PDF Oxu

Müsahibə

  • 13

Azərbaycan müxalifəti gücsüz müxalifətdir

Azərbaycan müxalifəti gücsüz müxalifətdir
- Müxalifət düşərgəsindəki hazırkı durumu necə qiymətləndirirsiniz?
- Hazırda müxalifət çaşqınlıq və təlaş içərisindədir. Bu da ondan irəli gəlir ki, onlar tərəfdaşlarını itirə-itirə gələrək, gücsüz bir düşərgəyə çevriliblər. Tərəfdarlarını itirən seçicilərin səsini qazanmayan müxalifətin durumu necə olacaq? Təbii ki, ağır olacaq.
- Müxalifətin zəifliyini onların fəaliyyətsizlikləri ilə əlaqələndirirlər. Siz bu fikirlə razısınız?
-  Təbii ki, Azərbaycan müxalifətinin zəifliyi onların bu günə qədərki fəaliyyəti, daha doğrusu, fəaliyyətsizlikləri ilə bağlıdır. Onlar neçə illərdir ki, Azərbaycan xalqını aldatmaqla məşğuldur. Təbii ki, xalqımız da o cür insanlara heç vaxt inanmayıb və inanmayacaq da. Çünki xalq kimin kim olduğunu yaxşı bilir. Ölkə Prezidenti cənab İlham  Əliyev prezident seçilməmişdən öncə, O, Azərbaycan cəmiyyətində kifayət qədər nüfuzlu bir siyasətçi kimi tanınırdı. Xalq İlham  Əliyevə inandı və Onu Prezident seçdi. O, öz fəaliyyəti ilə sübut etdi ki, xalqımız Onu əbəs yerə seçməyib. Müxalifət isə hər zaman passivlik nümayiş etdirib. Onlar yalnız seçkilərdən-seçkilərə öz aralarında dava-qırğın salmaqla məşğuldurlar. Belə "fəaliyyətə" xalqın münasibəti pisdir.
- İstər AXCP (i)-dən, istərsə də Müsavat partiyasından istefalar ara vermir. Buna sizin münasibətiniz?
- Əgər Azərbaycan müxalifəti yaxşı olsaydı, xalq da onlara dəstək olardı və ən azından onların ətrafındakılar həmin partiyalardan, xüsusən, AXCP (i), Müsavat partiyasından istefa verməzdilər. Hesab edirəm ki, bu da təbiidir. İnsanlar həmin partiyalara gəlirlər və görürlər ki, həmin partiyanın, partiyaların prespektivi yoxdur və ona görə də oranı tərk edirlər. Radikallar tərəfindən aldanan insanların sayı xeyli çoxdur. Onlar da həmin düşərgəni - Əli Kərimovun, İsa Qəmbərovun partiyalarını tərk edirlər. Məhz buna görə də müxalifətin vəziyyəti ağırdır. Xüsusən də, 2008-ci il prezident seçkilərindən sonra vəziyyət müxalifət düşərgəsində daha da ağırlaşıb. Artıq bu düşərgənin heç bir perspektivi yoxdur. Düşünürəm ki, həmin partiya sədrlərinin yarıtmaz fəaliyyəti nəticəsində müxalifət düşərgəsi artıq iflic olub.
- Sizcə, adları çəkilən partiaylar tezliklə siyasi səhnədən gedəcək?
- Həmin partiyaların liderləri çoxdan siyasətdən getməli idilər. Dünyada yazılmamış bir qanun var ki, seçkiləri dəfələrlə uduzan şəxslər siyasi arenada qala bilməz. Amma bunlar 20 ilə yaxındır ki, ölkəmizdə keçirilən bütün seçkiləri uduza-uduza gəlirlər. Ancaq partiya sədri postlarından əl çəkmirlər. Belə hesab edirəm ki, onlar tezliklə siyasi arenadan getməlidirlər.
- Ölkəmizdə keçiriləcək referendumun əleyhinə olan müxalifət bununla nəyəsə nail olacaqmı?
- Müxalifət bununla heç nəyə nail ola bilməyəcək. Biz 20 rayonda bununla bağlı artıq sorğu keçirmişik. Qətiyyətlə deyə bilərəm ki, xalq referendumda hamılıqla iştirak edəcək. Bunu keçirdiyimiz sorğu da təsdiqləyir. Yenə müxalifətin bədnam arzusu ürəyində qalacaq.

Digər xəbərlər