PDF Oxu

Müsahibə

  • 326

“Serj Sarksiyan münaqişəni sülh yolu ilə həll etməyə hazır deyil”

“Serj Sarksiyan münaqişəni sülh yolu ilə həll etməyə hazır deyil”

Məlum olduğu kimi Ermənistan paytaxtında Avronestin konfransı keçirilib. Milli Məclisin üzvləri Azay Quliyev, Rövşən Rzayev və Fərəc Quliyevdən ibarət nümayəndə heyətimiz də beynəlxalq tədbirdə iştirak edib. SəsTV nümayəndə heyətimizin üzvü Azay Quliyevdən səfərlə baglı müsahibə alıb.

- Azay müəllim, səfəriniz Xocalı sıyırımının 20 illiyi ərəfəsində oldu. Necə çıxdınız bu psixoloju məqamdan?

- Münaqişə başlanandan indiyədək ilk dəfə idi Ermənistana gedirdim. Sözsüz ki, psixoloji durum hec də stabil deyildi. Biz ora niyə getdik? Əvvəla onu deyim ki, Avronestin ilk komitə iclası Ermənistanda təşkil olunurdu. Bu Ermənistanın təşkil etdiyi yox, Avropa İttiaqının təşkil etdiyi beynəlxalq iclas idi və ora getməməklə çox sey itirə bilərdik.

Ikinci səbəb isə o idi ki, biz həmin tədbirin tribunasını boş qoymamamlı idik. Həqiqətən, biz ora gedib Xocalı soyqrımı ərəfəsində ermənilərin üzünə deməli idik ki, sən işğalçı dövlətsən, sən beynəlxalq hüquq normalarını pozursan. Bu isə siyasi və diplomatik anlayışda bir dövlətə qarşı təhqir idi. Çünki biz bu ifadələri məhs erməni parlamentində bildirdik. Və bunu da Avropa parlamentinin nümayəndələri eşitdi.

Üçüncü səbəb isə mənəvi məsələ idi. Bir müddət əvvəl ermənilər deyirdi ki, Azərbaycan bizimlə danışığa gəlmək istəmir, digər bir tərəfdən də əgər Ermənistanın idmançısı ərazisini işğal etdiyi bir dövlərin paytaxtında yarış zamanı sərbəst gəzirsə, o zaman biz niyə ora getməkdən çəkinək. Axı torpaqlarımızı işğal edən, işğalçı onlardı. Biz də düşündük ki, biz ora getməsək onda deyəcəklər ki, Azərbaycan qorxdu, onlar mədəni millət deyil, onlarla danışmaq olmaz, bu kimi həqiqətdən uzaq sözləri bizim haqqımızda deyə bilərdilər. Bu üç amil bizə əsas verdi ki, bütün təhlükəsizlik problemlərinə baxmayaraq biz ora getdik və sözümüzü dedik.

- Bildiyimiz qədər siz hava limaninda hansı formadasa təziqlərə məruz qalmısınız?

- Bəli, bizə Moskvada dedilər ki, hava limanının rəhbərliyinə məktub göndərib və orada bizim təhlükəsizliyimizi təmin edəcəklər. Biz hava limanına catanda bildik ki, Ermənistana təhlükəsizliklə bağlı heç bir məktub göndərilməyib. Lakin biz ora gedəcəyimizi qarşımıza məqsəd qoyduğumuza görə, getdik Yerevana. Təyyarədən düşəndə saat 4 idi. Bizi heç kim qarşılamadı. Biz əslində VİP salondan çıxmalı idik. Amma təxminən 15 dəqiqə hava limanının ortasında qaldıq. Bu zaman bir erməni bizə ermənicə dedi ki, bura VİP-di o tərəfə gedin. Nəhayət biz orda nəzarət edən erməni hərbiçiyə yaxınlaşıb Azərbaycandan gələn deputatlar olduğumuzu dedik. Əvvəl o özü də çaşqınlıq içində qaldı. Tez kimləsə telefonla danışdı. Sonra bizi apardılar bir otağa, hansı ki, orada sərhəd pozuçularının saxlanıldığı bir yer idi. Nəhayət bir neçə saatdan sonra bizi xüsusi xidmət orqanlarının üzvləri ilə birgə apardılar bizim üşün ayrılan xüsusi otaqlara. Qayıdanda isə bizi protokol qaydalarına uyğun yola saldılar. Biz düşünürük ki, onlar bizi bu cür qarşılamaqla psixoloji təsir etmək, hər zaman qorxu içində saxlamaq istəyirdilər. Amma onların bu istəyi baş tutmadı.

