Bildiyimiz kimi, Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi. Müşavirədə ölkənin sosial-iqtisadi göstəriciləri geniş müzakirə olundu. Bu da ölkə başçısı İlham Əliyevin geniş nitqində öz əksini tapdı. Əsas məqam ondan ibarətdir ki, bu gün dünyada maliyyə və iqtisadi böhran davam edir. Bu böhran dünyanın bütün ölkələrinə bu və ya digər dərəcədə təsir göstərir. Millət vəkili Əli Məsimov müşavirə ilə bağlı müsahibəsində bildirdi ki, maliyyə böhranın hələ başa çatmadığı bir dövrdə Azərbaycanın iqtisadi göstəriciləri həm dünya, həm də MDB ölkələrinin iqtisadi göstəriciləri ilə müqayisə etdikdə, ölkəmizin göstəriciləri yaxşı görünür.
- Dünyada orta göstərici nöqteyi-nəzərdən yanaşanda artım yoxdur, geriləmə var. MDB ölkələrində 5 ay ərzində 10 faizə qədər enmə var. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, bu müsbət hal deyil. İlin axırına qədər 4-5 faiz enmə davam edəcək. Baxmayaraq ki, Azərbaycanda böhran bu və ya digər dərəcədə ölkə iqtisadiyyatına təsir göstərir, ortalama götürəndə, ümumi daxili məhsul (ÜDM) 4 faizə qədər artıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Əvvəlki illərlə müqayisədə inflyasiya xeyli dərəcədə aşağı düşüb. Hökumətin rəsmi proqnozlarına görə, hardasa, 2009-cu ildə 19 faizə artım nəzərdə tutulub. Temp aşağı düşsə də, amma dünya və MBD göstəriciləri ilə müqayisə olunanda, Azərbaycanın göstriciləri müsbətdir. Bu nöqteyi-nəzərdən, müşavirədə həmin məqam qeyd olundu. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiyasının səviyyəsi ilə müəyyənləşir. Hansı sahələrdə inteqrasiya güclüdürsə, böhran həmin sahələrə daha çox təsir göstərir. Azərbaycan bir tərəfdən obyektiv amillə özünün iqtisadiyyatının xüsusiyyətləri ilə müəyyənləşirsə, digər amil isə bilavasitə idarəetmə sistemində kifayət qədər savadlı sistemin həyata keçirilməsinin nəticəsidir.
- Büdcə təsdiq edilərkən neftin bir barrel qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulmuşdu...
- Neft ötən ilin bu vaxtında bir barrelin qiyməti 147 dollar idi. Ötən ilin sonlarından artıq 40 dollar səviyyəsinə endi. Bu da Azərbaycan iqtisadiyyatında həm bilavasitə artım templərinin aşağı düşməsinə gətirib çıxarıb, həm də büdcənin göstəricilərinə mənfi təsirini göstərib. Bəli, 2009-cu ilin büdcəsini təsdiq edən zaman bir barrel nefti 70 dollar səviyyəsində götürmüşdük. Amma bu ilin birinci yarısının göstircilərində son vaxtlar müəyyən dəyişmələrlə 70 dollar ətrafında hərəkət etsə də, bu ilin yanvarından iyunun sonuna qədər olan 6 aylıq dövrdə bir barrelin qiymətinin orta göstəricisi 70 dollardan aşağı olub. Yəni, 40-50 dollar arasında hərəkət etdiyinə görə büdcəyə daxilolmalara mənfi təsir göstərir. Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycanın ÜDM-in artımı ilə yanaşı, neftdən kənar sahələrin atım tempi ÜMD-in artım tempindən yüksəkdir. ÜDM hardasa 4,6 faiz artıbsa, neftdən kənar sahələrdə artım 4,1 faizdir.
- Müşavirədə kənd təsərrüfatı sahəsində artımın müşahidə olunması diqqətə çatdırıldı...
