PDF Oxu

Müsahibə

  • 1 427

Digər ölkələrə investisya qoyulması iqtisadiyyatımızın inkişafına səbəb olur

Vüqar Bayramlı: "Azərbaycan ölkə iqtisadiyyatında deyil, ölkədən kənarda da investisya qoymaqla dayanıqlı mənbələrin təmin edilməsinə nail olur"

Digər ölkələrə investisya qoyulması iqtisadiyyatımızın inkişafına səbəb olur

Müsahibimiz iqtisadçı Vüqar Bayramlıdır.

- Vüqar müəllim, Azərbaycan investisya qoyulan ölkədən, investisya qoyan dövlətə çevrilib. Bu investisyaların qoyulması hansı ölkələri əhatə edir və bunun ümumilikdə maliyyə dayanıqlığı neçə milyardlarla hesablanır?

- Azərbaycan iqtisadiyyatında diqqət çəkən məqamlar ondan ibarətdir ki, artıq Azərbaycan investisya həyat keçirən dövlətə çevrilib. Digər dövlətlər tərəfindən "Əsrin Müqaviləsi" çərçivəsində Azərbaycan iqtisadiyyatına irimiqyaslı investisya qoyulmuşdu. Daha sonra Azərbaycan iqtisadiyyatına qoyulan rəqəmlərin həcmi 50 milyard dollara qədər yüksəlmişdi. Bu baxımdan Azərbaycan iqtisadiyyatı praktiki olaraq "Əsrin Müqaviləsi" imzalandıqdan sonra seçdiyi strateji addım nəticəsində kifayət qədər böyük investorlar cəlb etməyə nail olmuşdu. Azərbaycan xarici investisyaya ehtiyacı olan ölkədən çox, praktiki olaraq xaricdə investisya həyat keçirən ölkəyə çevrilib. Azərbaycanda investisya yalnız özəl şirkətlər tərəfindən deyil, dövlət şirkətləri tərəfindən də həyat keçirilir. Dövlət şirkətləri, o cümlədən də, ADNŞ-də xarici ölkələrdə investisya qoyan şirkətə çevrilib. Azərbaycan daha çox investisyalarını qonşu Türkiyə, eləcə də, Avropa ölkələrinə yönəldir. Azərbaycan - Türkiyə arasındakı strateji əməkdaşlıq nəticəsində, dövlət şirkətləri ilə bağlanmış müqavilələr çərçivəsində investorların sayı kifayət qədər artıb. Güman edilir ki, Azərbaycan və Türkiyənin həm dövlət, həm də özəl şirkətlərə qoyduğu investisya həcmi yaxın vaxtlarda 10 milyard dollara qədər yüksələcək. Azərbaycan, eyni zamanda, Mərkəzi-Şərqi Avropa ölkələrində, eləcə də, Çexiya və Polşada investisya qoyuluşu həyata keçirir. Azərbaycan Dövlət Neft Fondu Avropa Birliyində, eləcə də, ABŞ- da vergilərin alınmasında investisya həyata keçirir. Bu baxımdan, artıq Azərbaycan birmənalı şəkildə, investor ölkəyə çevrilib. Bu, imkan verir ki, Azərbaycan dövləti əldə etdiyi gəlirlərdən iqtisadiyyatını inkişaf etdirsin və digər dövlətlərə qoyulan investisya həcmlərini artırsın. Digər ölkələrə investisya qoyulması iqtisadiyyatımızdakı dayanıqlı inkişafın qorunmasına xidmət edir. Çünki daha çox investisya dayanıqlığı artırır, möhkəmlik yaradır. Təbii ki, Azərbaycan investisya qoyuluşlarında praktiki olaraq, nəinki ölkə daxili qeyri neft sektorunun inkişafında, eyni zamanda, dövlət gəlirlərinin də təyinatlı mənbələrin təsis edilməsinə nail olub. Birmənalı şəkildə Azərbaycanın ölkə iqtisadiyyatında deyil, ölkədən kənarda da investisya qoymaqla dayanıqlı mənbələrin təmin edilməsinə nail olur. Bu gün Qafqaz iqtisadiyyatının 80%-dən artığı Azərbaycan iqtisadiyyatının payına düşür. Azərbaycanda dövlət büdcəsinin gəlirləri 22 milyard dollar, təşkil etdiyi halda, Ermənistan 2.2, Gürcüstanda isə 4.5 milyard dollar təşkil edir. Nəticədə Azərbaycanın dövlət gəlirləri Ermənistanın dövlət gəlirlərindən dəfələrlə artıqdır. Belə çıxır ki, Azərbaycan artıq regionda aparıcı dövətə çevrilib. Ölkə başçısı cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan regionda iqtisadi mərkəzə çevrilməklə, məhz regional layihələrdə söz sahibliyinə nail olmuşdur. Faktiki olaraq, Azərbaycan dövləti Gürcüstanda kifayət qədər investisya qoyuluşları həyat keçirib. Belə ki, Gürcüstan dövlət büdcəsinə ADNŞ- i ən çox vergi ödəyən xarici şirkət kimi qeydə alınıb. Eyni zamanda, bu, həm də starteji addımdır. Ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan strateji və regional layihələrdə söz payı alaraq Azərbaycan ərazilərini işğalı etmiş Ermənistanı təcrid etdiyini gizlətmir. Azərbaycanın investor ölkəyə çevrilməsi iqtisadi gəlirin artması ilə yanaşı regionda və bölgədə gücünün möhkəmlənməsinə Qarabağ konfilikti ilə bağlı sülh danışıqlarında daha güclü mövqeyə malik olmasına gətirib çıxarır.

