PDF Oxu

Müsahibə

  • 8

Azərbaycanda uğurlu iqtisadi siyasət həyata keçirilir

Azərbaycanda uğurlu iqtisadi siyasət həyata keçirilir

Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı, ilk növbədə, düzgün, məqsədyönlü sosial-iqtisadi siyasətin nəticəsidir. Uğurlu iqtisadi siyasətin nəticəsi olaraq, ölkə vətəndaşlarının sosial müdafiəsi gücləndirilir. Bütün bunlar isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyasından irəli gəlir. Arxada qalan 2009-cu il də ölkə iqtisadiyyatı üçün, ümumiyyətlə, respublikamız üçün uğurlu illərdən oldu. Beynəlxalq maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz inkişaf temindən geri qalmadı. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycanın uğurlu iqtisadi siyasəti qeyd olunur. Bundan əlavə, həmin qurumların proqnozlarına görə, 2010-cu ildə ölkəmizdə iqtisadi inkişaf 7,4% olacaq və iqtisadiyyatın inkişafına görə, gələn il Azərbaycan keçmiş sovet ölkələri arasında ən sürətlə inkişaf etmiş respublika olacaq. Ötən il, iqtisadiyyatın digər sahələri olduğu kimi, aqrar sektorda inkişaf etdirildi. Təbii ki, dövlətin, ölkə rəhbərliyinin diqqəti və qayğısı olmadan iqtisadiyyat, o cümlədən, kənd təsərrüfatı inkişaf edə bilməz. Ancaq Prezident İlham Əliyev cənablarının diqqəti və ümümiyyətlə, ölkə rəhbərliyinin qayğısı nəticəsində kənd təsərrüfatının inkişafının şahidi olduq.   Bunun nəticəsi olaraq, ÜDM-də artım müşahidə olundu.

- Prezident İlham Əliyevin əhalinin  oktyabrın 1-nə qədər təbii qaza olan borcunun silinməsi haqqında fərmanı ölkə iqtisadiyyatına və vətəndaşların sosial durumuna nə kimi təsir göstərəcək?

- Ölkə başçısının bu fərmanını bir ekspert kimi, həm də istehlakçı kimi müsbət qiymətləndirirəm. Çünki bu, əhalinin, xüsusən, aztəminatlı vətəndaşların sosial durumuna müsbət təsir göstərəcək. Ancaq yaxşı olardı ki, bu qədər istehlakçı borcu yaranmayaydı və dövlət büdcəsindən ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyinə ödənilən təzminat, yəni vəsait başqa sahələrə yönəldilərdi. 

- Bir müddət öncə, NABUCCO layihəsinin reallaşması fikri səslənirdi. Ancaq hələ də bu, reallaşmayıb. Adıçəkilən layihənin tezliklə reallığa çevrilməsi gözlənilirmi?

- Tezliklə bu, reallaşmayacaq, ancaq yaxın prespektivdə adıçəkilən layihənin reallaşması mümkündür. Bununla bağlı bir neçə gün bundan öncə, çox maraqlı bir addım atılıb. 2010-cu ildə Türkmənistanı İranla birləşdirən iki qaz ixrac boru kəməri mövcuddur. Türkmənistanın İran üzərində NABUCCO-ya qoşulması şansı artır. Yəni Xəzərin statusu həll edilmədiyi bir məqamda və Transxəzər qaz kəmərinin çəkilməsi mümkündür. Yəni belə bir şəraitdə müəyyən müsbət addımlar görsənir. Çünki Türkiyə ilə İran arasında 10 milyard kubmetrlik qaz kəməri var. 2007-ci ildə Türkmənistanla AB arasında enerji momerandumu imzalanıb. Adıçəkilən ölkə boyun olmuşdu ki, 10 milyard kubmetr qazı Avropaya nəql etsin. Bu, 2010- cu ildə NABUCCO layihəsinin reallaşması üçün bir addımdır. Digər tərəfdən Azərbaycan xarici istehlakçılarla 4-5 milyard kubmetrlik qazla bağlı razılıq əldə edə bilsə, bununla layihənin reallaşmasına yol açılır.

-Türkmənistanla İran arasında qaz sahəsində əməkdaşlıq Qərbin, xüsusən, ABŞ-ın maraqlarına zidd deyilmi?

- 1996-ci ilin dekabrından Türkiyə ilə İran arasında da qaz kəməri mövcuddur və 12 ildən artıqdır ki, fəaliyyətdədir. NATO-nun üzvü olan Türkiyə heç vaxt buna görə Qərb tərəfdən təzyiqlə üzləşməyib. Onu da qeyd edim ki, ekspertlərin fikrincə, Qərb üçün hazırkı məqamda ən optimal nəqletmə pilot tipli nəqletmədir. Necə ki, bu gün biz Astaradan İrana qaz veririk, əvəzində, İrandan Naxçıvana qaz alırıq. Bu cür nəqletməni Qərb ekspertləri də məqbul sayır.

- Rusiya NABUCCO layihəsinin reallaşmasına  mane ola bilərmi?

- Rusiyanın bu layihənin reallaşmasına mane olması hər zaman hiss edilib. Çünki RF dünyanın bir nömrəli qaz ölkəsidir. Öz bazarlarından savayı digər ölkələrin qaz satışında  maraqlı deyil. Ancaq mövcud situatsiya və dünyada yaranmış mövcud vəziyyət başqa proseslərin cərəyan etməsindən xəbər verməkdədir. Belə ki, əgər Rusiya özünün böyük qaz potensialını uzun müddət Avropaya normal tərzdə nəqil etmək istəyirsə, müəyyən işlərdə güzəştə getməlidir.

- Bu il neftin qiymətinin artım həddi necə proqnozlaşdırılacaq?

- Mənim fikrimcə, neftin qiyməti bu il 100 dollara qədər artacaq. Lakin aşağı düşməsini də ehtimal edirəm. Neftin qiymətinin 100 dollara qalxması, ümumiyyətlə, baha satılması dünya iqtisadiyyatına, o cümlədən, Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək. Lakin neft məhsullarının qiymətinin aşağı düşməsi dünya ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərəcək. Sözsüz ki, neftin ucuz qiymətə satılması Azərbaycana da müsbət heç nə vədd etmir. Lakin sevindirici haldır ki,  dövlət büdcəsində bu il neftin qiyməti 70 dollardan deyil, 45 dollardan götürülür.

Digər xəbərlər