PDF Oxu

Müsahibə

  • 7

“Məhsullarımızı beynəlxalq qiymətlər əsasında dünya bazarına çıxarmalıyıq”

“Məhsullarımızı beynəlxalq qiymətlər əsasında dünya bazarına çıxarmalıyıq”

- Eldar müəllim, Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetində keçirilən müşavirənin nəticələrini necə dəyərləndirirsiniz?

- Ölkə başçısı 9 ayın yekunu ilə bağlı keçirilən müşavirədə bütün sahələrə toxundu. Həqiqətən də, bütün sahələrdə görülən işlər ürəkaçandır. MDB ölkələrində maliyyə-iqtisadi böhran olduğu halda, Azərbaycanda bu, hiss olunmur. Amma təbii ki, ölkə başçısı müşavirədə qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı öz tapşırıqlarını verdi. Hesab edirəm ki, hər dəfə bu məsələlərin Prezident səviyyəsində müzakirə olunması bütün sahələr üzrə işləyən hər bir nazirin məsuliyyətini bir daha artırır.

- Ölkə başçısı qazın ixracatı ilə bağlı dünya bazarı ilə müqayisədə müəyyən qədər güzəştlərə yol verildiyini ifadə etdi. Bu fikir Azərbaycanda, beynəlxalq aləmdə çox böyük rezonansa səbəb olub. Bu məsələni necə şərh edərdiniz?

- Qaz bir vaxtlar müəyyən güzəştlərlə verilib. Kim öz qazını, neftini və yaxud digər təbii resurslarını müftə verər. Buna görə də, həmin müqavilələrə yenidən baxılmalıdır. Məhsullarımızı beynəlxalq qiymətlər əsasında dünya bazarına çıxarıb satmalıyıq. Cənab Prezident çox düzgün vurğuladı ki, biz öz məhsullarımızı kiməsə müftə verə bilmərik. Mən də bununla tamamilə razıyam. Çünki bu, ölkəmizin iqtisadiyyatıdır, hamı istəyir ki, öz ölkəsinə daha çox pul gəlsin. Əhalinin rifah halı yaxşılaşsın.

- Bəzi politoloqlar iddia edirlər ki, Türkiyənin Ermənistana yaxınlaşmasına adekvat olaraq Prezident belə fikir səsləndirib...
- Sadəcə olaraq, politoloqların Türkiyə ilə Ermənistanın yaxınlaşmasını Azərbaycana ögey münasibət kimi dəyərləndirirlər. Mən bunu belə qəbul etmirəm. Ulu öndərimizin dediyi kimi, biz Türkiyə ilə "bir millət - iki dövlətik". Əlbəttə, vəziyyəti zaman göstərəcək. Ancaq hesab edirəm ki, Türkiyə qardaşlıq misiyasına sadiq qalacaq. Onlar Azərbaycanın mənafeyinə toxunan hər hansı bir əməli işə getməyəcək. Çünki protokol imzalansa da, nə Ermənistan, nə də Türkiyə parlamentində təsdiq olunmayıb. Bu gün Ermənistanın özündə gedən situasiya onu göstərir ki, adıçəkilən ölkənin parlamenti bunu təsdiq etməyəcək. Əvvəlcədən proqnoz vermək çətindir. Mən hələ ki, hadisələrin gedişinə nikbin yanaşmıram.

- Müşavirədə iqtisad inkişaf naziri tərəfindən belə bir fikir qeyd olundu ki, bu il Azərbaycana 9 ay ərzində 5,2 milyard ABŞ dollar investisiya qoyulub. Bunun da böyük hissəsi sahibkarların payına düşür. Sizcə, bunu dövlətin sahibkarlara göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirmək olarmı?

- Tamamilə razıyam. Növbəti dəfə sahibkarları stimullaşdırmaq, onlara kömək göstərmək, sahibkarlığı daha genişləndirmək, inkişaf etdirmək üçün investisiyanın qoyulması önəmlidir. Bu gün kənd təsərrüfatı sahəsində istehsal olunan məhsulların 99 faizi ancaq sahibkarların hesabına istehsal olunur.

- Yeri gəlmişkən, oktyabrın 15-də cənab İlham Əliyevin Prezident seçilməsinin növbəti bir ili tamam oldu. Ötən bir il Azərbaycan üçün və regiondakı ictimai sabitliyin qorunub saxlanması baxımından, nə dərəcədə əhəmiyyətli oldu?

- Bir il ərzində ən azı xalqımız firavan, sabit şəraitdə yaşayıb. Ölkəmiz bu bir ildə müəyyən inkişaf yolu keçib. Aparılan abadlıq-quruculuq işləri göz qabağındadır. Regionların sosial-iqtisadi inkişaf proqramı ilə əlaqədar regionlarda işlər aparılır. Çəkilən yollar, tikilən binalar, körpülər, rayonlardakı inşa obyektləri, müəssisələri və s. onu göstərir ki, respublikamızda xeyli işlər görülüb.

- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı proqnozlarınız nədən ibarətdir?

- Dağlıq Qarabağ məsələsi ilə əlaqədar, onu deyə bilərəm ki, hər şey öz axarı ilə davam edirdi. Mərhələli həll variantı ilə 5 rayonun qaytarılmamasından hiss olunur ki, ermənilər oyundan qaçır. Bunu zaman göstərəcək. Hazırda dünyada müəyyən proseslər gedir. Ermənistanın daxilində baş verən proseslərdən bilinəcək ki, siyasət hansı yöndə gedir? Yalnız bundan sonra konkret fikrə gəlmək olar. Bu günə qədər proseslər çox yaxşı gedirdi, amma son günlər Dağlıq Qarabağla bağlı Sarksiyanın verdiyi açıqlama xoşagəlməz haldır.

- Eldar müəllim, cənab Prezident müşavirədə qeyd etdi ki, Azərbaycan Ordusu regionda ən güclü ordudur. Prezidentin bir daha bu fikri qeyd etməsi, onu deməyə əsas verirmi ki, sülh danışıqları nəticə verməsə, Azərbaycan dövləti başqa variantlar üzərində düşünməli olacaq?

- Bu gün siyasət belədir ki, hər şeyi danışmaq da mümkün deyil. Ölkə başçısı qətiyyətlə səy göstərir ki, problemlər həll olunsun. Hərbi qüvvədən istifadə olunacağını zaman göstərəcək. Əlbəttə ki, torpaqlarmızı işğaldan azad etməliyik. Lazım gələrsə, zamanın tələbi ilə əlaqədar addım atmalı olacağıq.

Digər xəbərlər