- İctimai Palata gəncləri küçələrə salaraq qeyri-konstitusion addımlar atmağa təhrik etmələri siyasətçiyə nə qədər yaraşan addımdır?
- Azərbaycan müstəqil olduqdan sonra ən çox yaxınlaşıb əlaqə qurduğu qardaş Türkiyənin bu baxımdan ənənələrini diqqətlə izləməlidir. Bu gün dünyada özünü ən inkişaf etmiş dövlət adlandırılan ABŞ, Fransa və İngiltərəyə baxdıqda Türkiyədə demokratiya daha çox yüksək səviyyədə inkişaf edib. Biz də bunun bariz nümunələrini görürük. Onlar məhz Türkiyə moderinin əsas götürüb öz işlərinə yenidən baxsalar öz səhvlərini daha yaxşı anlayarlar. Ölkəninin və millətin gələcəi ilə bağlı ümummilli və taleyüklü məsələlərdə müxalifət özünün müxalifətçilyini bir kənara qoyub dövlətlə bir yerdə addımlayır. Mənim fikirimcə İsa Qəmbərin və ya Əli Kərimlinin rəhbərliyi ilə yaranan hər hansı bir qurumun nəyə isə nail olmağına qətiyyən inam yoxdur. Çünki, nəyə isə nail olmaq üçün o qurumun İctimai Palatanın cəmiyyət arasında nüfuzu olmalıdır. Bu gün Avropa və dünyanın digər ölkələri qlobal böhran yaşayarkən, Azərbaycanda əmək haqqları artır, insanların yaşayış şəraitlərinin yaxşılaşması üçün müxtəlif addımlar atılır. Qeyd edək ki, iqtisadi cəhətdən Azərbaycan inkişaf edir və eyni zamanda sənaye potensialı artır. Bütün bunları görməməzlikdən gəlib, hakimiyyətə qarşı bu cür mövqe tutmaq insanlarda inamı itirir. Mən deyə bilmərəm ki, bu gün Azərbaycanda hər şey parlaqdır, mənfi heş nə yoxdur, var. Azərbaycanda korrupsiya da var, məmur özbaşınalığı da var, bürokratiyada var. Əgər bu problemləri cəmləyib, məhz bu problemlərə qarşı cəmiyyəti istiqamətləndiriləsə onda nəyə isə nail olmaq olar. Bu Azərbaycanın hər bir vətəndaşına lazımdır. Amma hər şeydən əvvəl ölkəyə bir başa cavabdeh olan ölkə prezidenti və ounun komandasına lazımdır ki, hansısa məmur dövləti, hakimiyyəti gözdən salan addımlar atırsa, hansısa məmur qeyri-qanuni hərəkət edirsə bunun qarşısı alınsın.
- Rəsul Quliyevin yenidən fəallaşması və məlum cinayətləri ilə əlaqədar həbsədə olan Əli İnsanova əməkdaşlıq təklif etməsini eks spikerin Əli Kərimli, İsa Qəmbər kimi müxalifət liderlərinə olan inamsızlığı ilə əlaqələndirilə bilərmi?
- Rəsul Quliyevin adı çəkilərkən onu sanki orta əsrlərdə yaşamış bir siyasətçi kimi xatırlayıram. Ancaq təbii ki, Rəsul Quliyev sanki bu ittihamlara və qınaqlara məhəl qoymadan öz siyasi imicini körükləməkdədir və bu dəfə nəyin bahasına olur-olsun Azərbaycana dönəcəyini vəd etməklə yenidən özünə siyasi tərəfdarlar toplamağa girişib. Əlbəttə, çətin ki, eks-spiker bu cür davranışlarla, siyasi müttəfiqlərini aşağılamaqla nəyəsə nail ola bilsin və siyasi karyerasını tənəzzüldən tərəqqiyə doğru yönləndirməyi bacarsın. Azərbaycanda antimillət siyasəti yürüdən hakimiyyət nümayəndələrinin yuxusunu qaçırdığı kimi, bəzi uğursuz siyasətçiləri də rahatsız etməkdədir. Əslində, bu da təbiidir və yaranmış siyasi fürsətdən hər kəs dividentlər götürmək və itmiş nüfuzunu bərpa etməklə mümkün dəyişikliklərdən pay qoparmaq istəyir. Azərbaycanda bu tip insanlar "kəmfürsət" adlandırılsa da, siyasətdə mümkün olanların həyata keçirilməsi o qədər də qəbahət sayılmadığından belə canfəşanlıqları başa düşmək olur. Xeyli sayda rəsulsevənlər var və ona rəğbəti olan insanlar hələ də keçmiş spikerin indikilərdən fərqli olaraq çörəkverən bir insan olduğunun, kimsəsizlərə əl tutduğunun şirin nostaljisini yaşamaqdadırlar. Ancaq o da həqiqətdir ki, Rəsul Quliyev taleyin ona bəxş etdiyi və bu zalım dünyada hər kəsə yalnız bir dəfə verilən tarixi şansı lazımınca dəyərləndirə bilmədiyindən 2005-ci ilin məbhus 17 oktyabr rüsvayçılığından keçən 6 ildə siyasi qürubunun ən acınacaqlı epizodlarını yaşamağa məhkum oldu.