PDF Oxu

Müsahibə

  • 999

"ASALA"-nın terror hədəsi həm də NATO-ya ünvanlanmış hədədir

Elman Nəsirli: "ASALA" erməni terror təşkilatının azərbaycanlıları terror hədələri ilə hədələməsi NATO-nun baş katibi Anders Foq Rasmussenlə danışıqlar predmenti olacaq"

"ASALA"-nın terror hədəsi həm də NATO-ya ünvanlanmış hədədir

Müsahibimiz siyasi elmlər doktoru, politoloq Elman Nəsirlidir

- Elman müəllim, "ASALA" erməni terror təşkilatı növbəti dəfə hədələyəci bəyanat yayaraq azərbaycanlı və türk diplomatlarına qarşı total terror aktlarını həyata keçirəcəyini bəyan edib. Demək olarmı hədələyici bəyanatın arxasında Ermənistan dövləti, konkret desək, Serj Sarkisyan rejimi dayanır?

- Hər kəs çox gözəl bilir ki, Ermənistandaki siyasi rejimin narkotiklərin qeyri-qanuni dövrüyəsi ilə məşğul olur. Dağlıq Qarabağ ərazisi də nəzarətsiz zonadır. Narkotiklərdən əldə edilən gəliri isə terrorizmə maliyyələşdirilməsinə sərf edildiyi də xüsusi sübut etməyə ehtiyac yoxdur. Ermənistandaki bugünki siyasi rejim, yəni Serj Sarkisyan rejimi həm narkobizneslə məşğuldur, həm də ki, terrorizmə bu narkotiklərdən gələn gəlirlərdən maliyyələşdirən bir rejimdir. Terrorizmi dövlət səviyyəsinə qaldıran bir rejimin beynəlxalq terror təşkilatı olan "ASALA" ilə əlaqələrinin olması və əslində, elə "ASALA" maliyyələşdirməsini heç kəsdə şübhə doğurmamalıdır. "ASALA"-nın özü beynəlxalq terror təşkilatı olduğu halda, bu təşkilata qarşı indiyə kimi beynəlxalq birliyin lazımı təzyiqi və təhdidi olmayıb. Demək olar ki, bu cəzasızlıq rejimi də nəticə etibarı ilə "ASALA"-nı belə anormal bəyanatlar verməyə gətirib çıxarıb. Bu gün "ASALA" Azərbaycan və türk diplomatlarını terrorizmilə hədələməkdədir. Bu gün işğalçı ölkə olan Ermənistanda siyasi rejim Ramil Səfərovun azadlığa buraxılmasına cavab olaraq, total terrorizm siyasətini dəstəkləyir. S.Sarkisyan rejimi ünvan kimi "ASALA"-ya müraciət edir. Bütün bunların hamısı bir daha onu sübüt edir ki, bu gün Azərbaycan dövləti, əslində, təkcə işğalçı dövlətlə, eyni zamanda, beynəlxalq terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran bir rejim və hakimiyyətlə üz-üzə dayanıb. Bir sözlə, Ermənistan məhz terrorcu dövlətdir. Əks halda istinad nöqtəsi kimi "ASALA"-ya belə müraciət olmazdı. "ASALA" da beynəlxalq ictimaiyyətin gözü qarşısında bu cür açıq-aşkar şəkildə total terrorizmə keçəcəyini bəyan etməzdi. Təəssüflər olsun ki, hələ də, beynəlxalq birlik bu məsələlərdə yaxşı terrorçu və pis terrorçu yanaşmasından çıxış edib bu cür bəyanatlara münasibətdə adekvat reaksiya göstərmir. Nəticədə isə, Cənubi Qafqaz bu gün əsas münaqişə zonalarından biri olaraq qalır. Əgər dünya birliyi və beynəlxalq təşkilatlar "ASALA"-ya münasibətdə belə kənar müşahidəçi qismində dayanacaqlarsa və terrorçu təşkilatın bəyanatlarına qarşı sərt tədbirlər görməyəcəklərsə, təəssüflər olsun ki, bu gərginlik ocağı bundan sonrada davam edəcəkdir.

- NATO-nun baş katibi Anders Foq Rasmussenin Azərbaycanda səfəri zamanı dövlət rəsmiləri "ASALA" erməni terror təşkilatının azərbaycanlıları terrorla hədələməsi barədə bəyanatını hər hansı bir formada münasibət bildirməsi üçün müraciət edə bilərmi?

- Əlbəttə ki, bu imkan var. Bir çox hallarda, yəni qapalı danışıqlar prosesində öz mövqelərini bildirirlər. Demək olar ki, "ASALA" erməni terror təşkilatının azərbaycanlıları terror hədələri ilə hədələməsi barədə bəyanatlar yayması çox ciddi təhtiddir. Bunu sıradan olan bir təşkilat yox, beynəlxalq terrorizmin tərkib hissəsi olan və onun əsas həlqələrindən biri olan "ASALA" bildirib. Bildiyiniz kimi, terrorçular cinayəti etdikdən sonra da, etiraf edirlər ki, yəni "biz bu cinayəti etmişik". Bu gün "ASALA" da məhz həmin bu siyasəti həyata keçirir. Yəni bəyanat verir və terror aksiyasını həyata keçirdikdən sonra onu etiraf edirlər ki, "onu biz etmişik". Anders Foq Rasmussen NATO kimi nəhəng hərbi-siyasi təşkilatın rəhbəridir. NATO-nun müasir dövürdə fəaliyyətində əsas istiqamətlərdən biri beynəlxalq terrorizmə qarşı mübarizədir. Məhz bu məqsədlədə NATO Əfqanistanda hələ də öz fəaliyyətini həyata keçirir. Belə olan təqdirdə, NATO rəhbərinin Cənubi Qafqaza səfəri zamanı, yəni həmin ərəfədə Ermənistanda "ASALA" beynəlxalq təşkilatının belə terrorçu beyanatlarla çıxış etməsi həm də NATO-ya qarşı ünvanlanmış bir təzyiq və təhdid kimi qiymətləndirilməlidir. NATO-nun baş katibi Anders Foq Rasmussen bu məsələ ilə bağlı mövqe bildirməlidir. Çünki bu təkcə Azərbaycana olan təhdid deyil, yəni beynəlxalq terrorizmin hədəfində bir dövlət dayanmır, o, qlobal və geniş miqyaslıdır. Demək olar ki, "ASALA"-nın terror hədəsi həm də NATO-ya ünvanlanmış bir hədədir. Ona görə də, hesab edirəm ki, "ASALA" erməni terror təşkilatının azərbaycanlıları terrorla hədələməsi NATO-nun baş katibi Anders Foq Rasmussenlə danışıqlar predmenti olacaq.

GÜLYANƏ

Digər xəbərlər