PDF Oxu

Müsahibə

  • 11

“2009-cu il Azərbaycan mətbuatı üçün uğurlu olub”

“2009-cu il Azərbaycan mətbuatı üçün uğurlu olub”
- Rəhim müəllim, 2009-cu il Azərbaycan Mətbuat Şurası üçün hansı əlamətdar hadisələrlə və uğurlarla yadda qalıb?
- Ümumiyyətlə, Azərbaycan mətbuatı keçid dövrünü yaşayır. Nə qədər uğur qazansaq da, problemlər hələ də qalmaqdadır. 2009-cu ilin dekabr ayının 25-də Azərbaycan mətbuatı bir yerə toplaşdı. Yazı müsabiqəsində qalib gələnləri təbrik etdik. Mətbuatın ən böyük problemi maddi vəziyyətinin mürəkkəbliyi və reklamın əldə edilməsində süni maneələrin olmasıdır. Çox sevindirici haldır ki, ölkə Prezidenti İlham Əliyevin sayəsində Azərbaycan mətbuatı inkişaf edir. Ölkə Prezidenti mətbuatımızın formalaşmasında böyük rol oynayır. Azərbaycan mətbuatına diqqət yetirsək, peşə meyarlarına cavab verən yazıların sayının artmasını görmək olar. Ötən ilin dekabr ayının 20-25-i Yevlax rayonunda keçirilən tədbir, bir daha onu göstərdi ki, Azərbaycanın region mətbuatında da inkişaf meyillərində artmaqdadır. Bu meyillərin inkişafına təkan verilməli və işdə irəliləyişə nail olunmalıdır. 8 minə tiraja yaxın olan "Kür" qəzeti, eyni zamanda, Azərbaycanın digər regionlarında olan qəzetlərin yüksək tiraja yaxınlaşması üçün imkanlar yaradılmalıdır. Mətbuat Şurası olaraq, regionlara səfərimiz zamanı onu müşahidə etdik ki, ölkədə daha çox regional mətbuat oxunur. Azərbaycan ictimaiyyəti regional mətbuata daha çox üstünlük verir. Yəni, özlərinin kəndində, şəhərində baş verən hadisələri daha dolğun şəkildə əldə edir.
- Sizcə, mətbuat-cəmiyyət münasibətlərinin tənzimlənməsində MŞ qarşıya qoyulan vəzifələri lazımınca yerinə yetirə bilirmi?
- Bu gün keçid dövrüdür. Keçid dövrünün uğurları da, həyata keçirilməyən vəzifələri də olur. Hər halda, məsələyə uğurlar kontekstindən nəzər salıb, görülməmiş işlər haqqında mülahizələr yürütmək vacibdir. Mənə elə gəlir ki, bu gün öləkədə görülən işlərə obyektiv yanaşmaq lazımdır. Çünki istər cəmiyyətdə, istərsə də mediada obyektiv, optimist baxışlar formalaşmaqdadır.
- Mətbuat Şurası 2009-cu ili "reket" jurnalistikasına qarşı mübarizə ili elan etmişdi. Hardasa, 84 mətbu orqanın adı açıqlanmışdı. Sizcə, bu proqram bəzi mətbu orqanlarında yer alan neqativ halların aradan qaldırılmasına müəyyən qədər təsir edə bildimi?
- Müstəqil jurnalist təşkilatları ilə monitorinqlər aparmışıq. Deyərdim ki, ötən illərlə müqayisədə 2009-cu ildə Azərbaycan mətbuatında etik prinsiplərə riayət edən mətbu orqanların sayı daha çoxdur. Bu gün hər hansı mətbu orqanın qeydiyyatdan keçirilməsi üçün məhdudiyyət yoxdur. Mənə elə gəlir ki, hər hansı ağıllı adam istəməz ki, onun adı qara siyahıda yer alsın.
- Maraqlı məqam ondan ibarətdir ki, həftdə və yaxud ayda bir dəfə çıxan qəzetlərə qarşı MŞ sərt qərar qəbul edir. Amma gündəlik çıxan qəzetlər, xüsusilə də, "Yeni Müsavat", "Azadlıq" və bu kimi müxalifət qəzetləri var ki, onlar "reketçilik" üsulundan istfadə edir. İnsanların şərəf və ləyaqətini təhqir edir, məmurlar haqqında yalan və böhtan xarakterli şayiələr yayırlar...
- Azərbaycanda 4 minə KİV qeydiyyatdan keçirilib. Bu gün etik prinsiplərin həlli üçün onun mərhələləri var. Bu, vətəndaş cəmiyyətinin tərkib hissəsi sayılan insanlar üçün normal bir haldır. Bütün bunlar tədricən öz yerini alacaq.
- Bəzən MŞ-ın sədri Əflatun Amaşova qarşı təhqiramiz mövqe tutan yazılara da rast gəlinir. Ola bilərmi ki, həmin mövqedən çıxış edən qəzetlərə qarşı sərt tədbir görülməməsinin də əsas səbəbi təhqirələrə yol veriləcəyindən ehtiyat edilməsindən irəli gəlir?
- Heç nədən ehtiyat edilmir. Belə desək, bu gün keçid dövrünü yaşayan cəmiyyətdə adamların özünün səviyyəsi olmalıdır. Getdikcə artan peşəkarlıq onu göstərir ki, bütün anlaşmamazlıqlar öz yerini alacaq.
- Azərbaycan Mətbuat Şurası ilə xarici ölkələrin Mətbuat Şurası ilə əlaqələr hansı səviyyədədir?
- Azərbaycan Mətbuat Şurası yaradılanda dünyada fəaliyyət göstərən bu qurumun təcrübələri öyrənildi. Azərbaycan Mətbuat Şurası, ilk olaraq, əlaqlərini Türkiyə Mətbuat Şurası ilə qurdu. Bu gün artıq Azərbaycan Mətbuat Şurası xarici və beynəlxalq mətbuat şuralarının yığıncaqlarında iştirak edir. Orada Azərbaycan mətbuatı ilə bağlı suallara cavab verilir, hesabatlar aparılır. Eyni zamanda, ölkədə Azərbaycan Mətbuat Şurasında beynəlxalq tədbirlərin keçirilməsinə etimad göstərildi. Bu da ölkə mediasının uğurudur.

Digər xəbərlər