- 2012-ci ilin altı ayı arxada qalıb. Bu müddət ərzində YAP Gənclər Birliyinin həyata keçirdiyi layihələr və fəaliyyət sistemi ilə bağlı nələri deyə bilərsiniz?
Aygün Əliyeva - YAP Gənclər Birliyi ölkənin ən böyük təşkilatı olaraq gənclərin səmərəli fəaliyyətini təşkil etmək və gənclərin maariflənməsi istiqamətində altı ay ərzində bir çox layihələr həyata keçirib. Belə ki, ən uğurlu layihələrimizdən biri "Universal Gənclik" layihəsi olub. Bu layihə çərçivəsində ölkəmizin tanınmış professor və alimləri gənclərə müxtəlif mövzularda altı ay ərzində silsilə mühazirələr keçiblər. Eyni zamanda, həmin müddətdə Azərbaycan tarixində bir çox torpaqlarımızın işğalı üst-üstə düşür və o dönəmdə "Erməni cinayətləri silsiləsindən" başlığı altında müxtəlif silsilə tədbirlərimiz də, həmçinin, həyata keçib. Xocalı faciəsi və 31 mart soyqırımı ilə əlaqədar olaraq biz internet aksiyaları həyata keçirərək, Avropanın, xüsusilə də, Fransanın Senatına minlərlə email göndərərək, xalqımızın başına gətirilən faciələrlə əlaqədar olaraq, onlara informasiyalar vermişik. Eyni zamanda, bu müddət ərzində YAP Gənclər Birliyi ilk dəfə olaraq, debat təlimləri həyata keçirib, artıq bütün rayonlar üzrə debat təlimlərini başa çatdıraraq, növbəti ilin sentyabr ayında debat turniri həyata keçirməyi planlaşdırırıq. Həmçinin, Qurtuluş Günü ilə bağlı olaraq, fləşmob hazırladıq və Azərbaycan Pedaqoji Universiteti ilə birgə bir həftə ərzində "Gənclər, Heydər Əliyev irsini öyrənin" layihəsini reallaşdırdıq. Həyata keçirdiyimiz tədbirdə Azərbaycan Pedaqoji Universitetin professorları gənclərimizə bu istiqamətdə mühazirələr deyib. YAP Gənclər Birliyi layihələrini bu gün də davam etdirir və artıq bizim ən uğurlu layihələrimizdən biri "Yay Məktəbləri" layihəsini həyata keçiririk və bu istiqamətdə müvafiq işlər başlanıb.
- YAP Gənclər Birliyinin ənənəvi hal almış tədbirlərinə Yay və qış məktəbləri daxildir. Birlik hər il bu formalı tədbirləri təşkil edərək gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, şərait yaradır. Artıq bu ilki "Yay Məktəbləri" də başlamaq üzrədir. Bu ilki yay məktəblərinə nə qədər gənc cəlb olunacaq və hansı yeniliklər olacaq?
Sərraf Hüseynov- YAP Gənclər Birliyi hər il yay ərzində 4 həftə müddətində liderlik məktəbləri həyata keçirir. Əsas məqsəd isə müxtəlif istiqamətlərdə treyninqlər, seminarlar həyata keçirərək, gənclərin bilik və bacarığının inkişaf etdirilməsidir. Hər il olduğu kimi, bu il də birlik tərəfindən yay məktəbləri həyata keçiriləcək. Bu il, əsasən, iki istiqamətdə - Lerik və Oğuz istiqamətində həyata keçiriləcək. Oğuz istiqamətində yetmiş, Lerikdən isə, təxminən səksənə yaxın gənc iştirak edəcək. Bu ilki yay məktəbində ölkənin bütün regionlarını əhatə edən 600-ə yaxın gənc təmsil olunacaq. Eyni zamanda, Naxçıvandan da 50 gənc bu yay məktəblərində iştirak edəcək. Bu ilki yay məktəbinin proqramı olduqca zəngindir. Əsasən, gənclərin öz qüvvələrindən istifadə edərək, bir çox interaktiv oyunlar təşkil olunacaq, seminar və treyninqlər həyata keçiriləcək. "Azərbaycan 2020 - Gələcəyə baxış inkişaf konsepsiyası" ilə bağlı fikir mübadiləsi aparılması gözlənilir. Gənclərin özlərinin ideyalarına əsasən uğurlu ideyanın necə yayılması ilə bağlı müxtəlif mühazirələr oxunacaq. Eyni zamanda, gənclərin siyasi düşüncələrini inkişaf etdirilərək , regionda baş verən bir çox problemlərin həlli istiqamətində gənclərin fikirləri əsas götürüləcək. Həmçinin, müxtəlif idman və interaktiv oyunlar təşkil olunacaq. Bu ilki yay məktəbi ötən ilkinə nisbətən daha uğurlu olaraq, gənclərin daha böyük aktivliyinə səbəb olmalıdır. Ötən ilki yay məktəblərində bir çox müasir düşüncəli gənc partiyamızın sıralarına üzv olub. Bu ilin də əvvəlki illərə nisbətən uğurlu olacağına və müasir fikirli gənclərin partiyamızın sıralarına daxil olacağına inanırıq.
