Müsahibimiz millət vəkili Aydın Mirzəzadədir
- Aydın müəllim, məlumdur ki, son vaxtlar Ermənistanın Azərbaycana qarşı təcavüzü artıq terror təşkilatları tərəfindən də geniş şəkildə nümayiş olunmaqdadır. Xüsusilə, zabitimiz Ramil Səfərovun ekstradisiyası və əfvindən sonra ASALA terror təşkilatı "ölüm hökmləri" çıxarmağa başlayıb. Sizcə, bu kimi terror təhdidlərinin arxasında işğalçılıq siyasəti yürüdən Ermənistan hakimiyyətinin rolu nə qədərdir?
- Terror təşkilatlarının əvvəllər də Ermənistanla bağlı olduqları şübhə doğurmurdu. Çünki dəfələrlə Avropada terror fəaliyyətinə görə həbs edilmiş erməni əsirli insanlar sonradan Ermənistna ekstradisya edilib, onlara vətəndaşlıq verilib, hətta az qala "milli qəhrəman" elan edilirdi. Ramil Səfərov məsələsindən sonra isə, yenidən Serj Sarkisyanın və onun ətrafının bəyinatlarından bir gün sonra Azərbaycanın Macarıstandakı səfirliyinə ASALA terror təşkilatı adından hədə məktubu gəldi. Bunun özü göstərir ki, Ermənistan hakimiyyəti ASALA terror təşkilatı ilə sıx bağlıdır. Enyi zamanda, bunun bir mənbədən idarə edildiyi və bir məqsədə xidmət etdiyi heç kəsdə bir şübhə doğurmur. Ancaq ASALA-nın bu hədəfinə erməni tərəfi və eləcə də, Ermənistanın xaricdəki nümayəndələri tərəfindən hər hansı bir reaksiya verilmədi. Bu isə, bir daha göstərir ki, həmin o hədəf Ermənistan tərəfindən istiqamətləndirilib və bunun belə olacağı əvvəldən məlum idi.
- Aydın müəllim, məlumatlara görə, Ermənistan hakimiyyəti Dağlıq Qarabağla bağlı aparılan danışıqları dayandırmaq fikrindədir. Sizcə, bu ASALA terror təşkilatının təsir göstərməsindən irəli gələ bilərmi?
- Ermənistanın Azərbaycan və Dağlıq Qarabağla bağlı danışıqlarının dayandırılması, ilk növbədə, işğalçı ölkənin özünə böyük bir zərbədir. Çünki Ermənistan torpaqları işğal etdiyini heç vaxt gizlətməyib. İndi isə, danışıqlardan çıxmaqla işğalçı ölkə beynəlxalq hüquq normalarına etinasızlıq etdiyini, hər hansı bir məsələni danışıqlar yolu ilə həll etmək arzusunda olmadığını açıq şəkildə bildirir. Eyni zamanda, onu da qeyd edim ki, Ermənnistan Dağlıq Qarabağla bağlı danışıqları dayandırmaq fikrində olmağı bəyan etməsinə baxmayaraq, danışıqlardan geri çəkilməyəcək. Çünki o, beynəlxalq güclərin, ilk növbədə, ATƏT-in Minsk Qrupu həmsədri olan ölkələrin bu məsələyə kəskin reaksiyasından ehtiyat edir. Dağlıq Qarabağ məsələsində isə, Ermənistanın terror təşkilatlarından istifadə etməsi birinci dəfə deyil. Torpaqlar işğal olunan ərəfədə də xaricdəki erməni diasporundan terrora meyili olan nümayəndələrindən maksimum istifadə edirdi. Dağlıq Qarabağda Azərbaycan ordusuna qarşı vuruşan erməni hərbi hissələri içərisində kifayət qədər xarici ölkə vətəndaşı olan ermənilər var idi. Amma Ermənistan bir şeyi unudur ki, artıq Azərbaycanın zəif oldduğu və Ermənistanın hələ dəstək aldığı 90-cı illərdən 20 il keçib. Bu 20 il ərzində beynəlxalq situasiya kifayət qədər dəyişib və işğalçı ölkənin Azərbaycanın gücünü nəzərə almasından başqa çıxış yolu qalmayıb.
