri E.Məmmədov partiya nizamnaməsinə dəyişiklik edib, liderlik postunu özündə saxladı. Bu gün AMİP, faktiki olaraq, sədrsiz fəaliyyət göstərir. Ayaz Rüstəmovun bu məsələ ilə bağlı mətbuata verdiyi açıqlamalara nəzər yetirsək, AMİP-in və Müsavatın bugünkü mövqeyi daha çox vaxtilə bu partiyaları yaradan, uzun müddət həmin partiyaların başında qalan şəxslərin konstruktiv maraqları və nəyin bahasına olursa-olsun, partiya idarəçiliyini öz əllərində saxlamaq cəhdləri ilə bağlıdır. Bu baxımdan, həmin müxalifətin hakimiyyəti ittiham etməsi üçün ən azı mənəvi haqqı yoxdur. Hakimiyyəti guya ki, seçkilərin demokratik keçirməməkdə və seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edən ənənəvi müxalifət, ilk əvvəl, özü öz daxilində demokratik, şəffaf, azad seçkilər keçirməlidir. Təbii ki, partiya idarəçiliyini demokratik dəyərlərə gətirməlidir. Ondan sonra nə isə demək olar. Bizim ənənəvi müxalifət öz gözündə tiri görməyib, başqalarının gözündə tikan axtarır. İndiki müxalifət liderlərinin mövqeyi belə anlamda qəbul oluna bilər.
- Ənənəvi müxalifət partiya sədrləri bir-birilərini xarici qüvvələrə işləməkdə günahlandırır. Bu cür bir-birilərini ifşa edən partiya sədrlərinin hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə alınmasının zəruri olduğunu düşünmürsünüz ki?
- Zaman-zaman mətbuat səhifələrində Azərbaycanın müxalifət liderləri bölgədə marağı olan digər dövlətlərin geosiyasi maraqlarına işləməsi ilə bağlı məsələdə xüsusilik var. Müsavat başqanı İsa bəyin Lalə xanım və başqalarının ünvanına səsləndirdiyi ittihamlar çox ciddi ittihamlardır. Çünki ən azı bu şəxslər qonşu İran dövlətinin bölgədə maraqlarına işləməkdə suçlanılan siyasətçilər kimi cəmiyyətə təqdim edilib. Əgər gerçəkdən İsa bəyin əlində belə faktlar varsa, Azərbaycanın dövlət milli təhlükəsizlik maraqları onun üçün hər şeydən önəmlidirsə, müvafiq orqanlara müraciət etsin. Yox əgər yoxdursa, qarşı tərəfin bu səpgidə siyasətçiləri məhkəməyə verməyə haqqı var. Sadəcə, məsələyə bu kontekstdən yanaşmaq lazımdır ki, müxalifət partiyalarının başında dayanan şəxslər hər biri yorğanı öz tərəfinə çəkmək istəyir.
- Elşən bəy, Rusiya və İranın adını çəkən İ.Qəmbərov nədənsə ABŞ-la bağlı ehtiyatlı davranış nümayiş etdirir...
- Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların hansı qərbyönümlü, iranyönümlü və s. olması ilə bağlı məsələ ətrafında kifayət qədər məlumat var. Çox təəssüf ki, adını çəkdiyimiz partiyaların içərisində qərbyönümlü, iranyönümlü partiyalar fəaliyyət göstərir.

Digər xəbərlər