PDF Oxu

Müsahibə

  • 8

Bakı-Tbilisi-Qars dəmiryolu Böyük İpək yolunun istiqamətini müəyyənləşdirib

Bakı-Tbilisi-Qars dəmiryolu Böyük İpək yolunun istiqamətini müəyyənləşdirib
- Əli müəllim, Bakı-Tbilisi-Qars dəmiryolunun reallaşmasının gecikməsini nə ilə izah edərdiniz?
- Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyətini həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyə dərk edir. Ona görə də hər üç dövlət başqa təzyiqləri dəf edərək layihənin reallaşması istiqamətində çox böyük siyasi iradə ortaya qoyublar. Demək olar ki, Azərbaycan simvolik faizlə Gürcüstana kredit verdi. Türkiyə bu istiqamətdə öz səylərini göstərməyə başladı. Bir sıra dövlətlər Bakı-Tbilisi-Qarsın nə qədər böyük əhəmiyyətə malik olduğunu bildiyinə görə, ona ya neytral yanaşırdı, ya da mane olmaq istəyirdi. Çünki dəmiryolu xətti Şərqlə Qərbi birləşdirən kommunikasiya xətti olmaqla yanaşı, həm də ortaq türk dünyasını birləşdirəcək. Bu türk dünyasının inteqrasiyasının, onların mövcud əlaqələrinin yeni bir mərhələyə, səviyyəyə qalxmasına kömək edəcək. Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkiləndə hansısa maneələr oldu, ölkəmizə qarşı dəhşətli təzyiqlər göstərildi.
- "NABUCCO" layihəsinin həyata keçirilməsində də təzyiqlərin olacağı proqnozlaşdırılır?
- Bəli, təzyiqlr gözlənilir. Orada texniki xarakterli məsələlərlə yanaşı, həm də problemlər olacaq. Yəqin ki, bunları nəzərə almaqla, Bakı-Tbilisi-Qars dəmiryolunun reallaşması dönməz xarakter alacaq. Sözün həqiqi mənasında, layihənin reallaşması Azərbaycanın həm Şərq, həm də Qərb ölkələri ilə olan əlaqələrinin yeni keyfiyyət mərhələsinə çıxmasına kömək edəcək. Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmiryolu XXI əsrin Böyük İpək Yolunun istiqamətini müəyyənləşdirib. Bu nöqteyi-nəzərdən, xətlərə baxanda, görürsən ki, bu xətlər daha çox türk dünyasının yaxınlaşmasına, inteqrasiyasına və türk dünyasının Avorpaya doğru sivil inteqrasiyasına böyük təkan verən layihələrdir. Hər bir ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə özündən asılı olanı etməlidir. Hesab edirəm ki, hər bir ölkə öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcək.
- ABŞ, nədənsə, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə dəstək vermədi. İndi də Ermənistan bu layihənin öz ərazisindən keçirilməsinə səy göstərir. Yəni, bir növ ABŞ-la işbirliyi qurmağa can atır. Bu əməkdaşlıq hansı nəticələrə gətirib çıxara bilər?
- Bakı-Tbilisi-Qars dəmiryolu ideyası ortaya çıxan zaman Ermənistan həmin layihədə iştirak etmək arzusunu bildirdi. Çünki layihə Ermənistanın inkişafına böyük təkan verə bilərdi. Ona görə də Ermənistan bu prosesə hərtərəfli girişi üçün öz diplomatik, diaspaora kanalları vaitəsilə təsir göstərir. Amma Azərbaycan birmənalı şəkildə bu məsələyə öz münasibətini bildirib. Ermənistan beynəlxalq hüquq normalarını pozaraq, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. Ona görə də ermənilərin layihənin gerçəkləşməsində, maliyyələşməsində əsas rol oynayan Azərbaycanla münasibətləri üst-üstə düşməyəcək. Ermənistan nə vaxtsa Azərbaycanın qeyd-şərtsiz ərazilərini işğaldan azad edərsə, regionda normal sülh, əmin-amanlıq, əməkdaşlığa xidmət edən siyasət yeridərsə, beynəlxalq hüquq normalarına hörmət edərsə Azərbaycan, avtomatik surətdə Bakı-Tbilisi-Qars dəmiryolunun adıçəkilən ölkədən keçməsinə razılıq verə bilər.
- Azərbaycan qazının bir hissəsinin Rusiyaya satılması ilə bağlı müqavilə imzalanıb. Bəzi analtiklər hesab edir ki, müqavilənin imzalanmasından sonra Rusiya Avropanı enerji asılılığında saxlamaq imkanlarını daha da gücləndirəcək...