-Azərbaycanın daha çox neft sektoruna investisya qoyduğu bildirilir. Bu, nə ilə izah olunur?

- Neft sektorunda qoyulan investisya həcmi Azərbaycanda "Əsrin Müqaviləsi" imzalandıqdan sonra daha çox artmışdır. Neft sektorunda investorların daha çox qoyulması, təbii ki, enerji layihələrini o cümlədən, enerji kəmərlərinin tikintisinə səbəb olmuşdur. Azərbaycan neft sektorunda keçmiş ənənələrə malikdir. İnvestisyanın neft sektoruna qoyulması, başadüşülən və arzuolunandır. Statistikaya baxsaq, görərik ki, qeyri-neft sektorundakı artım neft sektorundakı artımı üstələməkdədir. 2010 - cu ildən başlayaraq, Azərbaycan ölkə daxilində əsaslı şəkildə qeyri - neft sektoruna investisya qoyuluşlarını artırıb. 2011 - ci ilin yekunlarına görə Azərbaycanın 11,7% qeyri-neft sektorunda artım müşahidə olunur. Bu artım tepminin 2012 - ci ildə də saxlanılması gözlənilir. 2012 - ci ilin 8 ayında Azərbaycanın qeyri neft sektorundakı payı 8 % çox olub. Ona görə də, neft sektoruna investisya qoyuluşunun çox olması ənənəvi sektorun olması ilə bağlıdır.

- Azərbaycan Avropa, Asya və Amerika kimi bir sıra dövlətlərə investisya qoyur. Bu investisyanın qoyulması Azərbaycan dövlətinə, millətinə nə verir?

- Azərbaycanda olan özəl, eləcə də, dövlət neft şirkətləri investisya qoyuluşunda nailiyyətlər əldə edir. Bu da dövlət gəlirlərinin artmasına gətirib çıxarır. İnkişaf etmiş ölkə və inkişafda olan ölkə yalnız ölkə daxilində investisya qoyuluşu həyata keçirməməlidir. Ölkə xaricində də investisya qoyuluşu həyata keçirməlidir ki, dayanıqlı gəlirləri təmin edə bilsin. Baxsaq görərik ki,Azərbaycandan kənarda da istər özəl, istərsə dövlət layihələri çərçivəsində qoyulan investorlarda azərbaycanlı kadrlardan istifadə olunur. Gəlirlərin artması iqtisadiyyatın güclənməsinə, məşğulluğun artmasına, ölkəmizin güclənməsinə səbəb olur.

- Xarici ölkələrə qoyulan investisyalar hesabına, mümkündürmü ki, Azərbaycan iqtisadi resuslar vasitəsilə işğalçı Ermənistanı dünya birliyindən təcrid etsin və işğal olunan Azərbaycan ərazilərinin boşaldılmasına nail olsun?

- Azərbaycan dövləti Dağlıq Qarabağ probleminin həll olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcək və Ermənistan regional layihələrdən, həmişə olduğu kimi, kənarda qalacaq. Bu layihələrdən Ermənistan dövlətinin kənarda qalması onun kifayət qədər çökməsinə ciddi problemlərin yaranmasına səbəb olur. Ermənistanın sosial vəziyyətinə nəzər salsaq, görərik ki, yoxsulluq artıb, əhalinin vəziyyəti günü - gündən pisləşir. Ermənistandakı orta əmək haqqı MDB ölkələrindəki orta əmək haqqından 3 dəfə aşağıdır. Ermənistanın iqtisadi-sosial vəziyyət göstərir ki, Dağlıq Qarabağ probleminin həll olunmaması, Ermənistanın işğalçı mövqeyi onun regional layihələrdən kənarda qalmasına iqtisadiyyatının iflicinə gətirib çıxarır. Güman olunur ki, Ermənistan dövlətinin Qarabağ konfliktinə baxışı dəyişəcəkdir. Ermənistan tərəfi artıq anlayacaq ki, regionda düşmənçilik yox, yalnız əməkdaşlıq etmək olar. Ermənistan dövləti işğalçılıq siyasətindən əl çəkib, Azərbaycan torpaqlarını qaytarmaqla iqtisadi və siyasi baxımdan dirçələ və öz vəziyyətini düzəldə bilər.

Ruqiyyə Cəfərova

Digər xəbərlər