PDF Oxu

Müsahibə

  • 1 408

Sahibkarlığın inkişafı istiqamətində atılan addımlar ölkənin davamlı inkişafına yönəlmiş sistemli və ardıcıl fəaliyyət konsepsiyasıdır

Sahibkarlığın inkişafı istiqamətində atılan addımlar ölkənin davamlı inkişafına yönəlmiş sistemli və ardıcıl fəaliyyət konsepsiyasıdır

- Məmməd müəllim, məlum olduğu kimi Azərbaycanda sahibkarlığın inkişafına xüsusi dövlət qayğısı mövcuddur. Bu amil bütövlükdə ölkə sahibkarlarının fəaliyyətinə nə dərəcədə təsir göstərir?

- Azərbaycanda müasir milli sahibkarlığın inkişafı bilavasitə 1993-cü ilin ortalarından başlamışdır.

Həmin dövdə ümümilli lider H.Əliyev demokratik həyat tərzinin diqtə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın yeni dövr üçün prioritetlərini müəyyənləşdirmiş və ölkənin iqtisadi siyasətinin təməlini qoymuşdur.

Ölkə iqtisadiyyatının sürətli inkişafında özünə məxsus rolu olan, sahibkarlıq fəaliyyətinin genişlənməsinə dəstək verən Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkə Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı sahəsində müəyyənləşdirdiyi strategiyanın uğurla həyata keçirilməsinə öz töhvəsini verir.

Ümumiyyətlə, Azərbaycanın bazar iqtisadiyyatına keçidlə bağlı ilkin təcrübəsi göstərdi ki, sahibkarlığın, özəl sektorun inkişafına normal şərait yaratmadan iqtisadi yüksəlişi təmin etmək, əhalinin məsğulluğunu təmin etmək, infrastrukturu yeniləşdirmək, sosial məsələlərin həllinə nail olmaq mümkün deyildir. Sahibkarlar Konfederasiyası olaraq bunları dərk edir, ölkənin davamlı inkişafını təmin edəcək yeni iqtisadi siyasətin həyata keçirilməsində və bununla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak etməyə çalışırıq.

Dövlət rəhbərinin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf mərhələsinə qədəm qoymuş, sahibkarlığın inkişafına diqqət daha da artırılmışdır.Kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi mexanizmləri daha da təkmilləşdirilmiş, iş adamlarının fəaliyyətinə yersiz mudaxilələrin qarşısının alınması, bu sahədə inkişafa mane olan problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılmışdır.Regionlarda mühüm infrastruktur layihələrinin həyata keçirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı"nın təsdiqlənməsi, bir pəncərə prinsipinin tətbiqi ilə biznes subyektlərinin qeydiyyat və lisenziya sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin yaradılması və digər tədbirlər bu istiqamətdə atılmış ciddi addımlardır.

Sahibkarlığa dövlət dəstəyinin bariz nümünəsi kimi, 28 fevral 2012-ci il tarixdə "Bakı Ekspo" Mərkəzində "Azərbaycan Respublikası Regionlarının 2009-2013 illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının ücüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin cıxışını qeyd etmək olar. O qeyd etdi ki, "Azərbaycan dövləti sahibkarlara siyasi dəstəkdən başqa iqtisadi dəstək də verir. Ölkəmizin inkişafı, sahibkarlığın inkişafından asılıdır."

Dövlət başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar da ölkənin davamlı inkişafına yönəlmiş sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı keçid iqtisadiyyatlı ölkələrin siyasi, sosial-iqtisadi sisteminin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayan sahibkarlığın inkişafı, orta təbəqənin formalaşması, aparılan inkişaf prosesində bir harmoniya yaradır.

Azərbaycanda sahibkarlığı inkişaf etdirən amillərdən biri də regionlarda rəqabət qabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən, müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılmasıdır. Regionlarda istehsal olunan bir cox məhsullarımız artıq Avropa və Amerika bazarlarına da ixrac olunur ki, bu da bütövlükdə ixrac payında qeyri-neft məhsullarının payını artırır. İxrac yönümlü məhsul istehsal edən müəssisələrə dövlət dəstəyinin genişləndirilməsi və ixrac imkanlarının artırılması istiqamətində işlər davam etdirilir.

Kecən dövr ərzində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, özəl sektora dövlət dəstəyinin artırılması, sahibkarların hüqülarının müdafiəsi və əsassız müdaxilələrin aradan qaldırılması istiqamətində işlər davam etdirilmiş, aparılan yoxlamaların vahid məlumat reyestri yaradılmışdır. Elektron xidmətlərin genişləndirilməsi cərcivəsində cənab Pezidentin imzaladığı fərmana uyğun olaraq fiziki şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyata alınması sisteminə başlanması nəticəsində onların vergi orqanında qeydiyyatına sərf olunan vaxt 3 gündən bir necə dəqiqəyə qədər endirilmişdir. Bunula yanaşı, icazələrə dair yaradılan internet portalı icazə xarakterli sənədlər və onların alınması prosedurları, təqdim edilməli sənədlər, icazənin verilmə müddətinə dair bütün məlumatları vahid mənbədən əldə etmək imkanı yaradacaqdır.