- Azərbaycan və Rusiya prezidentlərinin görüşü zamanı bəlli oldu ki, bu razılaşma bilavasitə qazın dünya bazarına çatdırılması, yəni şaxələndirmə siyasətinin tərkib hissəsidir. Azərbaycan energetika siyasətini quran vaxtdan şaxələnmə siyasəti onun siyasətinin bir növ tərkib hissəsi oldu. Yəni, söhbət ondan gedir ki, Azərbaycan neftlə dünyaya çıxan zaman əsas strateji Bakı-Tbilisi-Ceyhan neft kəmərini çəkdi. Eyni zamanda, Bakı-Supsa, Bakı-Novosibirsk xətti var. Bakı- Ceyhan stateji xarakter daşıyır, Bakı-Novosibirskin ötürmə gücü təqribən 5 mln t neftdir. Heç vaxtı ötürmə gücü səviyyəsində Azərbaycan oradan neft hasil etməyib. Amma əsas güc Bakı-Tbilisi-Ceyhana verilib. Müxtəlif istiqamətli qaz xətləri var. Həmin xətlər vasitəsilə Azərbaycan öz qazının artıq bir hissəsini Avropaya çıxarır. "NABUCCO" layihəsi reallaşan zaman Azərbaycan qazının Avropaya çıxarılmasında yeni bir variant əldə edəcək. Eyni zamanda, Azərbaycanla Rusiya arasında 5 mlrd kub ötürmə gücü olan boru kəməri var. Digər məqam da var ki, Azərbaycanın verdiyi qazla Şimali Qafqaz təmin olunacaq. Bilirsiniz ki, Şimali Qafqazın məlum qüvvələrinin köməyi ilə Azərbaycana qarşı müxtəlif şantaj xarakterli addımlar atılır. Azərbaycan Şimali Qafqazla həm ticarət, həm kommunikasiya və s. əlaqələrini gücləndirməli, eyni zamanda, qaz təchizatı işində iştirak etməlidir. Hesab edirəm ki, bu sahədə ölkəmizin Şimali Qafqazda tərəfdarları formalaşacaq, Azərbaycana qarşı təxribatın, təbliğatın qarşısının alınmasında həmin qüvvələr fəal iştirak edən bir potensiala çevrilər. Bu nöqteyi- nəzərdən, 0,5 mlrd kub m qaz elə böyük rəqəm deyil ki, Azərbaycanın istehsal etdiyi qazın çox kiçik faizinin Rusiyaya verilməsində elə bir problem yoxdur. Rusiya öz siyasəti ilə bir vaxtlar Şərqi Avropa, MDB ölkələrini özündən qaçırtdı. İndi də, bütövlükdə, Avropanı qaz şantajına tutub və özündən qaçırmağa başlayıb. Avropa Rusiyanın qaz şantajından qorxub. Ona görə də "NABUCCO" və digər xətləri çəkəcək. İmkan verməyəcək ki, Rusiya Avropanın qazla təchizatında mühüm rol oynasın. Buna görə də, qabaqcadan proqnozlaşdırmaq olar ki, Rusiya zəifləyəcək, Qərb güclənəcək. Qərbə gedən kommunikasiya xətlərinə Azərbaycan qoşulacaq. Bakı- "NABUCCO" əmələ gələndən sonra təzyiqlər olacaq. Amma nəzərə almaq lazımdır ki, Xəzərin ətrafında olan ölkələr, yəni Rusiya, Qazaxıstan, Türkmənistan, İran, Mərkəzi Asiyadan Özbəkistan, "NABUCCO" işə düşəndən 5 il sonra, 300 mlrd kub m qaz hasil edəcəklər. Amma "NABUCCO"-nun gücü 31 mlrd kub m-dir. Xəzər ətrafında hasil olunan qazdan 10 dəfə azdır. Bakı-"NABUCCO" xətti işə düşəndən sonra öz qazını nəql etmək həvəsində olan ölkələr çox olacaq.
- Avqustun 6-sında Rusiyanın baş naziri Putin Türkiyəyə səfər edəcək. Səfər çərçivəsində "NABUCCO" layihəsi ilə bağlı müzakirələrin aparılması nə dərəcədə mümkündür?
- Türkiyə Rusiya münasibətlərinin yaxşılaşması müsbət haldır. Çünki iki ölkə arasında münasibətlər heç də hamar olmayıb. Xüsusən, İkinci Dünya müharibəsindən sonra SSRİ-nin Türkiyəyə həm boğazlarda özünə yer tutması, Gürcüstan və Ermənistanın əli ilə ərazi iddiaları, özünün bazalarının orada yerləşdirilməsi istiqamətində təzyiqləri olub. Yalnız Rusiya və Türkiyə arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində işlər görülə bilər. Türkiyənin məqsədi təkcə İraq, Avropa və başqa yerlərdən gələn qazla yox, həmçinin, Rusiya qazından istifadə etmək istəyir. Səfər çərçivəsində Türkiyə ilə Rusiya gəmi baxışı zamanı Türkiyəyə gedən bir xəttin ikinci fazasının açılması məsələsində razılığa gələcək. Həmin istiqamətdə irəliyə doğru addımlar atıla bilər. Hesab edirəm ki, həmin layihələri bir-birinə zidd olan layihələr kimi yox, bütövlükdə, enerji daşıyıcılarının dünya bazarına çıxarılması, şaxələnləndirilmiş bir mexanizmin yaradılması kimi baxmaq lazımdır. Rusiya qazı həddən artıq siyasi təzyiq amilinə çevirir. Çalışmaq lazımdır ki, yavaş-yavaş Rusiyanı qazın iqtisadi siyasiləşdirmə mövqeyindən, sadəcə, qazın iqtisadiləşdirmə mövqeyinə keçirilsin. Hesab edirəm ki, bu işdə Türkiyə mühüm rol oynayacaq. Bu da Rusiyanın dumanlı gələcəyinə işıq sala bilər.

Digər xəbərlər