PDF Oxu

Müsahibə

  • 1 472

Müxalifət tükənib

Müxalifət tükənib

- Tahir müəllim, nəyə görə müxalifət partiya liderləri bir-birinə qarşı qısqanclıq hissi ilə yanaşır?


- Hər zaman müxalifət partiyalarında təmsil olunan liderlər bir-birinə qarşı qısqanclıq hissi ilə yanaşır və yanaşmaqdadır. Həmin liderləri ən çox sevindirən durum hansısa bir partiyanın uğursuzluğa düçar olmasıdır. Demək olar ki, sözügedən düşərgədə fəaliyyət göstərən partiyaların hamısı uğursuzluğa düçar olub. Sadəcə olaraq, onlar bu həqiqətəti görmək istəmirlər. Təbii ki, o partiyaların bu cür vəziyyətə düşməsinin ən başlıca səbəbi həmin liderlər tərəfindən aparılan səhv siyasətlə bağlıdır. Sözügedən partiyalar arasında heç bir mənəvi bağlılıq yoxdur. Bir sözlə, onların arasında liderlik ambisiyası, birinci olmaq arzusu, biri-birini alçaldaraq, aşağılamaq və onun üzərində özünü yüksəltməkdir. Yəni müxalifət liderləri bir-birinə qarşı bu cür hisslərlə yanaşdığına görə, həmin sədrlər müvəffəqiyyətə nail ola bilmirlər və bilməyəcəklər də.


- Demək olarmı ki, müxalifətin xarici qüvvələr tərəfindən olan dəstəyi tükənib?


- ABŞ-ın dövlət katibi Hillari Klintonun müxalifət düşərgəsində təmsil olunan liderlərlə görüşməməsi gözlənilən idi. Çünki Azərbaycanda fəaliyyət göstərən müxalifət qüvvələrinin hər hansı bir gücü yoxdur ki, onlar ölkəmiz üçün nə isə bir müsbətə doğru, yəni ölkəmizin xeyirinə hər hansı bir addım atsın. Nəyə görə Hillari Klinton əlindən heç bir iş gəlməyən müxalifətdən ötrü Azərbaycan dövləti ilə münasibətləri korlamalı idi? Bir sözlə, müxalifət partiyalarının xaricdən olan maddi və mənəvi dəstəyi də tükənib.


GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər