PDF Oxu

Müsahibə

  • 10

QHT-lər haqqında qanuna dəyişikliklər ediləcək

QHT-lər haqqında qanuna dəyişikliklər ediləcək
Dövlətimiz ölkə daxilində fəaliyyət göstərən  QHT-lərin inkişafına xüsusi diqqət ayırır, qayğı göstərir. Hər il bu sahənin fəaliyyəti, inkişafı üçün vəsait ayırır. Keçən il dövlət büdcəsindən QHT-lərə 1,3 milyon manat, bu il isə 2,75 milyon manat vəsait ayrılıb. Azərbaycanda qeydiyyatdan keçmiş QHT-lərin sayı 400-dən artıqdır.  Prezident Administrasiyasından Milli Məclisə QHT-lər haqqında qanuna əlavələr və dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi təqdim olunub. Bu layihənin təqdim olunmasından sonra bir sıra müxalifət qəzetləri əsassız şəkildə hay-küy qaldırıb və qeyri-obyektiv fikirlər səsləndirir. Bütün bunlarla  bağlı suallarımıza  Prezident Administrasiyası yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Mətbat Xidmətinin rəhbəri Səfər Alışarlı aydınlıq gətirib.
 Səfər müəllim bildiyiniz kimi Prezident Administrasiyasından Milli Məclisə QHT-lər haqqında qanuna əlavələr və dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi təqdim olunub. Çox maraqlıdır ki, bu layihənin təqdim olunmasından sonra bir sıra müxalifət qəzetləri və onların başbilənləri şəbəkə şəkilində qara piyar fəaliyyətinə başlayıb. Onların bu narahatçılığına səbəb nədir ?
- QHT-lər haqqında qanuna ediləcək dəyişikliklər texniki xarakter daşıyır. Burada heç bir ictimai narahatçılıq üçün əsas yoxdur. Çünki edilən dəyişikliklər qanunun mahiyyətinə toxunmur. 9 il bundan öncə  QHT-lər haqqında qəbul edilmiş qanuna müəyyən texniki dəyişikliklər nəzərdə tutulur. Müqayisə üçün deyək ki, bəzi QHT-lər qeydiyyatdan keçməmiş, ölkədə yaşıllığın müdafiəçisi təşkilatı kimi fəaliyyət göstərmək istəyir. Azərbaycan yaşıllığı qoruyanlar ictimai birliyi adı ilə fəaliyyətə başlayır. Halbuki bu yaranmamış ictimai birliyin nəinki Azərbaycanda, hətta hər hası bir şəhərdə və yaxuda kənddə xidməti yoxdur. Onun adının qarşısında Axərbaycan sözünün yazılması düzgün deyil. Qəbul olunmuş dəyişikliklərdə bu cür hallar istisna olunur. Yeni yaranan QHT-lər öz adlarının qarşısında Azərbaycanın dövlət atributlarından, adlarından istifadə edə bilməzlər. Yalnız o halda istifadə etmək olar ki, onların fəaliyyəti Azərbaycanın regionlarının üçdən iki hissəsini əhatə etsin. Məhz o halda, həmin təşkilatlar Ədliyyə Nazirliyinə müraciət edib müvafiq halda özlərini Azərbaycanın ölkə təşkilatı kimi yenidən qeydiyyatdan keçə bilər.
Digər bir məsələ yenə də ad ilə bağlıdır. Azərbaycan məşhur, görkəmli adamların adı ilə əlaqəli QHT-lər yaranır. Nümunə üçün deyək Nizami Gəncəvi Fondu, digər tanınmış ictimai-siyasi xadimlərin adları təşkilatların adlarına calanır. Bunun üçün hər hansı bir dövlət qurumundan və ya həmin görkəmli şəxsiyyətlərin varislərindən razılıq alınmır. Qanundakı dəyişikliklərin biri də bununla bağlıdır. Hər hansı bir təşkilat yaranarkən bu kimi hallardan istifadə etməsin. Beynəlxalq QHT-lərində ölkə ərazisində formaları bir daha dəqiqləşdirilir. Bu, heç də o demək deyil ki, Beynəlxalq QHT-lərin fəaliyyəti məhdudlaşdırılır və yaxud da qadağan edilir. Hesab edirəm ki, bu haqda qaldırılmış səs-küy əsassızdır.
Sizcə, bəzi müxalifət liderlərinin, onların şər-böhtan yağdıran qəzetlərinin QHT-lərlə bağlı qanuna əlavələr və dəyişiklikər edilməsi ilə bağlı narahatçılıq keçirmələrinin səbəbi nədir ?
