PDF Oxu

Müsahibə

  • 7

Müxalifətdə siyasi mədəniyyət aşağı səviyyədədir

Müxalifətdə siyasi mədəniyyət aşağı səviyyədədir

Müsahibimiz ADP-nin sədri Sərdar Cəlaloğludur

- Hazırkı mərəhələdə ADP-nin bələdiyyə seçkilərində iştirak etməsi gözlənilirmi?

- Seçkilərdə iştirakımız mümkün olan məsələlərdən biridir. Başqa cür ola bilməz.

- Referendumda bir araya gələ bilməyən partiyalar, bələdiyyə seçkilərində bir araya  gələ biləcəkmi?

 - Biz ayrılmamışıq.

- Bəs referendumqabağı nə baş vermişdi?

- Nəzərdə tutulub ki, seçkilərdə iştirak edək. Niyə görə, öz resurslarımızı məhdudlaşdırmalıyıq? Əsas məqsəd odur ki, strateji vahid xətt yürüdülsün, taktikada isə fərqli addımlar atılsın.

- Sərdar bəy, fikirləşirsiniz ki, müxalifət düşərgəsi 6 partiyadan ibarətdir?

- Heç kim demir ki, müxalifət 6 partiyadan ibarətdir. Sadəcə olaraq, deyirik ki, "Qarabağ və Respublika Uğurunda Hərəkat"da 6 partiya bir-biri ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın da təbii səbəbləri var. Beynəlxalq  hüquqda belə bir norma var, iki dövlət arasındakı müqavilə üçüncü dövlətin əleyhinə yönələ bilməz. Eyni zamanda, demokratiyada siyasi qüvvələr arasında müəyyən əlaqələr digər qüvvələrə qarşı yönələ bilməz. Yönəlibsə, bu, artıq demokratiya deyil. Yəni, bu baxımdan, ittifaqda fəaliyyət göstərməyimiz digər müxalif qüvvələrin əleyhinə deyil.

- Onda niyə digər partiyalarla bir araya gələ bilmirsiniz?

- Digər partiyaların bəzilərinə vaxtında müraciət etdik. Onlar imtina etdi. Ona görə də, bu məsələ bizim günahımız ucbatından olmadan gündəmdən çıxıb.

- Belə çıxır ki, Mirmahmud Fəttayev və ya digərləri günahkardır?

- Yox, niyə? Mən kiminləsə dostluq etmirəmsə, bu, günah sayılır? Sadəcə olaraq, əməkdaşlıq istəmədilər, özlərinin müəyyən baxışları var.

- Bir az müəmmalı görünmür ki, bir qədər əvvəl siz konstruktiv siyasət yeritdiyinizə görə hədəf seçildiniz. Yenidən onlarla bir yerdə olmağınız təəccüb doğurur...

- Qalifaktın siyasətlə bağlı çox məşhur sözü var. Deyir ki, "İngiltərənin əbədi dostlarının da hər hansı maraqları var". Siyasət maraqların uzlaşdırma səbəbidir. Burada bizim bir-birimizə hücum etməyimizdə və yaxud dostluq etməyimizdə heç bir şəxsi motiv yoxdur. Bu qüvvələrlə bir yerdə deyiləm, amma şəxsi dostlarıma simpatiyam var. Sadəcə, maraqlar uyğun gələndə, insanlar siyasətdə bir yerdə olur.

- Maraqlar üst-üstə düşməyəndə şəxsiyyəti alçaldan, təhqir edən ifadələr işlədilirmi?

- Ümumiyyətlə, Azərbaycan müxalifətində siyasi mədəniyyət olduqca aşağı səviyyədədir. Siyasi diskussiyalarda təhqir etmək, digərinin şəxsiyyətinə toxunmaq yolverilməzdir.

- AXCP (i) və digərləri ilə yola getmək çətin olur, hər zaman problemləriniz mövcuddur. Həmin yolu gedərkən, müəyyən inamsızlıq yaranır...

- Bilirsiniz əməkdaşlıq nə deməkdir? Əməkdaşlıq özünü təqdim etmək etməkdir. Əməkdaşlıq, təbii ki, hər bir addımı düşünə-düşünə atmaq, eyni zamanda, həm inanmaq, həm də yoxlamaq tələb edir. Hər bir addımda siyasi qüvvələr həm bir-birinin hərəkətlərini nəzarətə götürür, həm də bir-birini yoxlayırlar. Hesab edirəm ki, yoxlamaların nəticəsi olaraq, həqiqətə uyğun addım atırıq.

