PDF Oxu

Müsahibə

  • 13

Müxalifətdə millətə xidmət edən partiya yoxdur

Müxalifətdə millətə xidmət edən partiya yoxdur

- Tufan bəy, İskəndər Həmidovdan sonra partiya rəsmi qeydiyyatdan keçdi və siyasi arenaya ciddi bir qüvvə kimi çıxmaq üçün əsaslı surətdə formalaşmağa başladı. Bunu nə ilə izah edə bilərsiniz?      

- Bilirsiniz, bu suala aydınlıq gətimək üçün uzaq olmayan keçmişə qayıtmaq istərdim. 1988-ci ildən başlanan hərəkatı Azərbaycan türklərinin taleyində dönüş ili hesab edirəm. Amma bu hərəkatın liderləri millətçiliyin önəmini anlasalar da, konkret olaraq bu yöndə real tədbirlərin nədən ibarət olduğunu ya dərk etmir, ya da onlara layiqli qiyməti vermirdilər. Hələ, Moskva və "KQB"  amilini önə çıxarmırıq. Məlum idi ki, həmin illərdə Azərbaycanda güclü millətçi kəsimin, yəni, əlində milyon dollarla ölçülən varidatı və strateji dövlət vəzifələrini cəmləmiş  gənc, geniş dünyagörüşlü türkçü-millətçi qruplaşmaların formalaşdırılması işi başlı-başına buraxılmışdı. Milli mənafe prizmasından çıxış edərək, bu günədək baş vermiş siyasi proseslərin dərin təhlilindən aydın olur ki, bu yöndə strateji səhvlər Azərbaycan türklüyünün erməni-rus işğalından qurtulmasını qeyri-müəyyən müddətə yubatdı. Nəticədə, Azərbaycan-türk milli burjuaziyasının və milli kapitalın formalaşması prosesi  olduqca ləngidi.  Yalnız indi Azərbaycan türklüyünün milli kapitalı,  millətçi ideologiyası, qabaqcıl istehsal texnologiyaları ilə tanışlığı prosesi başlanıb. Bu, çox önəmli və taleyüklü proseslərdir.
Qərb və Rusiya özlərinə sərf edən, milli və dövlət maraqlarımıza zərərli  tələblərin istəklərinin yerinə yetirilməsi üçün Azərbaycan müxalifətindən iqtidara təzyiq vasitəsi kimi istifadə etməyə can atır. İqtadara qarşı müxalifətdən istifadə etmək dünya siyasi tarixində yeni üsul deyil. Bu cür siyasi oyunlarda iştirak edənlərin içərisində ideyalı millətçi aramaq olduqca çətin işdir. Qərbdən pul alan siyasi qüvvələr, yenə də bu paranı güclü millətçi strukturun yaradılmasına xərcləyə bilərdi. Amma siyasi müxalifətdə millətçi ideyaya qulluq edən partiya yoxdur, partiyalar konkret şəxsiyyətlər ətrafında formalaşıb. Millətçi ideya isə,  müxalif tərəfdə aparıcı amilə çevrilməyib.

- Sizcə, müxalifətdəki millətçi qüvvələrin hakimiyyətə gəlmək üçün siyasi mübarizədə şər və böhtanlardan istifadə etməsi düzgündürmü? 

- Milləti və dövləti siyasi mübarizəyə qurban verməmək - bozqurdların, millətçilərin siyasi kredosudur. Müxalifətdəki millətçi qüvvələr dərk etməlidirlər ki, Rusiya və Qərb Azərbaycan iqtidarı və müxalifəti arasında siyasi rəqabəti "sinfi", "etnik" düşmənçilik səviyyəsinə keçirmək məqsədindədir. - Sonda Konstitusiyamıza təklif edilmiş əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq referendumu ilə bağlı mövqeyinizi bilmək istərdik.
- Qeyd edim ki, Konstitusiyamıza təklif edilmiş əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq referendumu ilə bağlı mövqeyimizi dəfələrlə bildirmişik. Referendum zamanı yerlərdən daxil olmuş məlumatların tərəfimizdən təhlili, həmçinin, referendumda müşahidəçi qismində iştirak etmiş mötəbər beynəlxalq təşkilatların rəylərindən də bəlli olur ki, bu siyasi-hüquqi akt tam demokratik və şəffaf keçirilmişdir. Əsas odur ki, millət öz mövqeyini bildirmişdir. Məncə, əlavə şərhə ehtiyac yoxdur.

Digər xəbərlər