- Parlamentdə hansı məsələlər müzakirə olunurdu. Əldə etdiyimiz kadrlardan gördük ki, iorda ciddi mübahisə yaranıb.

- Parlamentdə bir sıra məsələlər müzakirə olundu. Məsələn, vətəndaş cəmiyyəti ilə bağlı məsələ müzakirə olundu ki, burada dövlət başçımızın sərəncamı ilə QHT-lərə dəstək məqsədilə 10 milyon manat verilməsi müsbət qarşılandı. Daha sonra əməkdaşlıq məsələsinə gəldik. Biz Dağlıq Qarabağ münaqişəsinə toxunanda mikrofonlar kəsildi və fasilə elan olundu. Fikirimi izah etməyə fürsətim olmadı. Daha sonra erməni deputatlar çıxış etdilər və bildirdilər ki, biz yüksək qiymətləndiririk ki, Azərbaycanın mövqeyində artıq dəyişiklik baş verib. Bu dəyişiklikdə ondan ibarətdir ki, artıq Azərbaycan digər ölkələrlə olduğu kimi Ermənistanla da ikitərəfli əməkdaşlıq etməyə hazırdır. Bu əməkdaşlıqlar həm iqtisadi, həm sosial, həm də mədəni sahələrdədir.

Erməni nümayəndə heyətinin rəhbəri Vahan Ovanisyan təklif etdi ki, gələcək əməkdaşlıqlarla bağlı hesabat hazırlayaq. Amma bu zaman biz başa düşdük ki, bunlar mənim yarımçıq fikirimi düzgün qiymətləndirmirlər. Və bunu əllərində əsas tuturlar. Bu vəziyyətdə mən yenidən söz istədim və onlara bildirdim ki, əgər söhbət hər hansı regional layihələrdən gedirsə, bu mümkündür. Amma söhbət Ermənistan-Azərbaycan əməkdaşlığından gedirsə bu, mümkün deyil. Çünki ortada münaqişə var. Ermənistan Azərbaycanın 20 % torpaqlarını işğal edib. 1 milyondan artıq qaçqın və məcburi köçkün var. Onlar ilk əvvəl öz yerlərinə qayıtmalıdırlar. Xüsusilə vurğuladım ki, Qarabağ problemi ilə əlaqədar BMT-nin Təhllükəsizlik Şurasının qəbil etdiyi 4 qətnamə var ki, onların da heç biri yerinə yetirilməyib.

Nəhayət, Dağlıq Qarabağda yaşayan icmaların görüşü artıq neçə dəfədir baş tutmur. Bu fikirlərimdən sonra orda ajiotaj yarandı və onlar etiraz etməyə başladılar. Hətta, erməni deputatlardan biri çıxışı zamanı bizi açıq şəkildə təhdit edərək bildirdi ki, əgər siz bu ölkədə qonaq olmasaydınız biz sizə başqa çür cavab verərdik. Bizim nümayəndə heyətinin üzvləri Fərəc Quliyev, Rövşən Rzayev və Vüqar Məmmədov çox fəal şəkildə iştirak etdilər. Rövşən Rzayev orda gender bərabərliyi, viza mövzusunda çıxış etdi. Mən yoxsulluqla bağlı mövzuya toxundum ki, əgər Azərbaycanda 2001-ci ildə 49% yoxsul insan var idisə, 2011-ci ildə 7,6%-ə enib. Bu isə Azərbaycanın inkişafının nəticəsidir. Hazırda Ermənistanda rəsmi sənədlərə əsasən yoxsulluğun səviyyəsi 36%-dir.

