PDF Oxu

Müsahibə

  • 1 246

Xaricdən müxalifətə yeni tapşırıq

Mais Səfərli: "Bəzi xarici qüvvələr Azərbaycanda gərginliyin artmasında maraqlıdırlar "

Xaricdən müxalifətə yeni tapşırıq

Müsahibimiz "Yurddaş" partiyasının sədri Mais Səfərlidir

- Mais müəllim, müxalifət Azərbaycanın bəzi nöqtələrində gərginlik yaratmağa və ictimai-siyasi vəziyyəti pozmağa cəhd edir. Sizcə, müxalifət bununla öz qarşısına qoyulan vəzifələri, istəkləri reallaşdıra bilərmi?

- Müxalifət qüvvələrin ölkəmizdə gərginlik yaratmağa və ictimai-siyasi vəziyyəti pozmağa cəhd etməsi baş tutan deyil. Ümumiyyətlə, ölkədə keçirilən hər hansı bir seçkidə müxalifəti təmsil edən qüvvələr konstitusiyamıza uyğun şəkildə iştirak edərsə, hakimiyyətə gələ bilərlər. Yəni, müxalifətin öz siyasi məqsədləri üçün hansısa xırda bir problemi qabardaraq istifadə etməsi yolverilməzdir. Təbii ki, müxalifət təmsilçilərinin bu cür yersiz hərəkətlərə əl atması qanundan kənar əməllərdir. Bir sözlə, Azərbaycan qanunları bu cür hərəkətlərə yol verməyəcəkdir.

- Ümumiyyətlə, müxalifətin ümumi layihələr üzrə dayaqları var. Bəs xaricidən müxalifətə göstərilən dəstək ümumilikdə nədən ibarətdir?

- Təbii ki, Azərbaycan dövlətini istəməyən qüvvələr mövcuddur. Hər zaman xarici qüvvələr ölkəmizin inkişafına qısqanclıq hissi ilə yanaşıb. Bəzi hallar da olur ki, ölkə müxalifəti həmin xarici qüvvələrlə əlaqələr qurur və ölkəmizdə xoşagəlməz hadisələr yaratmağa çalışır. Ona görə də, xarici qüvvələr Azərbaycanda olan müxalifət qüvvələrindən istifadə edərək, özlərinin istəklərini həyata keçirmək istəyirlər.

- İddialara görə, bəzi bölgələrdə müxalifətin planlarına uyğun hadisələrin baş verməsində Rusiyanın əli var. O cümlədən, İran da bu məsələdə dəstəkçi rolunda çıxış edir. Yəni, doğrudanmı Rusiya və İrandakı bəzi qüvvələr Azərbaycanda gərginlik yaradılması üçün müxalifətdən bir alət kimi istifadə edir?

- Bu gün Rusiyanın müəyyən siyasi dairələri Azərbaycana qarşı qərəzli mövqe tuturlar. Bir sözlə, adıçəkilən qüvvələr Azərbaycanda gərginliyin artmasında maraqlıdırlar. O cümlədən, İranda da bu cür siyasi çevrələr mövcuddur. Təbii ki, onlar Azərbaycanın əldə etdiyi uğurların, nailiyyətlərin qısqanclıq hissi keçirir. Bir sözlə, Azərbaycan möhkəm dövlətdir. Yəni, Azərbaycanda dövlətlə xalqın möhkəm bir birliyi var. Ona görə də, heç bir qüvvə ölkəmizə qarşı olan çirkin niyyətlərini həyata keçirə bilməz.

GÜLYANƏ

Digər xəbərlər