PDF Oxu

Müsahibə

  • 808

Status-kvo dəyişməsə...

Status-kvo dəyişməsə...

Müsahibimiz millət vəkili Fəzail İbrahimlidir


- Fəzail müəllim, 20 ildən çoxdur ki, ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında hər hansı bir çıxış yolu tapa bilmir. Həmsədrləri ədalətsiz mövqe tutmağa vadar edən səbəb nədir?


- Demək olar ki, ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında müsbətə doğru heç bir addım ata bilmir. Bu da onların fəaliyyətsizliyindən xəbər verir. Bu günə qədər Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının arxasında bir çox siyasi maraqlar durur. Dağlıq Qarabağ məsələsində işğalçı Ermənistanın arxasında duran qüvvələr var. Demək olar ki, regionda nüfuz dairələri uğrunda tək Avropa deyil, o cümlədən, dünyanın bütün aparıcı dövlətlərinin maraqları var. Məhz bu güc mərkəzi olan dövlətlər öz maraqlarını reallaşdırmaq üçün Dağlıq Qarabağ kartından istifadə edir. Ən əsası isə işğalçı ölkə olan Ermənistanın arxasında duran siyasi güc də hər kəsə məlumdur. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsini törədən də və ərazilərimizin işğalında yardımçı olan qüvvələr də açıq şəkildə məlumdur. Ona görə də, nə qədər ki, sözügedən qüvvələr özlərinin siyasi maraqlarından imtina etməyəcəksə, sözügedən münaqişənin həlli də uzanmaqda davam edəcəkdir.


- Azərbaycan dövləti hərbi varianta əl atarsa, beynəlxalq təşkilatların və ayrı-ayrı ölkələrin buna münasibəti necə olar?


- Beynəlxalq təşkilatlar qarşısında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə imza atmışıq. Hər hansı bir məsələnin güc vasitəsi ilə həll olunmasını həm ayrı-ayrı ölkələr, həm də beynəlxalq təşkilatlar mənfi qarşılayır. Amma Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad etmək üçün konstitusion hüquqları var. Status-kvo dəyişməsə, Ermənistan işğal etdiyi torpaqları boşaltmağa məcbur ediləcək. Bununla belə dünyada münasibətlər hüquqa deyil, gücə söykəndiyi bir məqamda da Azərbaycanın öz gücündən istifadə etmək üçün kifayət qədər hüquqları və imkanları var.


- Yaxın müddət ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir müsbət addımın atılması gözləniləndimi?


- Yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbətə doğru hər hansı bir addımın atılması gözlənilən deyil. Çünki Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının arxasında duran siyasi qüvvələr, hələ ki, ortaq məxrəcə gələ bilməyiblər.


GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər