PDF Oxu

Müsahibə

  • 685

Müxalifətin budəfəki arzusu da ürəyində qaldı

Müxalifətin budəfəki arzusu da ürəyində qaldı

Müsahibimiz \"Yurddaş\" partiyasının sədri Mais Səfərlidir


- Mais müəllim, dağıdıcı və pozucu müxalifətin \"Eurovision-2012\" Mahnı Müsabiqəsinin keçirildiyi zaman təxribatlar törətmək cəhdi baş tutmadı. Bu, onu deməyə əsas verirmi ki, artıq müxalifətə xaricdən də etimad tükənib?


- Bəli, demək olar ki, dağıdıcı müxalifət qüvvələrinə xaricdən etimad artıq tükənib. Bu gün dağıdıcı və pozucu müxalifəti təmsil edən qüvvələrin bu cür fəaliyyətsiz vəziyyətə düşməsi, təbii ki, sözügedən qüvvələrə xaricdən olan diqqətin azaldığını göstərir. Yəni müxalifət ölkə daxilində ictimai-siyasi proseslərə təsir edə biləcək qüvvədə deyil. Azərbaycanda \"Eurovision\" Mahnı Müsabiqəsinin keçirildiyi tədbir zamanı müxalifət qüvvələrinin atdığı yanlış addımları, təbii ki, həm ölkə, həm də beynəlxalq ictimaiyyət tərəfindən çox mənfi qarşılandı. Yəni bir mədəni tədbiri siyasiləşdirərək, ondan öz siyasi məqsədləri üçün istifadə etmək dünyanın heç bir yerində qəbul edilmir. Bir sözlə, müxalifəti təmsil edən qüvvələri dəstəkləyən Avropa dövlətlərinin bəzi çevrələri də çox məyus oldular. Bununla da dağıdıcı və pozucu müxalifət olan-qalan dəstəyini itirdi.


- Sizcə, dağıdıcı müxalifət nəyə görə, Azərbaycanda keçirilən əhəmiyyətli tədbirlər zamanı ölkədə qarışıqlıq yaratmağa cəhd göstərir?


- Müxalifət qüvvələrinin ölkəmizdə mühüm tədbirlər keçirilən zaman bir çox xoşagəlməz əməllərə əl atmaları, təbii ki, gündəmdə qalaraq diqqəti özlərinə cəlb etməklə varlıqlarını sübut etməkdən irəli gəlir. Demək olar ki, dağıdıcı və pozucu müxalifət qüvvələri bu cür hərəkətləri ilə özləri-özlərini siyasi arenadan silir. Bu baxımdan, bu kimi qüvvələr gündəmdə qalmaq üçün müxtəlif üsul və vasitələrdən istifadə etməyə çalışırlar. O cümlədən, \"Eurovision\" Mahnı Müsabiqəsinin keçirildiyi bir vaxtda öz istəklərinə çatmaqdan ötrü, çirkin məqsədlərini gerçəkləşdirməyə çalışmasıdır. Amma hər zaman olduğu kimi, bu dəfə də müxalifət qüvvələrinin bütün arzu və istəkləri daş olaraq ürəklərində qaldı. Çünki həmin qüvvələrin heç bir siyasi gücü yoxdur ki, onlar ölkədə hansısa xoşagəlməz əməlləri bilsin. Bir sözlə, dağıdıcı və pozucu müxalifət qüvvələrinin heç bir resursu yoxdur. Yəni adı çəkilən qüvvələr cəmiyyətə heç yeni bir ideya vermək gücündə deyillər. Eyni zamanda, bu kimi qüvvələrin cəmiyyət tərəfindən heç bir siyasi dəstəyi yoxdur.


GÜLYANƏ

Digər xəbərlər