- Müşavirədə bu məsələyə xüsusi diqqət yetirildi. Azərbaycanda ərzaq buğdasının istehsalı 500 min t artaraq, hardasa 2,5 milyon t-a çatıb. Qarğıdalı da daxil olmaqla, taxıl istehsalı 3 milyona çatıb. Hesab edirəm ki, bu kifayət qədər yüksək göstəricidir. Kəmiyyət nöqteyi-nəzərdən Azərbaycan özünə lazım olan qədər taxıl istehsal edib. Ərzaq buğdasının keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər görmək lazımdır.
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi Regional Proqram həyata keçirir. Bu proqram çərçivəsində nə kimi işlər görülüb?
- Bilirsiniz ki, Birinci Regional Proqramın həyata keçirilməsi nəticəsində 2004-2008-ci illərdə Azərbaycanda iki ciddi problem kifayət qədər həll olunub. 2005-ci ildə Şəkidə elektrik enerjisi təczihatında vəziyyət çox ağır idi. Fasillələrlə enerji verilirdi. Bu da xeyli dərəcədə psixoloji narahatçılıq yaradırdı, həm də insanların lazımi dərəcədə fəaliyyət göstərməsi üçün imkanlar azalırdı. Bu da bir sıra sahələrin normal fəaliyyətini tipik vəziyyətinə salırdı. Amma indi Şəkidə elektrik enerjisinin verilməsi paytaxtda verilən qədərdir. Son dövrlərdə qaz təczihatı xeyli yaxşılaşıb. Su ilə bağlı məsələyə gəldikdə, birinci regional işıq proqramı çərçivəsində bu istiqamətdə addımlar atılıb. Öləkədə bu sahədə görülən işlər əhalinin su ilə təczihatı üçün yetərli deyil. Ona görə də, İkinci Regional Proqramın həyata keçirilməsi çərçivəsində bu istiqamətdə addımlar atılır. Proqram artıq 200 minə qədər insanın su ilə təczihatının yaxşılaşdırılmasında mühüm rol oynayır. Həmin layihə reallaşan zaman artıq 1 mln artıq insanın su ilə təczihatı məsələsində irəliyə doğru çox ciddi addımlar olacaq. Bu, həm Bakının, həm Gəncənin, həm də digər rayonların su ilə bağlı təczihatında da addımlar atılacaq. Adıçəkilən rayonlarla yanaşı, Şəkinin də su və kanalizasiya sistemi yenidən qurulması istiqamətində layihə var. Artıq bu ildən başlayaraq Şəkinin də su sahəsindəki problemlərin həlli sürətləndiriləcək. Qeyd edim ki, su təhlükəsizliyi məsələsində regionda ən problemli ölkə Azərbaycandır. Əhalinin su ilə təczihatı məsələsində atılan addımlarla yanaşı, Xəzər dənizi suyunun şirinləşdirilməsi layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. Bir sıra ərəb ölkələrində bu istiqamətdə layihələr həyata keçirilib. Hesab edirəm ki, bu istiqamətdə sanballı nəticələr əldə olunacaq. Bu baxımdan, Azərbaycanın su təhlükəsizliyi məsələsinin həlli istiqamətində çox ciddi nəticələr əldə oluna bilər. Həsən bəy Zərdabi deyib ki, "əgər bir ölkənin ərazisinin 25 faizi meşələrlə əhatə olunmayıbsa, o ölkədə davamlı, uzunmüddətli inkişafdan söhbət gedə bilməz". Azərbaycan ərazisinin yalnız 12 faizi meşələrlə əhatə olunub. Onun da bir hissəsi qırılıb, ya da bərbad vəziyyət salınıb. Ona görə də yaşıllaşma istiqamətində ölkə Prezidentinin irəli sürdüyü layihələr, atdığı addımlar ölkə ərazisinin 25 faizinin meşələrlə əhatə olunması proqramının həyata keçirilməsi istiqamətində çox yaxşı addımdır. Bir də ki, Abşeronda torpaqlar xeyli dərəcədə çirklənib. Bu da ekoloji tarazlığı pozur və insanlar üçün ciddi problemlər yaradır. Ona görə də çirklənmiş torpaqların təmizlənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilməsinə başlanılıb. Bu layihələr həyata keçirilən zaman Abşeronun ekologiyasının yaxşılaşdırılması istiqamətində çox ciddi nəticələr əldə etmək olar.
