PDF Oxu

Müsahibə

  • 10

İsa Qəmbərovun AXC-nin bərpası təklifi birmənalı qarşılanmır

İsa Qəmbərovun AXC-nin bərpası təklifi birmənalı qarşılanmır

- Vurğun bəy, Müsavat başqanı İsa Qəmbərov Azərbaycan Xalq Cəbhəsi təşkilatının bərpası ideyası ilə çıxış etsə də, buna qarşı münasibət birmənalı olmadı. Bəziləri bunu siyasi manipulyasiyaya cəhd kimi qiymətləndirir. Sizcə, bu ziddiyyətli fikirlərin başlıca səbəbi nə ilə bağlıdır?

- Bəziləri İsa bəyin təklifinin mahiyyətini düzgün başa düşmür, bəziləri isə təklifə qısqanclıq hissləri ilə yanaşırlar. 20 il bundan öncə yaradılan Azərbaycan Xalq Cəbhəsi ayrı-ayrı fərdlərin toplaşdığı bir təşkilat idi. 1989-cu ildə Azərbaycanda siyasi partiyalar, ümumiyyətlə yox idi. Qeyri-hökumət təşkilatları isə çox az idi. Bu səbəbdən də, AXC-nin o zaman klassik formada yaranması baş tutmadı. Amma bu gün ölkədə kifayət qədər siyasi partiya, ictimai təşkilatlar fəaliyyət göstərir. İndi bu ideyanın ortaya çıxmasının səbəblərindən biri klassik formada AXC-nin formalaşması üçün şəraitin yaranmasıdır. AXC-nin yaranması heç də bu təşkilata qoşulacaq siyasi partiyaların və ictimai təşkilatların mövcudluğunu inkar etmir, eyni zamanda, onların sərbəstliyini əlindən almır. İdeya qəbul olunarsa, təşkilatın mexanizmini də işləyib-hazırlamaq olar.

- Müsavat daxilində də, xüsusilə, Rauf Arifoğlunun məsələyə münasibəti birmənalı deyil...

- Mən onun fikirlərini şərh etmək istəmirəm.

- Hazırkı mərhələdə bələdiyyə seçkilərinə hazırlıq prosesi gedir. Partiyaların blok yaratmağa səy göstərdikləri müşahidə olunur. Sizcə, bu seçkilərdə müxalifət vahid mövqedən çıxış edə biləcəkmi?

- Seçkilərdə müxalifətin birgə iştirakı 2005-ci ildə keçirilən parlament seçkilərində, eləcə də, referendumda göstərilib. Uyğun formalar tapılmaqla bələdiyyə seçkilərində də müxalifətin birgə iştirakı mümkündür.

- Ancaq referendumda vəziyyəti heç də eyni cür qəbul etmək olmaz. Çünki partiya liderləri hərəsi müxtəlif bloklar yaratmaqla seçkiyə qatıldılar.

- Referendumda eyni mövqedə olan siyasi qüvvələr bələdiyyə seçkilərində də birgə iştirak barədə razılığa gəliblər.

- Yəni, deyirsiniz ki, "DUİ", "Azadlıq" bloku və Müsavat partiyası bələdiyyə seçkilərində eyni mövqedən çıxış edəcəklər?

- Nə üçün müxalifəti bir yerə toplamaq həvəsindəsiniz? Hansı müxalifət partiyaları eyni mövqedən çıxış edə biləcəklərsə, seçkilərdə də birgə iştirak edəcəklər.

- Biz, sadəcə, müxalifətin ölü nöqtədən çıxmasında maraqlıyıq...

- Düşünmürəm ki, müxalifət ölü nöqtədədir.

Digər xəbərlər