PDF Oxu

Müsahibə

  • 12

Tahir Kərimli: “Müxalifət düşərgəsi bolşevizm şüurundan istifadə edir”

Tahir Kərimli: “Müxalifət düşərgəsi bolşevizm şüurundan istifadə edir”
- Tahir bəy, bələdiyyə seçkilərinə hazırlıq çərçivəsində bəzi partiyalarda müəyyən qədər fəaliyyətsizlik hiss olunur. Bu sırada Vəhdət partiyasının da adı çəkilir. Bunu nə ilə izah etmək olar?

- Doğrudur, Vəhdət partiyası daxil olmaqla, bir sıra partiyalarda bələdiyyə seçkiləri ilə bağlı durğunluq hiss oluna bilər. Bunu inkar etmək çətindir. Ancaq Vəhdət partiyasının birmənalı şəkildə dövlət tədbirlərində, o cümlədən, seçkilərdə iştirak etmək haqqında qərarı var. Həmçinin, Prezident İlham Əliyevin startegiyasını müdafiə edən bütün təşkilatlarla birgə namizədlərin müdafiəsi haqqında qərarımız var. Partiyanın gənclər təşkilatı, Şirvan, Sumqayıt və Bakı rayon təşkilatları ilə danışıqlar aparılır. Qeyd edim ki, böyük rayon bələdiyyələrinə daha çox həvəs var. Bunu danmaq olmaz. Açığı cəmiyyətdə belə fikir yaranıb ki, bələdiyyələrin müəyyən qədər statusu aşağıdır. Biz öz nümayəndələrimizə izah edirik ki, gələcəkdə statusu artırıla bilər. Eyni zamanda, dövlət bu sahədə müəyyən tədbirlər həyata keçirmək niyyətində ola bilər.

- Cizin seçkilərlə bağlı hər hansı bir partiya ilə əməkdaşlığınız nə dərəcədə mümkündür?

- Biz ancaq iqtidaryönlü partiyalarla əməkdaşlıq edə bilərik. Ancaq o da istisna deyil ki, müxalifət partiyalarının rayon təşkilatları bizimlə yaxın münasibətdədir. Onlar bizim xəttimizi bəyənir və qəbul edirlər. Buna görə də, birgə əməkdaşlığı mümkündür. Dediyim kimi, hər bir partiya öz namizədini ayrı-ayrılıqda irəli sürür. Artıq bu, tək Vəhdətdən asılı deyil, Çünki YAP bu addımı atdı, onda sonra biz də analoji tərzdə fərdi qaydada iştirak etmək haqqında qərar verdik. Müxalifət partiyalarının çoxunda belə vəziyyətdir. Güman edirəm ki, Vəhdət partiyası hakimiyyətin bələdiyyə siyasətini müdafiə edir.

- Müxalifətin adını çəkdiniz. Onların sizə və partiyanıza qarşı münasibəti qərəzli olaraq qalmaqdadır. Bunu nə ilə izah etmək olar?

- Təcrübə nəticəsində belə qənaətə gəldik ki, Prezidentin strategiyası doğru startegiyadır. Bundan inciməyə dəyməz. Bir də onları yandıran odur ki, müxalifətin dağılması Vəhdətin oradan qopması ilə başladı. Vəhdət ordan qopmayana qədər müxalifətdə fikir ayrılığı əmələ gəlməmişdi, formal da olsa birlik var idi. Biz ayrılandan sonra digər partiyalar- "Tərəqqi" və s. ayrıldı, ADP-nin mövqeyi yumşaldı, hakimiyyətlə dialoqa keçdi. Müsavat və AXCP (i)-də güclü qopmalar baş verdi. Prosesin səbəkarı kimi bizi günahlandırırlar.

- Müxalifət düşərgəsində çox anormal mühüt mövcuddur. Bildirirlər ki, bizimlə olanlar dost, olmayanlar düşməndir. Bu cür yanaşmanı necə izah edərdiniz?

- Bilirsiniz, bəzən bunlar bolşevizmi tənqid edirlər Amma özləri bolşevizm şüurundan istifadə edir. Biz yenə də çalışırıq ki, etikanı pozmayaq, onlara qarşı aqressiv olmayaq. Amma onlar aqressivdirlər. Çünki onlar özlərini itiriblər. Başa düşmürlər ki, bu, təkcə Vəhdətin günahı deyil. Axı cəmiyyətin böyük hissəsi, bütün sosial baza sizdən ayrıldı. Sizin sosial bazanız, demək olar ki, yoxdur. Ancaq konnekturaya əsaslanan sosial bazanız var. Xalq nə vaxta kimi aldanmalı idi? Hesab edirəm ki, bu ittihamlar yersizdir. Hər halda, günahı özlərində axtarmalıdırlar. Məsəl var ki, "yer güclü olanda, öküz öküzdən görər". İndi artıq özləri bir-birlərini qırmağa başlayıb.

- Elə bu qırğının nəticəsidir ki, "Qarabağ və Respublika Uğurunda Hərəkat" dağıldı...

- Həmişə demişəm ki, müxalifətin heç vaxt səmimi birliyi olmayıb. Ona görə də, bunların hər hansı birliyi formal xarakter daşıyıb. Qarşılıqlı ittihamlara söykənib və mahiyyətlərində bir-birlərini bəyənməmək, özlərini lider görmək və üstün partiya olmaq ambisiyaları durur. Bəziləri tam "ana müxalifət" olmaq istəyir. Bu baxımdan, bir-birlərinə o qədər aqressivdirlər ki, hərəkat da dağılır. Yəni, bizim əvvəlcədən verdiyimiz proqnozlar özünü doğrultdu.

- Müsavat "QRUH"-u dağıtdıqdan sonra AXCP (i) ilə birləşmək və müttəfiq olmaq təklifi irəli sürüb. Bu birliyin baş tutması nə dərəcədə realdır?

- İnamıram, burada heç bir reallıq da görmürəm. Hətta gələcəkdə İsa Qəmbərov başqanlıqdan getsə belə, yenə də, Müsavatın özündə ambisiyalı şəxslər, ən azı kimin sədr olmaq məsələsi var. Ona görə də, bu məsələ baş tutan deyil. Sadəcə olaraq, mesaj verirlər. Adıçəkilən partiyaların aşağı təşkilatları bu birliyi arzulayır. Amma başa düşmürlər ki, onların yuxarları bu birliyə heç vaxt razı olmayacaq. Çünki rəhbər vəzifələrin bölüşdürülməsində razılığa gələ bilməyəcəklər.

Digər xəbərlər