PDF Oxu

Müsahibə

  • 502

Əhalinin sosial müdafiəsi gücləndirilir

Əhalinin sosial müdafiəsi gücləndirilir

- Bildiyiniz kimi, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqları artırılıb. Bu, əhalinin sosial müdafiəsinə nə kimi təsir göstərəcək?

- Dövlət büdcəsindən maliyyələşən işçilərin əmək haqlarının artırılması əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından atılan uğurlu addımdır. Bu ilin dekabrında əmək haqlarının artırılması ilə bağlı ölkə başçısı tərəfindən imzalanan sərəncamlar birmənalı olaraq müsbət haldır. Bu, uzunmüddətli sosial təminat baxımından da müsbət addım kimi qiymətləndirilməlidir. Çünki növbəti aylardan etibarən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan insanlar artırılan əməkhaqlarını alacaqlar. Bu, öz növbəsində, sosial addım kimi

tədqirəlayiq və əhəmiyyətli haldır. Ümumiyyətlə, son ayda artırılan əmək haqlarını respublika baxımından qiymətləndirmək lazımdır. Çünki paytaxtla yanaşı, regionlarda çalışan şəxslərin də əmək haqları artırılıb ki, bu, həm sosial müdafiə baxımından, həm də regionların inkişafı baxımından müsbət haldır.

- Regionların sosial-iqtisadi inkişafı ilə bağlı iki Dövlət Proqramı qəbul edilib. Bu, regionların inkişafına nə kimi təsir göstərir?

-Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının qəbul edilməsi və icrası vacib məsələlərdən hesab olunur. Azərbaycan iqtisadiyyatı son illər ərzində kifayət qədər inkişaf edib. Son 6 ildə ölkəmizin dövlət büdcəsində gəlirlər təxminən 15 dəfə artırılıb. Azərbaycan dövlət büdcəsinin gəlirləri Ermənistan və Gürcüstanın ümumi dövlət büdcəsindən 3 dəfə çoxdur. Azərbaycan iqtisadiyyatı inkişaf etməyə başlayanda, paytaxtla regionlar arasında bir fərq hiss olunurdu. Regionların inkişafı ilə bağlı dövlət proqramlarının qəbul edilməsində də əsas məqsədlərdən biri də bu idi ki, Bakı ilə bölgələr arasında olan bu fərq aradan qalxsın. Bütövlükdə qeyd olunan dövlət proqramlarını qiymətləndirərək qeyd etmək lazımdır ki, regionlarda sosial-iqtisadi vəziyyət müsbət dərəcədə dəyişib. Yəni bölgələrimizdə son illər ərzində 10 minlərlə yeni iş yerləri yaradılıb. Bir zamanlar regionlara investisiya yatırmaq çətin idi, ancaq son illər ərzində regionlarımıza investisiya qoyuluşu artmaqdadır. Bu gün xarici şirkətlər də regionlarda işləməyə maraq göstərir. Bu da, ondan irəli gəlir ki, rayonlarımızda infrasturukturla bağlı problemlər həllini tapıb və sahibkarlıq mühitini inkişaf etdirmək üçün hər cür şərait yaradılıb. Hesab edirəm ki, regionların inkişafı ilə bağlı hələ də görüləsi işlər var və yaxın gələcəkdə bu məsələlər də həllini tapacaq. Regionların sosial-iqtisadi inkişafı həm də əhalinin məşğulluq probleminin həllinə müsbət təsir göstərən amillərdəndir.

- Son illər ərzində dövlət aqrar sektorun inkişafına diqqəti daha da artırıb. Bu diqqət və qayğı kənd təsərrüfatının inkişafına nə kimi təsir göstərib?

- Aqrar sektor Azərbaycanın prioritet sahələrindən biridir. Bu sektorun inkişafı ölkə üçün vacib olan məslələrdən biridir. Adıçəkilən sektora dövlət tərəfindən subsidiyaların verilməsi kənd təsərrüfatının inkişafına təsir göstərən amillərdəndir. Aqrar sektoroun inkişafı yalnız qeyri-neft sektorunun inkşafı baxımdan qiymətləndirilməməlidir, bu, həm də ərzaq təhlükəsizliyinin formalaşması deməkdir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənməlidir. Bu baxımdan aqrar sektor piriotet sektor hesab olunur.

- Gələn il dünyada iqtisadi böhran gözlənilirmi və əgər belə bir hal baş verərsə, bu, Azərbaycana təsir göstərə bilərmi?

- İqtisadi böhran daha çox Avrozonada müşahidə edilməkdədir. Avronun məzənnəsi ötən gün ərzində 7 faizə düşüb. Avrozonada baş verən böhran yeni bir qlobal böhranın yaranması üçün səbəb ola bilər. Bir məsləni də qeyd edim ki, Azərbaycanın ehtiyatları 60 milyarddan artıqdır. Bu, kifayət qədər böyük rəqəmdir və respublikamızı qlobal böhrandan sığortalayan məsələlərdəndir.

ANAR MƏCİDZADƏ

Digər xəbərlər