- Aydındır ki, QHT-lər vətəndaş cəmiyyəti quruculuğunun aparıcı avanqardıdır. Onlar fəaldır, ölkə ərazisində bütün məsələlərə münasibət göstərib, fikirlərini bildirə bilər, müəyyən dəstək verə bilər və s. Bu QHT-lərin funksional fəaliyyətindəki çevikliliyi ilə əlaqədar bir məsələdir. Ona görə QHT-lərə olan diqqət, istər müxalifət tərəfdən, istərsə iqtidar tərəfdən həssasdır. QHT qanunvericiliyi ilə bağlı ölkə mətbuatında yer alan hər hansı bir dəyişiklik, təbii ki, ictimai müzakirələrə səbəb ola bilər. Amma burada məsələnin mahiyyətinə varmaq lazımdır. Hər şeyi olduğu kimi görmək və obyektiv qiymət vermək lazımdır. Yalnız münasibətlər fərqli də ola bilər. Bütövlükdə isə, edilən dəyişikliklərin ictimai müzakirə doğurması normaldır. Sadəcə, burada həqiqəti seçib araşdırmaq lazımdır.
- Bəzi müxalif  fikirli QHT rəhbərləri, hüquq müdafiəçiləri iddia edirlər ki, bu qanun qəbul edilərsə, beynəlxalq aləmdə Azərbaycanın imicinə böyük zərbə dəyəcək və bunula bağlı etirazlar geniş xarakter alacaq ?
- Mən belə düşünmürəm. Qeyd etdiyim kimi, edilən dəyişikliklər qanunun mahiyyətinə toxunmur, sadəcə, onun texniki xarakterini dəqiqləşdir.
- Belə bir fikir səsləndirilir ki, qanun qəbul edilərsə QHT-lərin qanunsuz fəaliyyət göstərmələrinə imkan verilməyəcək və əgər bu hallar aşkar edilərsə, onlara qarşı hüquqi qaydada sanksiyalar tətbiq edilə bilər ?
-Gəlin əvvəlcə məsələnin hələ yekunlaşmamış hüquqi şərhindən çox faktiki vəziyyətinə diqqət yetirək. Qeydiyyatdan keçməmiş QHT ölkədə hansı iş görə bilir ? Onların görə biləcəyi işlər çox cüzidir. Bu da ondan irəli gəlir ki, qeydiyyatı olmayan QHT-lərlə donorlar işləmək istəmir. Çünki onlar QHT-yə verdiyi maliyyə dəstəyini,hansı ünvanda, hansı bank hesabında axtaracağını, ondan hesabat istəyəcəyini müəyyənləşdirə bilmir. Ona görə də, qeydiyatdan keçməmiş  QHT-lərin fəaliyyəti deyəndə bunu olduğunda artıq təsəvvür etmək lazım deyil. Bu, çox cüzi məhdud bir fəaliyyətdir. O da müstəqil şəkildə yox, güman ki, hansısa rəsmi qeydiyyatı olan təşkilatlar ilə birgə fəaliyyətdir.
- Pənah Hüseynov kimlərin iddiasına görə bu qanunun qəbul edilməsi müstəqil mövqe tutan QHT-lərin dövlət tərəfindən sıradan çıxarılmasına hesablanıb. Ancaq hamıya məlumdur ki, dövlət QHT-lərin inkişafına xüsusi diqqət ayırır, qayğı göstərir. Ötən il müəyyən qədər vəsait ayırmışdır ki, bu 2,8 milyon manat təşkil edirdi. Belə bir halda cəmiyyətdə çaşqınlıq yaratmaq istəyən insanların bəyanatlarının arxasında nə dayanır ?
- Tamamilə doğrudur ki, dövlətin QHT sektoru ilə yanaşı ictimai  sektora diqqəti və qayğısı göz önündədir. Bütün Azərbaycan içtimaiyyəti görür ki, 2007- ci ildən başlayaraq QHT inkişafı konsepsiyasının qəbul olunmasından başlayaraq, sonrakı dövrlərdə də prezidentin ictimai sektorla bağlı bir nrçə fərman və sərəncamı olub. Bütün bunlardan sonra Preziden Aparatı yanında QHT-yə Dövlət dəstəyi şurasının yaradılması məsələsi həll olunub. Şuranın tərkibi müəyyənləşdirilib. Bunlar isə dövlətin QHT-lərə dəstəyinin başlanğıcıdır və bu iş davam edir, gələcəkdə daha da genişlənəcək. Keçən il dövlət büdcəsindən QHT-lərə 1,3 milyon manat, bu il isə 2,75 milyon manat vəsait ayrılıb. Bizim şura olaraq 2 il ərzində maliyyələşdirdiyimiz QHT-lərin sayı 400-dən artıqdır. Onların arasında da hər hansı bir müxalif, iqtidaryönlü olub-olmamasına ayrıseçkilik  qoymayıb. Şura yalnız təqdim olunan layihələrin ictimai aktuallığını, peşəkar tərtib olunmasını nəzə alaraq maliyyələşdirilməsini və yaxud əksinə qərar çıxarır. 400-dən artıq QHT-nin biz istəsək belə hamısı iqtidar düşərgəsinə mənsub ola bilməz. Onların içərisində ölkə miqyasında tanınmış müxalifyönlü QHT-lər də var. Dövlətin qanuna edilmiş dəyişikliklərlə QHT-lərin fəaliyyətini məhdudlaşdırmaq ya sıxışdırmaq və bu kimi fikirlər ədalətli, sağlam düşüncəli fikrin məhsulu deyil.

Digər xəbərlər