- 2003-cü il hadisələri zamanı siz də, İqbal bəy də yoxlamadan bir növ keçdiniz. Bu, Ə.Kərimov üçün bəs etmədi?

- Məncə, Ə.Kərimovun bizə qarşı pis münasibəti yoxdur.

- Heç sizə qarşı yaxşı münasibət də bəsləmir?

- Bilirsiniz, bir dəfə Həzrəti Əlidən soruşurlar ki, niyə həmişə sizin haqqınızda pis söz danışana yaxşılıq edirsiz. O da deyir ki, filankəs pisliyindən əl çəkmirsə, mən niyə görə yaxşılığımdan əl çəkməliyəm. Ümumiyyətlə, insanların bir-biri nə münasirbəti belədir. Ə.Kərimovun mənə qarşı münasibəti yaxşıdır. Ola bisin, onun qəzetində kimsə nə isə deyib, mən ona məhəl qoymuram. Bizim qəzetdə də zaman-zaman Ə.Kərimov haqqında təhqiramiz yazılar dərc edilirdi. Biz Azərbaycan cəmiyyətində milli maraqlar uğurunda mübarizə aparırıq, şəxsi maraq uğurunda mübarizə aparmırıq ki? Düşmənçilik o zaman meydana gəlir ki, ortalıqda fərdi maraqlar var. Kim şəxsi maraqlar uğurunda mübarizə aparırsa, təbii ki, bu, sonralar düşmənçiliyə çevirilir. Düşmənçilikdə isə, söyüşdən tutmuş siyasi terrora qədər bütün metodlar keçərlidir.

- Sərdar bəy, yeri gəlmişkən, Milli Məclisdə "siyasi partiyalar haqqında qanun"un müzakirə edilməsi gözlənilir. Bu müzakirələrdən nə gözləyirsiniz?

-   Azərbaycanda atılan bütün addımlar reaksiya istiqamətindədir. Ona görə də, nə isə dəyişilmə olanda, pis fikir yürüdürlər.

- Partiyaların dövlət büdcəsindən maliyyələşməsinin hansı formada həyata keçirilməsini daha məqbul hesab etmək olar?

- Hesab edirəm ki, müasir dünyada siyasi partiyaların maliyyələşməsi üçün bir çox metodlar var. Onların hamısından istifadə edə bilərik. Məsələn, Polşada ikili maliyyələşmə var: bir seçkilərdə iştirak edib müəyyən həddə səs toplayanların maliyyələşməsi, ikincisi, parlamentə düşmələrinə görə, birdəfəlik illik yardımın verilməsi. Amma o partiyalar ki, müəyyən baryerləri aşılır, həmin partiyalara daimi maliyyələşmə həyata keçirilir.

Qeyd edim ki, ölkədə 10 partiya varsa, ancaq onun 5-i tanınır. Çox da ki, Ədliyyə Nazirliyində 50 partiya qeydiyyatdan keçib. Azərbaycanda partiyaların 90 faizi nizamnamələrində nəzərdə tutulmuş orqanların fəaliyyətini bu günə qədər təmin edə bilmir. Partiya var ki, yarandığı gündən bu günə qədər nə qurultayını keçirib, nə idarə heyəti, nə sədri, nə rayon təşkilatları var. Bunların hamısı manipulyasiya etmək üçün qeydiyyatdan keçən partiyadır. Ona görə də, ölkədə 3-4 partiya var ki, siyasi qüvvə kimi, bunları bir illiyinə keçid dövrü kimi maliyyələşdirmək olar. Həmin partiyalardan başqa, qalanlarının dövlət qeydiyyatı ləğv olunmalıdır.

- Dediniz ki, siyasi düşərgədə yalnız 3-4 partiya tanınır. Qalan həmin fəaliyyətsiz partiyalar da iddia edir ki, AXCP (i), Müsavat, ADP-nin fəaliyyətini hansısa xarici  fondlar tənzimləyir və qəzetlər müstəvisində onların fəaliyyəti nəzərə çarpır...

- Bu, ayrı-ayrı adamların iddiasıdır və o deməkdir ki, böhtandır. Bu böhtana görə, fikir yürütməyin mənası yoxdur.

Digər xəbərlər