PDF Oxu

Müsahibə

  • 99

Davos Azərbaycan iqtisadiyyatına önəm verir

Davos Azərbaycan iqtisadiyyatına önəm verir

- Aydın müəllim, Davos Dünya İqtisadi Forumunun əhəmiyyəti və Azərbaycanın bu forumdakı yeri hansı formada dəyərləndirilir?

- İlk olaraq, qeyd edim ki, Davos İqtisadi Forumu 1971-ci ildə professor Qlaus Svap tərəfindən təşkil olunub. Həmin ildən etibarən, hər il İsveçrənin Davos şəhərində daimi olaraq keçirilir. Forumda əsasən dövlət başçıları, baş nazirlər iştirak edirlər. Eyni zamanda da, böyük şirkətlər, kampaniyalar forumda təmsil olunur. Forumda dünyada baş verən iqtisadi proseslərə bir baxış, eyni zamanda, geosiyasi proseslərə nəzər yetirilir. öz əksini tapır. Bu məsələlər ətrafında da fikir mübadilələri aparılır. Foruma olan marağı nəzərə alaraq müəyyən sessiyalar təşkil edilir. Burada, həmçinin, dünyanı narahat edən bütün qlobal məsələlərin müzakirəsi də baş tutur. Hazırda isə əsas problemlərdən biri olan iqtisadi böhran məsələləri gündəmdədir.

- Davos İqtisadi Forumu gözlənilən qlobal maliyyə böhranının aradan qaldırılmasına özünün töhfələrini verə bilirmi?

- Bu il də Avropa ölkələrində maliyyə böhranı əsas problemlərdəndir. Bu məsələnin həllində forumun heç bir təsiri olmadığını düşünmək düzgün deyil. Sadəcə olaraq, forumun hər hansı ölkədə müəyyən tədbirləri həyata keçirmək üçün konkret mexanizmi yoxdur. Burada fikir mübadilələri aparılır. Müəyyən təcrübənin hansı şəkildə olduğu müzakirə olunur. Böhranın başvermə səbəbləri, hadisələrin başvermə ardıcıllığı əsas götürülür. Müzakirə olunan məsələlər iştirak edən ölkələr tərəfindən tətbiqini taparsa, deməli, hər hansı çıxış yolu tapmaq mümkündür. Dediyim kimi yalnız burada icra mexanizmi yoxdur.

- Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakını və keçirdiyi səmərəli görüşləri Azərbaycana investisiya qoyulmasını, eləcə də ölkəmizin xarici ölkələrdə yeni bazarların müəyyən edilməsi baxımından hansı formada dəyərləndirmək olar?

- Son 5 ildə Azərbaycan bu forumda Prezident İlham Əliyevin iştirakı ilə təmsil olunur. Ölkəmiz bu foruma adətən müəyyən təkliflərlə gedir. Görüşlər isə ən çox Azərbaycanı maraqlandıran mövzular ətrafında baş tutur. Prezident İlham Əliyev burada dünyanın tanınmış dövlət xadimləri ilə görüşür. Forumda təkcə Azərbaycanın iqtisadi maraqları deyil, eyni zamanda, siyasi maraqlar, hansı ki, bizi daha çox narahat edən məsələlər də müzakirə olunur. Misal olaraq, bu il baş tutan forumda ölkə Prezidentinin Ukrayna və İsrailin dövlət başçıları ilə görüşündə həm iqtisadi, həm də siyasi məsələlər qorunub saxlanılması və bunu daha inkişaf etdirilməsi müzakirə olunub. Bununla yanaşı, enerji ehtiyatlarından digər ölkələrin bəhrələnməsi məsələləri də müzakirə olundu. Ölkəmizə sərmayə qoyuluşu ilə bağlı fikir mübadiləsi də aparıldı. "Ubisiqlobal" şirkətinin təsis etdiyi, İsveçrənin ən böyük bankının rəhbəri ilə də görüş keçirib. Təbii ki, bu danışıqlar heç bir nəticəsiz qalmayacaq. Ölkəmizə maraq günü gündən artır.

- Davos iqtisadi forumunun Azərbaycan iqtisadiyyatının verdiyi önəm nədən ibarətdir?

- Azərbaycan iqtisadiyyatının özünəməxsus yeni formada olan iqtisadi modeli mövcuddur. Bir neçə ildir ki, ölkəmizdə bütün makroiqtisadi göstəricilər artım templəri ilə müşahidə olunur. Azərbaycan iqtisadiyyatı bütün risklərin hesablanması baxımından həm investisiya qoyuluşu baxımından, həm inflyasiyanın aşağı templi olması baxımından müsbət göstəricidir. Azərbaycan bu iqtisadi forumda da qabaqcıl ölkələrin təcrübəsi və orada gedən proseslər bizdə dəqiq öyrənilir. Lakin yerli xüsusiyyətlərimizə uyğun şəkildə iqtisadiyyatımız qurulur. İqtisadiyyatımızın mərkəzində əsas milli və dövlətçilik maraqlarımız qorunub saxlanılır. Bununla yanaşı, ölkəmizin artıq orta gəlirli ölkələr şkalasında yüksək pilləyə namizədlər sırasında adı çəkilir.


Samirə Abdullayeva

Digər xəbərlər