PDF Oxu

Müsahibə

  • 793

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri...

Çingiz Qənizadə: "ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ problemini həll etməkdə maraqlı deyil"

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri...

Müsahibimiz millət vəkili Çingiz Qənizadədir

- Çingiz müəllim, ATƏT-in Minsk Qrupu həmsədrləri yenidən regiona səfər edirlər. Bu səfər Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirməsinə nə dərəcədə yeni imkanlar yarada bilər?

- Düşünürəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri yenidən regiona səfər etməsi Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında müsbətə doğru heç bir imkan yaradan deyil. Çünki ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ problemini həll etməkdə maraqlı deyillər. Burada obyektiv və subyektiv meyarlar var. Başlıcası, ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrdən Ermənistanın işğalçılıq siyasətinə dəstək verən müəyyən qüvvələr var. Bu baxımdan, həmsədrlər obyektiv ola bilməz. Demək olar ki, bu gün Fransa və Rusiyanın mövqeyi bir mənalı olaraq, beynəlxalq hüquq normalarına zidd bir mövqedir. Bu da Ermənistanın bu və ya digər formada müdafiə olunmasına xidmət edir. Yəni, sözdə bir, əməldə isə başqa iş görürlər. Bu da açıq şəkildə görünür. Ona görə də, ATƏT-in Minsk Qrupu həmsədrlərinin budəfəki səfərləri də mənasız səfərlərdən biri olacaq.

- Məlumatlara görə, səfər çərçivəsində həmsədlər yeni təkliflərlə çıxış edəcəklər. Sizcə, yeni təkliflər nədən ibarət ola bilər?

- Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindən ATƏT-in Minsk Qrupu həmsədrlərindən nə isə inandırıcı təkliflər görmürəm. Həmsədrlər tərəfindən səslənən bu cür mənasiz təkliflər zamanın uzanmasına xidəmət edən təkliflərdir. Bir sözlə, ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində olan təklifləri görüntü xarakteri daşıyır.

- Nəyə görə, beynəlxalq güclər Ermənistana qarşı ciddi təzyiqlə etmir?

- Təbii ki, beynəlxalq güclərin Ermənistana qarşı hər hansı bir ciddi təzyiq etməməsinin səbəbləri var. Yəni onları birləşdirən bəzi məqamlar mövcuddur. Bu məqamlarda, dini və milli faktorun, lobbiçiliyin güclü olması və siyasi maraqların mövcudluğu başlıca amildir. ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində acizdirlər. Çünki ATƏT-in Minsk Qrupu həmsədrlərinin dövlətlərinin görünməyən siyasətləri başqa eyni məqsədlərə xidmət edir.

GÜLYANƏ

Digər xəbərlər