Daha sonra parlamentdə növbəti insident yarandı. Vüqar Məmmədov bizə bildirdi ki, iclasın keçirildiyi salonda Dağlıq Qarabağ nümayəndələri üçün də ayrıca yer ayrılıb və oradan lövhə asılıb. Bu isə o deməkdir ki, ermənilər qondarma qurumun üzvlərinə də status veriblər və müstəqil dövlətin nümayəndəsi kimi burada təmsil olunmaq istəyirlər. Biz bunu əvvəlcə sakit şəraitdə həll etməyə çalışdıq, amma görəndə ki, onlar bunu ləğv etmədilər, o zaman biz öz çıxış edərək etirazımızı bildirdik. Təxninən yarım saat gərgin mübhisələrdən sonra nəhayət bu lövhəni yığışdıra bildik.

- Sarksyanla görüşdə iştirak etdiniz. Burda əsasən hansı məsələlər müzakirə edilirdi?

- Sarkisyanla görüşdə Litvadan olan deputat ortaya bir sual qoydu. Deyin görək təxminən öz yurdlarından didərgin düşmüş 1 milyon azərbaycanlının hüquqları nə zaman qorunacaq. Bu zaman polemikalar başladı. Sarksyan isə sualdan tamamilə yayındı. Dedi ki, Dağlıq Qarabağın statusu müəyyənləşib, ona status verilməsə azərbaycanlıların ora qayıtması mümkün deyil. Mən isə çıxışımı onunla başladım ki, mən Sisyanda anadan olmuşam və bu gün öz yaxınlarımın qəbrini ziyarət edə bilmirəm. Mənim kimi 1 milyon insan var. Bu insan hüquqlarının pozulması deyilmi? Ikinci sualım isə bu oldu ki, danışıqlar prosesini 20 ildə gözləyirik, bir nəticə vermir. Bizim qaçqınlarımız nə qədər gözləməlidir? Niyə danışıqlara gəib bu münaqişəni həll etmirsiniz? O isə cavabında dolayısı ilə bildirdi ki, əslində siz bizdən İrəvanı da istəyirsiz. Və bilmirsizmi ki, bu bizim əzəli torpaqlarımızdır? Bundan başqa siz bayaqdan icma deyirsiz axı siz niyə başa düşmürsüz ki, icma yoxdur. Dağlıq Qarabağ müstəqildir. Hər hansı bir icmadan söhbət gedə bilməz.

Bütün bu danışıqlardan o nəticəyə gəldim ki, Sarkisyan münaqişənin sülh yolu ilə həllinə hazır deyil. Onun bu mövqeyi elə 20 il bundan əvvəlki mövqedir.

- Jurnalistlərin münasibəti neçə idi, Onları daha çox hansı sual maraqlandırırdı?

- Biz Bakıda olanda bilmişdik ki, proqram çərçivəsində Avronest nümayəndə heyyətinin qondarma erməni soyqrımı abidəsini ziyarət edilməsi də tədbirlər planına salınıb. Lakin biz orda iştirak etmədik. Daha sonra jurnalistlərlə görüş zamanı onlar bizim bu addımımızı baykot kimi qiymətləndirdi. Sualalrıda bununla baglı oldu. Bir neçə jurnalist bu sualı bizə təkrar-təkrar verirdi. Biz isə suallarını bilərəkdən cavablandırmadıq. Düşündük ki, deyəcəyimiz hər hansı bir fikiri təhrif edib yaza bilərlər.

- Səfər çərçivəsində sizə şəhəri gəzmək imkanı yaradıldımı?

- Xeyr, bizi xüsusi mühafizə xidməti aparıb gətirirdi. Yalnız görüşlərə gedən zaman şəhərə maşından baxa bildik.

- Siz özünüz də Qərbi Azərbaycanda doğulub böyümüsüz, ora yenidən qayıtmaq, oraları görmək sizdə hansı təəssürat yaratdı?

- Mən oranı az xatırlayırdım və ora gedəndə fikirləşirdim ki, görəsən necə bir şəhərdir. Gördüyüm mənzərələr isə heç də ürəkaçan olmadı. Təsəvvür edin ki, son illərdə bu şəhərdə heç bir inkişaf getməyib. Elə Sovet vaxtında tikilən binalar necə varsa, eləcə də qalıb. Hətta bir çoxu erroziyaya da uğrayıb.


İlahə Vəliyeva

Digər xəbərlər