Güzəştli kreditlərin istifadəsi qaydalarına edilmiş dəyişikliklər iri və uzunmüddətli investisiya layihələrinin, həmcinin kicik sahibkarlığın güzəştli şərtlərlə maliyyələşdirilməsi imkanlarını artırmışdır.

Görülmüş işlərin ən əsası isə, neftin satışından əldə edilən ğəlirlərin qeyri-neft sektoruna istiqamətləndirilməsi, nəticədə milli iqtisadiyyatımızın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafına nail olunması ücün ardıcıl işin aparılmasıdır.

- Azərbaycan Cənubi Qafqaz bölgəsinin lider dövləti olaraq sürətlə Avroatlantik məkana inteqrasiya olunur. Bu mənada Azərbaycan sahibkarlarının, konkret olaraq rəhbərlik etdiyiniz Konfederasiyanın beynəlxalq əlaqələri haqqında nə deyə bilərsiniz?

- Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sahibkarlarla, dövlət orqanları ilə, yerli qurumlarla birgə işi ilə yanaşı, beynənxalq qurumlarla o cümlədən Beynəlxalq işəgötürənlər Təşkilatında, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresində üzvlüyü davam etdirməklə, respublikada fəaliyyət göstərən bir çox dövlətlərin və Azərbaycanın xaricdəki səfirlikləri ilə, beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirilmişdir.

Yerli sahibkarların potensial imkanlarının reallaşdırılmasına dəstək və biznesin müasir formalarının təşviq edilməsi, xarici əlaqələrin genişləndirilməsi məqsədilə 2011-ci il ərzində ölkə Sahibkarlarının iştirakı ilə Azərbaycanda 91, xarici ölkələrdə 99 biznes forum və konfrans, eləcə də Özbəkistanın Daşkənd şəhərində xaricdə ilk dəfə olaraq milli sərgi təşkil olunmuşdur. Qeyri-neft məhsullarının satış bazarlarının genişləndirilməsi məqsədi ilə Amerika, Avropa, Yaxın Şərq ölkələrində, Rusiyada kecirilmiş sərgilərdə Azərbaycan Sahibkarlarının iştirakı təmin edilmişdir.

Kecən müddət ətzində Konfederasiya beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Birliyinin Komissiyaları və təşkilatları ilə, Qara Dəniz iqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası ilə əməkdaşlığı daha da genişləndirmişdir.

2011-ci ildə Türkiyə, Qazaxstan, Azərbaycan və Qırğızıstanın daxil olduğu Türkdilli ölkə rəhbərlərinin Astanada keçirilən zirvə görüşü cərcivəsində həmin ölkələrin Əməkdaşlıq Şurası yaradılmışdır. Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Şurada və onun işçi qruplarında Azərbaycanı özəl sektor adından təmsil edir.

Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının Baş katibi, səfir Xəlil Akıncı Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında görüş keçirmiş, həmçinin Azərbaycan Milli Qeyri Hökümət Təşkilatları Forumu, Türkiyənin Diş Ekonomik ilişkileri kurulu (DEİK), Özbəkistanın Ticaret Sənaye, Auditorlar, Fransa-Azərbaycan ticarət palataları, İteka Caspian MMC, Azərbaycan Banklar assosasiyası, Polşa, Latviya, Litva işəgötürənlər konfederasiyaları, Azərbaycan Mikromaliyyə,Gürcüstan işəgötürənlər və Gəncə şəhər sahibkarlar assosiasiyaları və "Marketinq Mütəxəssislər" ictimai birliyi ilə əməkdaşlıq müqavilələri imzalanmiş hazırda bu qarşılıqlı faydalı əməkdaşlıqdan hər iki tərəf bəhrələnməkdədir.

İran,Türkiyə, Küveyt, Misir, Pakistan, İtliya, Macarıstan, Rusiya, Yunanıstan, Almaniya, Çin, İsveçrə, Mərakeş, Belarus, Hindistan, Fransa, ABŞ, Koreya və digər ölkələrin səfirliklərinin keçirdikləri tədbirlərdə Konfederasiyanın nümayəndələri iştrak etmiş, Azərbaycan sahibkarları ilə bu ölkələrdə çalışan sahibkarlar arasında işbirliyi qurulması və inkişaf etməsi üçün tədbirlər görülür.

- Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası vaxtaşırı olaraq sahibkarların xarici ölkələrə səfərlərini təşkil edir. Eyni zamanda, müxtəlif tədbirlərin təşəbbüsçüsü rolunda cıxış edir. Yaxın gələcəkdə bu istiqamətdə yeni addimların atılması nəzərdə tutulurmu?

- Konfederasiya ölkə xaricində təşkil olunan biznes-forumlarda təmsil olmaqla yanası İqtisadi İnkişaf Nazirliyinin Bakı şəhərində, Quba, Xaçmaz, Göyçay, Gəncə-Qazax və Şəki-Zaqatala bölgələrində keçirdiyi tədbirlərdə yaxından iştirak etmiş, eyni zamanda əcnəbi və azərbaycanlı iş adamlarının iştirakı ilə daxili biznes-forumların təşkilində iştirak etmişdir.

2011-ci il ərzində Konfederasiya tərəfindən sahibkarların istər respublika daxilində, istərsə də xaricdəki sərgilərdə iştirakına köməklik edilmişdir. Konfederasiyanın əməkdaşları və üzvlərimizin bir qrupu Türkiyənin Bakıda "İstanbul Fashion" sərgisində Almaniyada keçirilən ənənəvi Yaşıl həftə və işlənmiş avadanlıqlar sərgilərində, 6-cı beynəlxalq "Xəzər Bank və Maliyyə" konfrans və sərgisində, "Qida sənayesi",Avtoşou, Turizm və səyahət, Səhiyyə, MDB-nın 20 illiyi, Beynəlxalq sənaye sərgilərində, Almaniya, Türkiyə və Yunanıstanda keçirilən sərgilərdə, habelə 17-ci beynəlxalq "Neft və Qaz" Caspian Aqro 2010 III beynəlxalq kənd təsərrüfatı və ərzaq, 4-cü təhsil və karyera, 16-cı tikinti Sənaye və Özbəkistanda Azərbaycanın Milli sərgisində iştirak etmişdir. Konfederasiyaya Bakı şəhərində kecirilən 17-ci beynəlxalq "Neft və Qaz" sərgisində iştirakçı olmaqla, bizim pavilyon çox maraqla qarşılanmışdir.

Konfederasiya 2011-ci il ərzində beynəlxalq əlaqələrini xeyli genişləndirmişdir. Bu dövrdə Konfederasiyanın əməkdaşları Rusiya, Gürcüstan, Türkiyə, Bolqarıstan və digər ölkələrə səfər etməklə 4 dəfə "Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi"-nin kecirdiyi tədbirlərdə iclasında, "Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqın"-ın Qurultayında iştirak etmişdir.

Polşa və Ukraynanın sahibkarlar təşkilatlarının kecirdiyi yubiley tədbirlərində və qurultaylarında iştirakımız tərəfdaşlarımız tərəfindən rəğbətlə qarşılanmışdır. Eyni zamanda tədbirdə iştirak etməklə həmkarlarımızın qabaqcıl təcrübəsindən bəhrələnmişik.

ASK-nın təklifi ilə Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin 2011-ci ildəki illik Şura iclası oktyabr ayının 6-da Bakı şəhərində keçirilmiş, bu tədbirdə Biznes və Hakimiyyət mövzusunda beynəlxalq konfransın da keçirilməsini qeyd etmək lazımdır. Tədbirdə 25 ölkədən 100-dən yuxarı yüksək səviyyəli iş adamları və hakimiyyət orqanlarının nümayəndələri iştirak etmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Respublikanın Baş naziri Artur Rasi-zadə tədbir iştirakçılarının bir qrupunu qəbul etmişdir.

- Bildiyiniz kimi ölkəmizdə investisiya qoyuluşu ilbəil artmaqdadir. Bu prosesdə sahibkarların da öz payı var. Diqqətcəkən məqamlardan biri odur ki, Azərbaycan sahibkarları tərəfindən xarici ölkələrin iqtisadiyyatına da sərmayə qoyuluşu artır. Bu uğuru hansı amillərlə izah edərdiniz?

- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial - iqtisadi inkşafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı cıxışında qeyd etmişdir ki, "Azərbaycanda sahibkarlar sinifi yaradılıbdır. Onlar əldə edilən gəlirlərin bir hissəsini yeni müəssisələrə yönəldirlər. 2011-ci ildə qoyulmuş 20 milyard dollar investisiyadan 13 milyard dolları Azərbaycan Dövlətinin, 7 milyard dolları isə xarici investorların vəsaiti olduğunu nəzərə alsaq 4-5 ildən sonra bizə əlavə xarici bazarlar lazım olacaqdır." Əsasən neft və qaz ehtiyatına görə əcnəbi investorları özünə cəlb edən Azərbaycan tədricən özü analoji funksiyanı yerinə yetirməyə başlamaqdadır. Bildiyiniz kimi, "Azərbaycan Respublikası Regionlarının 2009-2013 illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının birinci mərhələsi biznes imkanlarının genişlənməsinə, sənaye potensialının formalaşmasına yönəlmişdir.

Azərbaycanın inkişaf etmiş dünya ölkələrinə siyasi inteqrasiyası, bilavasitə iqtisadi inteqrasiyadan asılıdır.

Azərbaycanda istehsal olunan mal və materialların, xüsusən də qeyri neft sektoruna aid olan sənaye və kənd təsərrüfatı mallarının dünya bazarına çıxarılması üçün mövcud beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə, yeni əlaqələrin qurulmasına Konfederasiya cox böyük önəm verir.

Digər xəbərlər