- Tahir müəllim, radikal müxalifətin birliyinə nail olmaq üçün yaradılan, "Vətəndaş Hərəkatı Forumu"nun qarşıya qoyulan vəzifələri yerinə yetirməsi nə dərəcədə realdır?
- Uzun illərdir ki, radikal müxalifət müxtəlif bloklar, birliklər və hərəkatlar yaradır. Amma bu da fakdır ki, həmişə onların yaratdıqları birliklər və hərəkatlar gözlənilən nəticəni verməyib. Düşünürəm ki, onların yaratdığı hərəkat sıradan geri qalmamaq üçündür. Yəni, onlar belə bir hərəkat yaradaraq, demək istəyirlər ki, "biz də varıq". Düşünürəm ki, bu birlik əvvəlki birliklərdən olduqca çox zəifdir. Partiyaların ən başlıca gücü xalqın dəstək verməsindədir. Burada xalq istər radikal müxalifətin birliyinə, istərsə də onların keçirdiyi aksiyalara heç vaxt dəstək vermir. Belə olan təqdirdə, bu partiyalar ümidlənməsin ki, gec-tez xalq öz dəstəyini bizə verəcək. Yəni, onların bu istəkləri reallığa çevrilən deyil. Çünki Azərbaycanda hakimiyyət kifayət qədər möhkəmdir və düzgün siyasət aparır.
- Forum daxilində ADP ilə AMİP arasında qarşıdurmalar yaranıb. Bu baxımdan, bu forumun da, ömrünün uzun olmayacağını demək olarmı?
- Təbii ki, bu forumun ömrü uzun olan deyil. Çünki onların birlikləri içərisində, yəni "İctimai Palata" da AXCP (i) ilə Müsavat arasında "VHF" daxilində isə ADP ilə AMİP arasında çəkişmələr gedir. Bu subyektlərin özlərinin arxalarında intriqaları, barışmazlıqları, liderlik davaları, önə çıxmaq cəhətləri və aparıcı qurum olmaq istəkləri onu göstərir ki, onların bu birlikləri səmimi deyil. Bu forum heç bir əhəmiyyət daşımır. Düşünürəm ki, burada onların məqsədi düzgün qoyulmadığına görə, subyektlər arasında bu cür narazı çəkişmələr həmin forumun mətninin əsasını qoyur.
- AXCP (i) və Müsavat kimi partiyaların "Vətəndaş Hərəkatı Forumu"na qoşulmamaları özlərini bu forumda təmsil olunan partiyalardan üstün hesab etmələri ilə əlaqələndirmək olarmı?
- Burada Müsavat partiyası əski Müsavatın nəsli kimi, AXCP (i) də ki, AXC hərəkatının varisi kimi özünü aparır. Burada həm AXCP (i), həm də Müsavat özlərinin partiya maraqlarından çıxış etdiklərinə görə, "Vətəndaş Hərəkatı Forumu"nu bəyənmirlər və öz dəstəklərini vermirlər. Bu partiyalar hesab edərək bildirirlər ki, bizsiz sözügedən bu forumun heç bir əhəmiyyəti yoxdur.
GÜLYANƏ