PDF Oxu

Müsahibə

  • 1 118

İcazəsiz aksiyaların keçirməsi yolverilməzdir

Mais Səfərli: "Müxalifət qüvvələri özlərini normal şəkildə ölkədə fəaliyyət göstərən pariyalar hesab edirlərsə, onda qanundan kənara çıxmamalıdılar"

İcazəsiz aksiyaların keçirməsi yolverilməzdir

Müsahibimiz "Yurddaş" partiyasının sədri Mais Səfərlidir

- Mais müəllim, dağıdıcı müxalifət qüvvələrinin oktyabr ayının 13-də icazəsiz aksiya keçirmək planları təxirə salındı. Müxalifət təmsilçiləri oktyabr ayının 20-də icazəsiz aksiyalarını keçirməyi planlaşdırırlar. Müxalifətin icazəsiz aksiyalar keçirəcəyi nə dərəcədə real görünür?

- Hesab edirəm ki, qanunla ölkədə hər hansı bir icazəsiz aksiyaların keçirilməsinə yol verilmir. Çünki qanunvericilikdə icazəli aksiyaların keçirilməsi nəzərdə tutulub. Əgər müxalifət qüvvələri özlərini normal şəkildə ölkədə fəaliyyət göstərən pariyalar hesab edirlərsə, onda qanundan kənara çıxmamalıdılar. Əks təqdirdə, müxalif qüvvələr qanunlar çərçivəsində cəzalanacaqlar. Çünki icazəsiz aksiyaların keçirilməsi ictimai asayişin pozulmasına gətirib çıxarır. Ona görə də, ölkədə icazəli aksiyalar keçirilməlidir. Bir sözlə, Azərbaycanda icazəli aksiyaların keçirilməsi üçün heç bir problem yoxdur. Sadəcə olaraq, müxalifət qüvvələrinin özləri icazəli aksiyaların keçirməsini istəmir. Ümumiyyətlə, bu günə qədər müxalifət qüvvələri tərəfindən icazəsiz aksiyaların keçirilməsi baş tutmayıb və tutmayacaqdır.

- Demək olarmı ki, müxalifət qüvvələrinin icazəsiz aksiyalar keçirmək istəyinin arxasında xarici qüvvələr dayanır?

- Əlbəttə, Azəraycan daxilində və xaricində ölkəmizdə stabilliyin pozulmasını istəyən qüvvələr var. Yəni, Azərbaycan dövlətinin əldə etdiyi uğurlara və nailiyyətlərə paxıllıq edən qüvvələr kifayət qədərdir. Bir sözlə, müxalifət təmsilçilərinin icazəsiz aksiyalar keçirməsi, xarici qüvvələrin dəyirmanına su tökmək deməkdir. Amma nə müxalifətçilərin, nə də xarici qüvvələrin ölkəmizlə bağlı olan xoşagəlməz istəkləri baş tutmur. Təbii ki, müxalifətin bu cür xoşagəlməz əməllərə əl atması heç də yaxşı hal deyil.

- Müxalifəti təmsil edən qüvvələrin xoşagəlməz əməllərə əl atmalarının səbəbini nə ilə izah edərdiniz?

- Hər zaman müxalifəti təmsil edən qüvvələr bu cür xoşagəlməz əməllərə əl atıblar. Ümumiyyətlə, müxalifətçilər özləri üçün nə isə etmək istəyirlər, amma edə bilmirlər. Bu da onların həm xalq tərəfindən dəstəklənməməsi və heç bir sosial bazaya malik ola bilməməsi ilə bağlıdır.

GÜLYANƏ

Digər xəbərlər