PDF Oxu

Müsahibə

  • 117

Ermənistan dövləti region üçün problem yaradır

Ermənistan dövləti region üçün problem yaradır
- Elşad müəllim, Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir. Bu amil hakimiyyətlə xalq arasında dərin uçurumun yarandığının göstəricisi sayıla bilər?
- Ermənistan əhalisinin kütləvi şəkildə ölkəni tərk etməsinin başlıca səbəbi, həmin ölkənin özü-özünü pis vəziyyətə salması ilə bağlıdır. Belə bir vəziyyətdə Ermənistan əhalisi yaşamaq üçün digər ölkələrə üz tutmaq məcburiyyətindədir. Ermənistan hökuməti isə bunun qarşısını heç cür ala bilmir. Çünki işğalçı ölkənin iqtisadi durumu iflic bir vəziyyətindədir. Bu durumun düzəlməsi üçün də heç bir şans yoxdur. Eyni zamanda, burada əhaliyə qarşı siyasi repressiyalarda mövcuddur. Təbii ki, bu da öz təsirini göstərir. İşğalçı ölkənin iqtisadi çətinlikləri, əhalisinin sosial vəziyyətinin acınacaqlı olması, demokratiyanın kəskin şəkildə boğulması və hakimiyyət tərəfindən xalqın hər zaman gözlədiyi qorxu və təcavüz burada yaşayan insanların ölkəni tərk etməsini şərtləndirir. Bu, eyni zamanda, Ermənistanı bir dövlət kimi, məhv olma təhlükəsini reallaşdırmaqdadır. Digər bir tərəfdən də, həmin ölkədə siyasi vəziyyətin olduqca çox acınacaqlı olmasından xəbər verir.
- Bu gün Ermənistan xarici ianələrin hesabına yaşaya-yaşaya qonşu ölkələrə qarşı ərazi iddiası ilə çıxış edir. Belə olan halda, bu ölkənin sifarişlə hərəkət etdiyini söyləmək olarmı ?
- Ermənistanın bir ölkə kimi mövcud olmasını şərtləndirən məhz xaricdə yaşayan ermənilər olub. Burada əsas məsələ ondan ibarətdir ki, Ermənistan bir alət kimi istifadəyə çox yararlı bir ölkədir. Yəni, Ermənistan region üçün problem yaradır. Burada xarici qüvvələr Ermənistandan regionda bir alət kimi istifadə etməyə çalışırlar və istəklərinə də nail olurlar. Bir sözlə, regionda vəziyyəti qarışdırmaq üçün Ermənistanda istifadə olunur. Düşünürəm ki, işğalçı ölkə getdikcə günü-gündən fiaskoya uğramaqdadır. Demək olar ki, bu ölkə məhvə doğru gedir. Çünki əhalisi kütləvi şəkildə ölkəni tərk edib getməkdədir. Burada sizin qeyd etdiyiniz məsələnin təsdiqi olaraq, onu demək istəyirəm ki, bəli Ermənistana xaricdən çox böyük ianələr axır və bunun da müqabilində işğalçı ölkədən nələrsə tələb olunur. Ermənistandan istənilənlər isə bu ölkəni məhvə aparır. Bunu isə ermənilərin özləri dərk etmir. Onlar bunu dərk etdikdə isə, çox gec olacaqdır. Bundan başqa regionda vəziyyəti gərgin saxlamaqla yanaşı, Azərbaycana münasibətdə guya obyektiv mövqe nümayiş etdirən tərəflər və qüvvələr vardır ki, onlar Ermənistandan yenə də bir alət kimi istifadə edirlər.
- S.Sarksiyan son bəyanatı ilə təcavüzkar bir ölkənin rəhbəri olduğunu sübut etmirmi?
- SSRİ-nin süqut etməsindən sonra, Ermənistan rəhbərliyi özünü çox anormal aparır. Təəssüflər olsun ki, dünya birliyinə sərf etmədiyi üçün bu gün Ermənistan rəhbərliyini ya qeyri-qanuni, ya da qeyri-legitim elan etməyib. Bu gün ərəb dünyasında baş verən prosesləri nəzərdən keçirdikdə görürük ki, orada xalqına qarşı və yaxud beynəlxalq ictimaiyyətə münasibətdə qeyri-konstruktiv mövqe tutan istənilən bir dövlət başçısı həmin dəqiqə qeyri-legitim hakimiyyətə malik olmaqda suçlandırılır. Əslində isə, bu cür qərar Ermənistana qarşı çoxdan tətbiq olunmalı idi. Amma çox təəssüflər olsun ki, hələki, biz bunu müşahidə etmirik. Yəni, burada işğalçı ölkənin havadarları çoxdur. Bir sözlə, Azərbaycana ikili standartlardan yanaşan dövlətlər mövcuddur. Əgər həmin dövlətlər Dağlıq Qarabağ münaqişəsinə ədalətli şəkildə yanaşmış olsaydılar, demək olar ki, çoxdan Ermənistan hakimiyyətini işğalçılıqda suçlandırardılar. Bir sözlə, həmin ölkəni yerində otuzdurardılar. Ən azından, siyasi hakimiyyəti konstruktiv addımlar atmağa məcbur edərdilər. Təəssüf ki, işğalçı ölkəyə qarşı bu addımları atmırlar. Bu, bir daha ondan xəbər verir ki, elə beynəlxalq ictimaiyyətin özü məsələlərə qeyri-obyektiv yanaşır. Bu problemlərin konstruktiv və ədalətli həllinə maraq göstərmirlər. Lakin özlərinin marağında olduğu təqdirdə, çox humanistcəsinə və böyük sürətlə addımlar atırlar. Buna misal olaraq, demək olar ki, Liviya ilə bağlı qətnaməni yadınıza salaq: BMT-Təhlükəsizlik Şurası Liviya ilə bağlı qətnamə qəbul edən günün səhəri orada əməliyyatlar başladı. Amma Azərbaycanın işğal olmuş əraziləri ilə bağlı qətnamələr mövcuddur. Lakin bu qətnamələrə diqqət yetirən yoxdur. Bu cür münasibətlər Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə səbəb olur.

GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər