PDF Oxu

Müsahibə

  • 233

Dağlıq Qarabağ münaqişəsi - Soçi görüşündən sonra nə dəyişib?

Dağlıq Qarabağ münaqişəsi - Soçi görüşündən sonra nə dəyişib?

- Elşən müəllim, Soçi görüşündən sonra, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nə dəyişib?

- Rusiyanın təşəbbüsü ilə bu ilin yanvar ayında keçirilən Azərbaycan və Ermənistan prezidentinin Soçi görüşündə Ermənistan tərəfinin növbəti dəfə qeyri-konstruktiv mövqe sərgiləməsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlarda Azərbaycan tərəfini qane edə biləcək hər hansı bir ciddi uğurun əldə edilməsinə növbəti dəfə mane oldu. Yəni keçirilən Soçi görüşündə bundan əvvəlki görüşlərdən, xüsusilə də, ATƏT-in təklif etdiyi Madrid prinsipləri çərçivəsində münaqişənin tənzimlənməsi üçün tərəflərin bu və ya digər mənada razılığa gələcəyi hesab olunurdu. Amma növbəti dəfə bu, baş vermədi. Eyni zamanda, Soçi görüşü Rusiyanın keçmiş prezidenti olan Dmitri Medvedevin aparılan bu danışıqlarda vasitəçilik qismində iştirakı baxımından sonuncu cəhdləri idi. Bildiyiniz kimi, Dmitri Medvedevin təşəbbüsü ilə bir neçə dəfə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirildi. Amma keçirilən bu görüşlərdə həm Ermənistanın qeyri-konstruktiv mövqeyi, digər tərəfdən isə ATƏT-in Minsk Qrupunda təmsil olunan həmsədr dövlətlərin bütün hallarda ikili standartlardan çıxış etməsi bu münaqişənin həlli ilə bağlı məsələlərdə ədalətli bir qərarın əldə edilməsinə ciddi şəkildə mane olur. Ona görə də, sözügedən münaqişənin həlli ilə bağlı olaraq, ATƏT-in Minsk Qrupunun formatında ciddi şəkildə dəyişikliklər olmalıdır. Çünki bu format belə bir qurumda saxlanılana qədər güman etmirəm ki, münaqişənin tənzimlənməsi istiqamətində ciddi bir uğurlara imza ata bilək. Bu baxımdan, ATƏT-in Minsk Qrupunun formatında ciddi dəyişiklik olunmasa, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ciddi uğurlara imza atmaq mümkün olmayacaq.


- Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində "Xalq Diplomatiyası"nın hər hansı bir rolu ola bilər?

- Ola bilsin ki, "Xalq Diplomatiyası"nın bu kimi problemlərin həllinə nə isə müəyyən töhfə verə bilsin. Yəni "Xalq Diplomatiyası" ictimaiyyəti təmsil edən şəxslər arasında ehtimal körpüsünün bərpa edilməsi baxımından bu və ya digər mənada rol oynaya bilər. Bir sözlə, bu kimi münaqişələrin tənzimlənməsi üçün beynəlxalq hüququn imkan verdiyi bütün vasitələrdən istifadə etmək və yararlanmaq lazımdır.


GÜLYANƏ

Digər xəbərlər