“Radikal müxalifətin boykot taktikasının yeganə səbəbi gücsüz olmalarıdır”
- Tahir bəy, bəzi partiyalar bələdiyyə seçkilərinə blok şəkilində qatılmaq istəyirlər. Hətta 6 müxalifət partiyası bələdiyyə seçkilərinə blok şəkilində qatılacaqlarını bəyan ediblər...
- Siyasi mənada partiyaların bir blokda seçkiyə getməsi yaxşı haldır. Vəhdət partiyasının baş məclisi ölkə Prezidentinin strategiyasının müdafiəsi haqqında qərar verən zaman müstəqil partiya kimi çıxış etməyi qərara alıb. Amma eyni zamanda, onu da bildirib ki, ölkə başçısının strategiyasını müdafiə edən bütün sahələrdə, o cümlədən, bələdiyyə seçkilərində də istənilən partiya ilə hərəkət etməyə hazırdır. Siz də bilirsiniz ki, burada aparıcı rol Yeni Azərbaycan Partiyasına məxsusdur. Vəhdət partiyasına YAP tərəfindən təşkilatçılıq olarsa, bu cür qruplarda birləşməyi məqbul sayılır. Hələlik, müstəqil olmağımız barədə qərar var. Ancaq belə təklif olarsa, məmuniyyətlə razı olarıq.
- Maraqlıdır ki, blok yaradan 6 partiya bələdiyyə seçkilərinə bir müddət qalmasına baxmayaraq, indidən seçkiləri boykot edəcəklərini bəyan ediblər. Bu gür boykot seriyasının davam etdirilməsi müxalifətin zəifliyi hesab etmək olar?
- Bilirsinz, blokların yaradılması barədə iqtidaryönlü partiyaların da fikri var. Özünü müxalifət sayan partiyaların boykot qərarının ancaq bir səbəbi var. O da sosial bazalarının olmamasıdır. Onlar bilirlər ki, hətta bir yerdə onların bir partiya qədər gücləri yoxdur. Həmişə prezident, parlament seçkilərində uduzublar. Bələdiyyə seçkilərində də bilirlər ki, qalib gəlmək şansları yoxdur. Ona görə də belə fikirlər səsləndirib cəmiyyətdə narahatçılıq yaradırlar. Xalqın onlardan xəbəri yoxdur, onlar xalqın yadından çıxıb. Hansısa xarici ölkədə səfeh təşkilatın onlarla maraqlanması o demək deyil ki, nüfuzları var. Onlar xalqı o qədər aldadıb, yalan danşıblar ki. Radikal müxalifətin boykot taktikasının yeganə səbəbi gücsüz olmasıdır. Buna görə də, günahı özlərində axtarmalıdırlar. Bu cür boykot çağırışları onları həmişə məğlubiyyətə uğradıb.
- KİV-in yaydığı məlumatlara görə, AXCP (i), Müsavat və digər radikal partiyalar xaricdəki Azərbaycan anti-mövqe qüvvələrdən böyük məbləğdə vəsait alıblar. Sizcə, bu vəsaitin alınması siyasi partiyalar haqqında qanunun müddəalarının, eləcə də, Azərbaycan Respublikası Qanunvericilik Aktlarının ciddi şəkildə pozulması demək deyil ki?
- Azərbaycan qanunlarına görə, birmənalı şəkildə siyasi partiyaların xaricdən maliyyələşməsi qadağandır. Amma bəzi siyasi partiyalar əllərində olan QHT vasitəsilə maliyyələşirlər. Bütün hallarda Azərbaycan qanunlarına əksdir. Onu da qeyd edim ki, son dövrlərdə də partiyaların xaricdən maliyyələşməsi dayanmayıb. Ancaq seçki ərəfəsində həmin partiyalar canfəşanlıq edirlər ki, müəyyən qədər maliyyələşsinlər. Əlbəttə, bu, birmənalı şəkildə Azərbaycan qanunlarına zidd olduğu üçün hətta hüquqi məsuliyyətə səbəb olmalıdır.
- Sərdar Cəlaloğlu iddia edir ki, imkan və şərait yaradılarsa, bələdiyyə seçkilərində iştirak edə bilər. Digər partiya sədrlərinin seçkilərdə iştirak etməsini tövsiyə etmək olarmı?
- Adətən, liderlər özləri bələdiyyə seçkilərinə getmirlər, müəyyən təşəbbüs göstərirlər. Özlərini yüksəkdə tuturlar. Ancaq ən dürüstü budur. Uzun illər müxalifətçilik həyatı göstərdi ki, seçkiləri boykot etmək partiyaların məğlubiyyətinə səbəb olur. Onsuz da xalq hər şeyi bilir, cidanı çuvalda gizləməyin mənası yoxdur. Ona görə də, Sərdar Cəlalolu yolu ilə getsələr, daha münasib olar.
- Necə düşünürsünüz, bəzi partiya sədləri var ki, qurultayı bilərəkdən keçirmir, ya da keçirilən təqdirdə, hansısa qərarın qəbul ediləcəyindən ehtiyat edirlər. 2010-cu ildə Müsavat partiyasının qurultayı keçiriləcək və eyni zamanda, İ.Qəmbərovun sədrlikdən getməsi nəzərdə tutulub. Bunu necə proqnozlaşdırırsınız?
- Əslində, Müsavat başqanı qərar vermişdi ki, başqanlıqdan gedəcək. Bununla da cəmiyyətə mesaj verirdilər ki, biz demokratik təşkilatıq. Amma özləri qurultayın vaxtını uzadırdılar ki, başqanlığın müddəti uzansın. Hamıya bəllidir ki, Müsavat partiyası keçmiş Müsavatın gücünə xalqın yaddaşında qalmışdı.
- Əgər qurultay keçirilməsə, İ.Qəmbərov başqanlıqdan getməsə, o halda, ona qarşı münasibət necə olar?
- Onu deyim ki, əvvəlki illərə müqayisədə nə Qəmbərova, nə də onun partiyasına inam yoxdur.