- Əgər Ermənistan Dağlıq Qarabağla bağlı danışıqları dayandırarsa, Azərbaycan hansı addımı ata bilər?
- Bu gün Dağlıq Qavrabağ məsələsi iki ölkə çərçivəsindən çıxaraq, beynəlxalq müstəviyə çıxarılıb. Heç də təsadüfi deyildir ki, böyük dövlətlərin xarici işlər nazirlərinin görüşündə, eləcə də, xarici işlər nazirlərinin hesabatlarında Dağlıq Qarabağ məsələsi özünün əksini kifayət qədər ciddi tapır. Ermənistan bu situasiyada uduzduğunu, Azərbaycanın növbəti dəfə qələbə çaldığının fərqindədir və işğalçı dövlətin belə kəskin reaksiya verməkdən başqa çıxış yolu qalmır. Onun danışıqlardan geri çəkilməsi real görünmür və əgər belə bir addım atarsa, Azərbaycanın kifayət qədər digər imkanı var ki, Ermənistana layiqli cavab verə bilsin.
- Aydın müəllim, Sarkisyan bəyan edir ki, "biz müharibə istəmirik, Bakı bizi buna vadar edir". Bunun fonunda isə, Sarkisyan Qarabağa - Xankəndinə səfər edir. Sizcə, bunu Azərbaycana "əzələ" nümayişi hesab etmək olarmı? Eyni zamanda, bunu Ermənistandakı daxili auditoriyada hesablanan bir jest kimi dəyərləndirmək mümkündürmü?
- Əlbəttə ki, bu, Ermənistan tərəfindən "əzələ" nümayişidir. Ancaq Ermənistan bu "jest əzələ", "jest iqtisadiyyat", "jest hərbi", "jest diplmatiya" ilə özünün böyük iddialarını həyata keçirə bilməyəcək. Onun Azərbaycanla bağlı iddiaları artıq dünya tərəfindən qəbul edilmir. Heç də təsadüfi deyildir ki, dünya ictimaiyyəti Ramil Səfərovun əfv edilməsinin qeyri-hüquqi olduğunu bildirmədilər. Sadəcə olaraq, məsələnin iki dövlət arasında vəziyyətin gərginləşəcəyini bildirdilər. Ancaq onlar unudurdular ki, iki dövlət arsında vəziyyət Ermənistan Azərbaycan torpaqlarını işğal edərkən gərginləşib və Ramil Səfərov məsələsi səbəb deyil, nəticədir. Heç də təsadüfi deyildir ki, sonradan Macarıstan tərəfi, eləcə də, Avropanın kifayət qədər nüfuzlu ölkələri və parlament üzvləri, siyasi xadimləri məsələdə Ermənistanın məsuliyyət daşıdığını vurğuladılar.
- Qeyd etdiyimiz kimi, Sarkisyan Xankəndinə səfər edib. Sizcə, bu səfər nəyisə, yəni müharibə əhval-ruhiyyəsini qaldıra bilərmi? Yəni xalq arasında nüfuzunu itirmiş Serj Sarkisyanın hansısa bir formada mövqeyinin möhkəmlənməsinə təsir edə bilərmi?
- Hesab edirəm ki, bu "siyasi blef"dən başqa bir şey deyil. Gələn il keçiriləcək prezident seçkilərində S.Sarkisyan da namizədlərdən biri olacaq. S.Sarkisyan Ermənistan ictimaiyyətinə bu gün vəsaitlərini xərclədiyi erməni diasporuna hələ də "güc" sahibi olduğunu nümayiş etdirməyə çalışır. Ancaq Dağlıq Qarabağ məsələsi artıq Ermənistanın istədiyi kimi həll edilmə ssenarisindən çox uzaqdadır və işğalçı ölkəni müdafiə edən qüvvələrin də Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa çıxış yolları yoxdur.
RƏFİQƏ KAMALQIZI