PDF Oxu

Müsahibə

  • 9

“Prezidentlərin oktyabrda keçiriləcək görüşündə də münaqişənin həlli istiqamətində irəliləyişlər olacaq”

“Prezidentlərin oktyabrda keçiriləcək görüşündə də münaqişənin həlli istiqamətində irəliləyişlər olacaq”

- Azərbaycanın işğal olunmuş ərazilərinə erməni ailələrinin köçürülməsi prosesi davam edir. Bu, beynəlxalq qanunların pozulması deyilmi?

- Şübəsiz ki, bu gün işğal altında olan torpaqlara digər ölkələrin vətəndaşlarının köçürülməsi beynalxalq hüquq normalarına ziddir. Ermənistan süni sürətdə orada erməniəsilli vətədaşların sayını çoxaldır və işğalçı rejim vətəndaşlarına böyük vədlər verərək, həm Ermənistandan, həm də xaricdən erməniləri ora köçürməyə çalışır. Ancaq məsələ burasındadır ki, işğalçı dövlətin apardığı siyasət iflasa uğrayır. Yəni həmin regiona köçmək istəyənlərin sayı həddən artıq azlıq təşkil edir. Ümumilikdə isə, Ermənistandan xaricə köçənlərin sayı ilbəil artır. Bu baxımdan da, Ermənistanın atdığı addım bir tərəfdən beynalxalq hüquq normalarına ziddir, yəni etnik tərkibin süni sürətdə dəyişməsi məqsədi daşıyır, bir tərəfdən də, bu, Azərbaycanın ərazi bütövlüyünü kobud surətdə pozmaq deməkdir. Digər tərəfdən isə, onun atdığı addımlar bəhrəsizdir və heç bir nəticə vermir. Bu da göz qarşısında olan məsələlərdir.
Ermənistanın atdığı bir çox addımlar danışıqlar prosesinə mənfi təsir göstərir, ancaq burada bir məsələ var ki, Azərbaycan bu gün Ermənistanın nə cür addım atmasından asılı olmayaraq, özünün ərazi bütövlüyünü qorumaq üçün böyük səylər göstərir. Bunu işğalçı dövlət olan Ermənistan tərəfi çox yaxşı bilir.

- Dağlıq Qarabağ ərazisi narkotik malların dövriyyə edildiyi əraziyə çevrilib. Nə üçün beynəlxlaq təşkilatlar buna laqeyd münasibət bəsləyir?

- Bu faktdır və bu məsələdə Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatları və xarici dövlətləri məlumatlandırır. Amma çox təəssüflər olsun ki, ikili standart siyasəti ölkəmizə dair məsələlərdə özünü qabarıq tərzdə göstərir. Beynəlxalq təşkilatlarda Azərbaycana və Ermənistana eyni münasibət bəslənilir. Bu da işğal olmuş ərazilərdə narkotik vasitələrin yetişdirilməsinə və satışına zəmin yaradır. Amma təəssüflər olsun ki, ermənilərin havadarları Ermənistanı sərt tənqid atəşindən kənarda saxlamağa çalışırlar.

- ATƏT-in Minsk Qurupunun həmsədrlərinin dəyişdirilməsi Dağlıq Qarabağ münaqişəsinə nə kimi təsir göstərəcək?

- ATƏT-in Minsk Qurupunun həmsədrlərinin dəyişdirilməsi siyasətin dəyişməsi deyil. Bu, personalın dəyişməsidir. İstənilən diplomat, ilk növbədə, öz ölkəsinin Dağlıq Qarabağ məsələsində siyasətini müdafiə etməlidir. Bizim üçün isə vacib olan hər üç həmsədrin üçünün də Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməsidir. Bu baxımdan da, yeni gələn həmsədrlər bu mövqedən çıxış edəcəklər.

- Oktyabrda Azərbaycan Prezidenti ilə Ermənistan prezidenti arasında növbəti görüş olacaq. Bu görüşdən nə gözləmək olar?

- İlk növbədə, danışıqların intensivləşdirilməsi və yeni razılaşmanın əldə edilməsi gözlənilir. Qısa bir zamanda artıq prezidentlər 4-cü dəfədir ki görüşürlər və bunun üçü Rusiya ərazisində və RF prezidentinin iştirakı ilə keçirilib. Bu, öz özlüyündə göstərir ki, artıq danışıqlar ölü nöqtədən tərpənib və danışıqlar intensivləşib. Ortada artıq müəyyən irəliləyişlər var. Ölkə Prezidenti cənab İlham Əliyev bir neçə gün bundan əvvəl Qafqaz Müsəlmanları İdarəsinin keçirdiyi iftar süfrəsində bildirdi ki, danışıqlarda müəyyən irəliləyişlər var. Ermənistan tərəfinin bu işğalının məhz işğalçı ölkəyə ziyanlı olması fikri daim danışıqlarda özünü göstərməkdədir. Bu gün bu problemin həll edilməsi, işğal edilmiş torpaqlardan qoşunların çıxarılması, ilk növbədə, Ermənistana lazımdır. Adıçəkilən ölkə uduzur. Bu münaqişənin həll edilməməsi, yəni Dağlıq Qarabağ problemi onların boynundan ağır bir daş kimi asılıbdır və işğalçı respublikada inkişaf yoxdur, qonşu dövlətlərlə sərhəd bağlıdır. Belə ki, bütün bunların hamısı günümüzün reallıqlarıdır. Fikirimcə, oktyabrda keçiriləcək görüşdə münaqişənin həlli istiqamətində irəliləyişlər olacaq və baza prinsiplərinin yaxın vaxtlarda həll edilməsi gözləniləndir.

- RF ilə Ukrayna arasında vəziyyət gərgin olmaqda davam edir. Bu, nəticədə, MDB-nin parçalanmasına səbəb ola bilərmi?

- Heç bir beynəlxalq təşkilat ədəbi deyil və bu baxımdan da, hansısa təşkilatın strukturunun dəyişməsi, zəifləməsi və üzvlərinin sayının artması və azalması təbii olan bir şeydir. MDB, ilk növbədə, 1990-cı ilərdə müstəqilik qazanmış 15 ölkənin bir sıra məsələlərini koordinasiya etmək üçün yaradılmışdır. Artıq hər bir ölkənin öz istiqaməti, beynəlxalq aləmdə öz yeri müəyyənləşib. Bu baxımdan, MDB müəyyən qədər öz aktualığını itirib və çox təəssüf ki, adıçəkilən təşkilat Avropa Birliyi və ya Cənubi Amerika Ölkələri Təşkilatı kimi bir effektiv təşkilata çevrilə bilmədi və bunu gələcək göstərəcək. Bu təşkilat yaşayacaq və yaxud effektiv olacaq. Amma indinin özündə müəyyən məsələnin koordinasiyası üçün hələ də bu təşkilatdan istifadə edilir.

Digər xəbərlər