- İstərdik ki, YAP Gənclər Birliyinin beynəlxalq əlaqələrinə də toxunaq. Siz digər ölkələrin iqtidar partiyaları ilə əlaqələriniz hansı formadadır və hansı yeni layihələr həyata keçirirsiz?
Aygün Əliyeva - YAP ölkənin iqtidar təşkilatı olaraq, beynəlxalq əlaqələrə xüsusi önəm verir. Təbii ki, müasir dünyada yaşayarıqsa və gələcəyin siyasətçiləriyiksə, gələcək üçün zəmini indidən yaratmalıyıq. Bu gün biz digər ölkələrin iqtidar gənclər təşkilatları ilə sıx əməkdaşlıq edirik. Xüsusilə də, regionlarda yerləşən (məsələn, Gürcüstan gəncləri ilə ) gənclər birliyi ilə xüsusi əlaqələrimiz var. Xatırlayırsınızsa, YAP Gənclər Birliyinin dəvəti ilə Rumuniyanın "Mandinqa" qrupu Azərbaycana qonaq kimi təşrif buyurmuşdu. Həmçinin, dünən biz iki ölkənin iqtidar gənclər təşkilatı ilə görüşdük. Macarıstanın və Qazaxıstanın gənclər təşkilatının sədrləri ilə görüşdük. İkitərəfli söhbətlər zamanı onlar bizi öz ölkələrinə dəvət etdilər. Biz ilin sonunda hər iki ölkəyə nümayəndə heyəti ilə səfər nəzərdə tuturuq. Gənclər birliyinin sədri Seymur müəllimin dəvəti ilə onlar da bizim yay məktəblərində dəvət olunacaqlar.
Biz beynəlxalq əlaqələrimizi daha da inkişaf etdirmək üçün yaxın gələcəkdə Beynəlxalq Yay Məktəbini təşkil etməyi nəzərdə tuturuq və bu məktəbin də azərbaycanlı iqtidar gənclər olmaqla bərabər, bütün ölkələrin də iqtidar gəncləri təmsil olunacaqlar.
- Qarşıdakı 6 ay ərzində YAP Gənclər Birliyi hansı proqramları planlaşdırır?
Sərraf Hüseynov - Ümumiyyətlə, YAP Gənclər Birliyi ofis fəaliyyəti başladıqdan sonra, fəaliyyət proqramları qəbul olunur. Həmin fəaliyyət proqramlarına uyğun olaraq müxtəlif layihələr həyata keçirib. Bizim bu ilin sonuna qədər olan fəaliyyət proqramı artıq məlumdur və biz növbəti 6 ay ərzində əsasən həm ölkəmizdə ictimai-siyasi baxımdan əhəmiyyətli olan tədbirləri dəstəkləmək həm də gənclərin və öz yeni ideyalarının həyata keçiriməsi baxımından, müxtəlif layihələr hazırlamaq niyyətindəyik. Məsələn, Azərbaycanda 17 yaşlı qızlardan ibarət futbol komandaları arasında dunya kuboku uğrunda futbol çempionatı keçiriləcəkdir. Artıq bu barədə AFFA ilə razılıq əldə edilib, təşkilati dəstək kimi biz də öz köməkliyimizi göstərəcəyik.
Bundan əlavə, yaxın vaxtlara Neft Şirkətinin ekologiya idarəsi ilə birlikdə 1 illik tədbirlər planı qəbul etmişik və həmin tədbirlər planına uyğun olaraq, növbəti 6 ayda 2013-cü ilin ilk ayında da görəcəyimiz işlər, atacağımız addımlar qətiləşdirilib və vaxtı da dəqiqləşdirilib.
Artıq biz o işlərin icrası ilə bağlı müxtəlif məsləhətləşmələr aparırıq. Bu ilin son 6 ayı ərzində ən böyük layihələrdən biri də bu olacaq ki, məhs YAP-ın dəvəti ilə Asiya ölkələrinin və bir çox Avropa ölkələrinin gənclər təşkilatlarının da Azərbaycanda böyük forumu keçiriləcək. Forumun payız aylarında keçirilməsi nəzərdə tutulmuşdur. Forumun keçirilməsi Azərbaycan gənclər birliyinin nüfuzunu ölkədə daha da artıracaq, həmçinin də, beynəlxalq aləmdə daha da güclənməsinə kömək edəcəkdir.
Mənzər