- Elman müəllim, ATƏT-in Minsk Qrupunun həmsədrləri yenidən regiona səfər etdilər. Sizcə, onlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa yeni ideya və təkliflə çıxış edə bildilər?
- Uzun müddət idi ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər etmirdilər. Xüsusi olaraq, Kazan görüşündən sonra, həmsədrlərin fəaliyyətində intensivlik baxımından bir boşluq yaranmışdır. ATƏT-in Minsk Qrupunun həmsədlərinin regiona səfəri zamanı, ümid edərək gözləyirik ki, bu dəfə həmsədrlər yeni təkliflərlə çıxış edəcəklər. Artıq bir çox hallarda bu qənaətə gəlmək olur ki, həmsədrlərin yeni təkliflər vermək imkanları tükənib. Burada ATƏT-in Minsk Qrupunun həmsədlərinin yeniləşmiş Madrid prinsiplərindən fərqli olaraq, yeni təklif ilə gələcəklərini gözləmək çətin məsələdir. Burada həmsədrlər yeniləşmiş Madrid prinsiplərini Ermənistan tərəfinə qəbul etdirə bilmədiklərini fərqindədirlər. Burada ATƏT-in Minsk Qrupunun həmsədrlərindən hansısa yeni təkliflər gələrsə, onda belə bir versiya ağıla gəlir ki, həmsədrlər bəlkə Ermənistanı razı salmaq üçün müəyyən düzəlişlər edirlər. Bu halda ki, Ermənistan yeniləşmiş Madrid prinsipini qəbul edər. Azərbaycan qəbul etməz. ATƏT-in Minsk Qrupunun həmsədlərinin indiyə qədər regiona səfər etməmələrini daha çox onların təkliflər potensialının tükənməsi kimi izah etmək olar. ATƏT-in Minsk Qrupunun həmsədləri regiona səfər edərkən, onları daha çox düşündürən məsələ prezidentlər səviyyəsində növbəti görüşü təşkil etmək olur.
- Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyaya səfəri Dağlıq Qarabağ probleminin həllində Dmitri Medvedevin Ermənistan prezidentinə hansısa təsiri ilə yadda qala bilərmi?
- Artıq Rusiya mətbuatı qeyd edir ki, Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyaya səfəri zamanı həm regionla əməkdaşlıq məsələləri, həm də Dağlıq Qarabağ münaqişəsi ətrafında ətraflı fikir mübadiləsi ediləcək. Burada Ermənistanın mövqeyini dəyişə biləcək üç həmsədr arasında imkanı və potensialı olan Rusiyadadır. Yəni, Rusiya tərəfi Ermənistanın mövqeyinə konstruktivlik gətirə bilər. Ancaq Rusiya Ermənistana qarşı bu addımı atacaqmı? Rusiya tərəfinin Ermənistanın mövqeyini dəyişə biləcək addım atması inandırıcı görünmür. Ona görə hesab etmirəm ki, bu səfər çərçivəsində Serj Sarkisyan geri qayıtdıqdan sonra, bu münaqişənin həll ilə bağlı onun mövqeyin də fərqli yanaşma olsun. Ola bilər ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu dəfə əvvəlki təkliflərinə müəyyən yeni çalarla və nüanslar əlavə ediblər. Burada isə hər bir məsələni Rusiya ilə razılaşdıran Ermənistan tərəfi bu dəfə də Rusiyanın mövqeyini bilmək istəyir. Ermənistan prezidentinin Rusiyaya səfər etməsi, adi bir hala çevrilib. Sonda, xüsusi olaraq vurğulamaq istəyirəm ki, Ermənistan prezidentinin Rusiyaya səfər etməsi, ATƏT-in Minsk Qrupunun həmsədlərinin regiona gəlişi ilə bağlıdır.
- Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirilə bilərmi?
- Ermənistan və Azərbaycan prezidentlərinin görüşləri, məhz Rusiya prezidentinin təşəbbüsü ilə həyata keçirilir. Düzdür, Kazan görüşündən sonra bu məsələdə müəyyən bir boşluq yarandı. Demək olar ki, Rusiya prezidenti öz formatını dəyişərək ikitərəfli formata keçdi. Yəni Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşlər keçirdi. Düşünürəm ki, prezidentlərin görüşlərinin keçirilməsi məsələsində prezident kürsüsü ilə vidalaşmağa hazırlaşan Dmitri Medvedevin ciddi bir nailiyyətə imza atacağını gözləmək düzgün olmaz. Əgər Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutsa belə, bu görüşdən nə isə ciddi bir irəliləyiş gözlənilmir. Əgər Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşü nəzərdə tutulursa, bu görüş ancaq Vladimir Putin hakimiyyətə gəldikdən sonra reallaşa bilər.
GÜLYANƏ
AĞAKƏRİMOVA