“Öz əqidəmdən dönməyəcəm”
- Qarşıdan bələdiyyə seçkiləri gəlir. Digər seçkilərdə olduğu kimi, ASDP bələdiyyə seçkilərində hansı mövqeyi tutacaq?
- ASDP 20 ildir ki, eyni mövqedədir, belə də qalmaqdadır. Seçkilərədə iştirak edəcəyik.
- Müxalifət düşərgəsindən ümumi mənzərəyə baxanda, siz də həmin sferaya aidsiniz. Müxalifətin ölkədə gedən proseslərdə iştirak etməyə gücü varmı?
- Müxalifətin elə də gücü yoxdur. Özümüzə gəldikdə isə deməliyik ki, ASDP zəifdir. Bunun obyektiv səbəbləri var. Müxalifət düşərgəsinə yeni qüvvələr gəlmir, hamı çalışır ki, karyera edib, pul qazansın. Çünki görürlər ki, siyasi səhnə inhisardadır. Öz gələcəklərini siyasətdə görmürlər. Hazırda siyasi partiyaların bir çoxunun maddi durumu xariclə əlaqədardır. Bizim xariclə əlaqəmiz olmadığına görə, maddi durumumuz pisdir. Ona görə də gücümüz də yoxdur.
- Qeyd etdiniz ki, bəzi müxalif partiyalar pul olmadığına görə siyasətlə məşğul olmur. Onu da bildirdiniz ki, maddi durumunuz heç də ürəkaçan deyil. Bəs necə olur ki, siyasətlə məşğulsunuz?
- Gücümüz çərçivəsində məşğul oluruq, amma zəifik. Həm də siyasətdə gənclərə yol verilməlidir.
- İsa Qəmbərov və Əli Kərimova gənc demək olar?
- Xeyr, biz artıq ahıl kişilərik.
- Onda siz artıq siyasətdən getməlisiniz?
- Niyə görə getməliyəm?
- Perspektivi nədə görürsünüz?
- Fəaliyyətimi davam etdirməkdə görürəm.
- Araz bəy, nəzərə almaq lazımdır ki, 16 ildir ki, sizlərdən bu sözü eşidirik...
- İstəməzdim ki, sözünə dönük çıxanlarla məni bir cərgədə qoyasınız.
- Müxalifət düşərgəsində təmsil olunanlar bir-birilərinə qarşı təhqiredici fikirlər səsləndirir...
- Mən əvvəldən Xalq Cəbhəsinə qarşı müxalif olmuşam. Partiyamızın mövqeyi də budur. Mən öz əqidəmdən dönməliyəm ki, zaman keçib? Partiyamız iqtidara qarşı konstruktiv mövqedədir. Ölkə başçısının siyasətini dəstəkləyir və bəyənirik.