- Sizcə, maliyyə böhranı Azərbaycana hansı formada təsir edib?
- Prezidentin leksionunda təzə bir ifadə birinci dəfə iki dəfə işlənildi. Dünya maliyyə və iqtisadi böhran bir həqiqət anını ortaya çıxartdı. Hər bir ölkənin iqtisadiyyatının potensialı, idarəetmənin keyfiyyəti məsələsində, yağ suyun üzərinə çıxan kimi, həqiqət anını üzə çıxartdı. Bunu BVF-nin, Dünya Bankının, BMT-nin, mötəbər beynəlxalq və regional təşkilatların ekspertləri deyirlər ki, Azərbaycan iqtisadiyyatına böhran çox ciddi mənfi təsir göstərmədi. Təhlillər göstərir ki, ölkəmiz böhrandan daha az ziyan çəkən ölkələr sırasına aiddir. Böhrandan ən çox ziyan çəkən ölkələrdən söhbət gedirsə, MDB ölkələri içərsində Rusiya, Ukryana, Qazaxıstan, Ermənistan, Baltikyanı ölkələr cidi ziyana məruz qaldı. Amma Azərbaycanın iqtisadiyyatı yerləşdiyimiz regionda Ermənistan və Gürcüstandan müqayisədə daha az böhranın təsirinə məruz qaldı. Prezidentin yekun nitqində məhz Azərbaycan hökumətinin bu il və qarşıdakı illərdə bu böhranın ölkə iqtisadiyyatına təsirini minumuma endirməkdən ötrü hansı işlərin görülməsi məsələləri tezis şəklində öz əksini tapdı. Əgər 2008-ci ilin yekunlarında Prezidentin nitqində anti-böhran proqramı tezisləri öz əksini tapmışdısa, 2009-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədə bilavasitə dəqiq hansı istiqamətlərə daha çox diqqət edilməsi məsələsi önə çəkildi. Ölkə başçısının yekun nitqində irəli sürdüyü məsələlər hökumətin diqqət mərkəzində olmalı və ciddi addımlar atmalıdır. Ölkə başçısının irəli sürdüyü məsələ ondan ibarətdir ki, Azərbaycanda böhran olsa da, sosial proqramlar icra edilməlidir. 2009-cu ildə büdcə təşkilatlarında çalışanların əmək haqqlarının artırılması nəzərdə tutulub.
- Ölkəmizin enerji ixrac edən ölkəyə çevirilməsi üçün hansı səylər göstərilir?
- Enerji təhlükəsizliyi ilə bağlı Azərbaycanın problemlərini aradan qalxmasına baxmayaraq, ölkə başçısının çıxışında vurğulandı ki, ölkəmiz enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevirilməlidir. Bununla yanaşı, vacib bir yenilik ondan ibarət oldu ki, küləyin, günəşin gücündən kiçik su elektrik stansiyalarının tikilməsi istiqamətində səylər artırılmalıdır. Ölkəmizin bu istiqamətdə ressursları, potensialı var ki, alternativ enerjidən istifadə edilməsi istiqamətində ciddi addımlar atılsın. Əgər doğrudan da, bu istiqamətdə Azərbaycanın potensialından istifadə olunsa, ölkəmiz beynəlxalq aləmdə alternativ enerjidən istifadə sahəsində görülən işlərə nümunə olan nəticələr əldə edə bilər. Bu da çox mühüm olan məsələdir.