PDF Oxu

Müsahibə

  • 10

“Ermənilər indiyə qədər kompromisə meyilli görünməyiblərsə...”

“Ermənilər indiyə qədər kompromisə meyilli görünməyiblərsə...”

- Ermənistan mətbuatının yaydığı məlumata görə, adıçəkilən ölkə Türkiyə ilə sərhədləri açmağa hazırlaşır. Bu xəbər nə qədər realdır və sərhədlər açılarsa, regionda hansı hadisələr baş verəcək?

- Əslində, mən bu xəbərin obyektivliyinə inanmıram. Eyni zamanda, iki ölkə arasında sərhədlərin açılması real görünmür. Yəni inandırıcı deyil ki, tezliklə sərhədlər açılsın. Bu, gələn ilə qədər çəkə biləcək hadisədir. Bəlkə də bu məsələnin həlli uzun zaman tələb edəcək. Şübhəsiz ki, bu cür qeyri-obyektiv xəbərləri yaymaqla müəyyən məqsədlər güdürlər. Həmçinin, iki ölkə arasında sərhədlərin açılması regionda, əsasən, Ermənistanın maraqlarına xidmət edir. Ancaq iki ölkə arasında protokollar imzalanarsa, hələ də Türkiyə parlamentində ratifkasiya edilməyib, yəni öz təsdiqini tapmayıb.

- Əgər sərhədlər açılmazsa, bu, işğalçı ölkənin iqtisadi durumunu daha da ağırlaşdıracaq. Bütün bunların müqabilində Ermənistan torpaqlarımızı işğaldan azad etməyə məcbur olacaqmı?

- Məlumdur ki, ermənilər hər zaman işğalçılıq siyasəti həyata keçiriblər.Onlar qonşu ölkələrlə, o cümlədən, Türkiyə və Azərbaycanla düşmən mövqedə olublar. Təbii ki, bütün bunların nəticəsidir ki, işğalçı millət olan ermənilər ağır durumda yaşayırlar. Bundan əlavə indiyə qədər ermənilər bu cür yaşayıblarsa, həmçinin, bu cür yaşadıqları halda, Rusiyanın və digər donorların köməyi ilə iqtisadiyyatı qoruyub saxlayıblar. Belə olduğu halda, atəşkəsi tez-tez pozurlar. İndiyə qədər kompromisə meyilli görünməyiblərsə, bu gündən sonra da kompromisə meyil edəcəkləri şübhə altındadır. Onların çirkin siyasətinə qarşı güc mərkəzləri, xüsusilə, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ABŞ, Fransa, Rusiya bunlara təsir göstərmirlər.

- Bəzi ekspertlərin fikirincə, dünyada, o cümlədən, Şərqdə baş verən hadisələrdə Qərbin, xüsusilə də, ABŞ-ın əli var. Sizcə, bütün bunlar müsəlman ölkələrinin birliyinin olmamasının nəticəsi deyilmi?

- Siz qeyd etdiyiniz kimi, bəziləri bildirirlər ki, hətta donuz qripinin yayılmasında Birləşmiş Ştatların əli var. Belə fikirlər ciddi səslənmir. Dünyada hegemonluq siyasəti və digər meyillər var. Ancaq donuz qripi bəşəriyyətin faciəsidir. Bu hadisədə ABŞ-ı günahlandırmaq doğru olmazdı. Bu xəstəlik birinci ABŞ-ın özündə yayılıb.
Onu da qeyd etmək istəyirəm ki, müsəlman ölkələrinin birliyinin olmaması və bəzən bu ölkələr arasında müəyyən qarşıdurmaların olması dünyanın güc mərkəzlərinə, o cümlədən, ABŞ-ın siyasətinə təkan verir. İstər ABŞ və istərsə də digər güclü dövlətlər bu birliyin olmamasından istifadə edərək, aralarında münaqişə olan ölkələrə təsir göstərirlər.
-Məlumdur ki, ölkəmiz dinlərarası və sivilizasiyalararası dialoqun mərkəzinə çevrilib. Bu, Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsir göstərəcək?

-Ölkəmizdə dinlərarası və sivilizasiyalararası dialoqun keçirilməsi müsbət haldır. Belə hesab edirəm ki, bu cür tədbirlər hər zaman dövlət tərəfindən həyata keçirilməlidir. Bütün bunlar Azərbaycanın islam dünyasında nüfuzundan irəli gəlir.

-Noyabrın sonunda Prezidentlərin növbəti görüşü olacaq. Bu görüşdən gözləntiləriniz nədir?

-Keçiriləcək görüşdə məsələlər müzakirə olunacaq. Müəyyən məsələlərin razılaşdırılmasına çalışılacaq. Müəyyən prinsipial məsələlərdə razılaşmanın əldə edilməsinə inanmıram.

Digər xəbərlər